Məhkəmə qərarları › İş №2(002)-635/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-635/2020

05.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-635/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinədairiddiaərizəsiiləməhkəməyəmüraciətedərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Bakı Dş-500 mm- lik magistral neft kəmərinin 56.7-ci km-də, kəmərdən 48 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Qaradağ rayonu ünvan 1 mənzil 20 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh tərəfindən Qaradağ rayonu Qobustan qəsəbəsi yeni yaşayış massivi ünvanında aparılan qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsinixahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Bakı Dş-500 mm- lik magistral neft kəmərinin 56.7-ci km-də, kəmərdən 48 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Qaradağ rayonu ünvan 1 mənzil 20 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh tərəfindən Qaradağ rayonu Qobustan qəsəbəsi yeni yaşayış massivi ünvanında qanunsuz (dam örtüyü) tikinti işləri aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək SOCAR-ın İddiaçı istismarında olan neft kəmərinin müahifəz zonasında cavabdeh tərəfindən qanunsuz tikilinin tikilməsi faktı aşkar edildiyini, həmin tikintinin mühafizə zoasında yerləşdiyini, bunun qanunvericiliyin tələbinə, təhlükəsizlik qaydalarına birbaşa zidd olduğunu, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, 10 ildir ki, həmin ərazidə tikinti işləri apardığını, tikintiyə başlayanda həmin ərazinin mühafizə zonası olması barədə ona heç kimin heç nə demədiyini, torpağı 2007-ci ildə müvafiq bələdiyyədən satın aldığını, bu barədə sənədləri olduğunu, həmin vaxtdan həmin torpaqda ev tikdiyini, lakin sonra insult keçirtdiyini, tikintini yarımçıq saxladığını, hazırda isə tikintinin davam etditilməsin ona imkan verilmədiyini, halbuki indiyədək ona bu barədə heç kimin heç nə demədiyini bildirdi, bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktda qeyd olunmuşdur: Biz aşağıda imza edənlər SOCAR-ın “Neft Kəmərləri” X6 Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev hazırki aktı tərtib edərək ondan ötəri ki, xx.xx.2020-ci il tarixdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin 35 saylı komandanın rəis müavini E.Cavadovun təqdim etdiyi 27 nömrəli bildiriş əsasında əraziyə baxış keçirdik. Baxış zamanı məlum oldu ki, Qaradağ İslehsalat Bölümünün istismarında olan Şirvan-Bakı Dş500 yerüstü neft kəmərinin 56,7-ci km-də kəmərdən 48 metr aralı məsafədə Qaradağ rayonu ünvan 1 mənzil 20 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus yeni dam örtüyü işinin aparılması aşkarlanmışdır. Aparılan işlərin dayandırılması barədə yazılı xəbərdarlıq olundu. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. “ İş materiallarına Şirvan-Bakı Dş500 n.k-nın 56,7 km-də olan qanunsuz tikintinin sxemi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 27 nömrəli bildirişdən görünür ki,01.2020-ci il tarixdə SOCAR Təhlükləsizlik İdarəsinin 35 saylı komandasının nəzarət etdiyi ərazidə Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinin 56.7-ci km-liyində kəmərin mühafizə zonasında kəmərdən 48 metr aralıda, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30, mınzil 20-də qeydiyyatda olan Cavabdeh məxsus və Qobustan qəsəbəsi yeni yaşayış massivində yerləşən, köhnədən inşa edilmiş ev tikilisinin üzərində yeni tikinti işlərinin (dam örtüyü) aparılması aşkar edilmiş, dayandırılması və sökülməsi barədə tikinti işləri aparan şəxsə (İbarhimov Rövşən Canməmməd oğluna) şifahi və yazılı xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh xəbərdarlıq edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə məxsus, hal-hazırda istismarda olan Şirvan Böyükşor Neft Kəməri Dş500 mm-lik neft kəmərinin 56,7 km-liyində) magistral neft kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməz və qanuna zidd olması barədə müvafiq xəbərdarlıq edilir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanı və Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarı ilə neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılmasına məhdudiyyət müəyyən edilmişdir. Eyni zamanda nəzərinə çatdırılır ki, neft kəmərinin mühafizə zonasında müvafiq qaydada icazə alınmadan tikinti işlərinin aparılmasına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2 maddəsinə əsasən cinayət məsuliyyəti və eüəyyən məbləğdə cərimələr nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/105 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan ünvanda Cavabdeh tərəfindən inşa edilmiş tikili ilə mövcud neft kəmərinin arasında olan məsafə 59,3 metr təşkil etdiyini nəzərə aldıqda, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində Cavabdeh ayrılmış torpaq sahəsində inşa edilmiş tikilinin SOKAR-ın İddiaçı istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik magistral neft kəmərinin mühafizə zonası hüdudları daxilində yerləşmədiyi müəyyən olunur. Baxış zamanı tədqiq olunan ünvanda SOKAR-ın İddiaçı istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasının olmasına dair hər hansı nişanlanma müəyyən edilməmişdir.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 02/114 nömrəli qərarı ilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası qanunlarına əsasən Qobustan qəsəbəsi. 1A massivində Qaradağ rayon İcra Hakimiyyəti aparatının memarı ilə razılaşdırılmış situasiya planı əsasında 500 m2 torpaq sahəsi mülkiyyət hüquqi əsasında Qobustan qəsəbəsi. Səlyan yolu. ev 30. mənzil 20-də yaşayan Cavabdeh adına sənədləşdirilməsi, torpaq sahəsinin mülkiyy ətə verilməsi haqqında alqı-satqı müqaviləsinin bağlanması, torpağın dəyəri nəğd və köçürmə yolu ilə Qaradağ rayon Qobustan Bələdiyyəsinin hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2007-ci il tarixli, 114 nömrəli bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində çıxış edən Qaradağ rayonu Qobustan bələdiyyəsi alıcı qismində çıxış edən Cavabdeh Bakı şəhəri, Qobustan qəsəbəsi, 1A massivində yerləşən ümumi sahəsi 500 kv.m. olan torpaq sahəsini satır. İş materiallarına həmçinin fotoşəkillər əlavə edilmişdir. Məhkəmə hazirki iş üzrə aşağıdakı qeyd edilənləri bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsaəsnə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 57. 5-ci maddəsinə əsasən sənaye obyektlərinin tikintisi, faydalı qazıntıların hasilatı, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi üçün torpaq sahələri əsasən dövlət və bələdiyyə torpaqlarından ayrılır. Belə obyektlərin tikintisi altına düşən xüsusi mülkiyyətdə olan torpaqların, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəyəri ödənilir və ya başqa torpaq sahəsi ilə əvəz olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı ilə “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 3.1. İNBK marşrut boyunca yer səthindən 1,5-2,0 metr hündürlükdə quraşdırılmış dəmir-beton və ya metal konstruksiyalı tanınma işarələri ilə nişanlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, müvafiq qərar əsasında cavabdehin adına fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsi, 1A massivində yerləşən 500 kv.m sahəsi olan torpaq sahəsi ayrılmış və onun adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı “SOCAR” X8 cavabdehin adına ayrılmış həmin torpaq sahəsində aparılmış tikinti işlərinin məhz onun istismarında olan müvafiq neft boru kəmərinin mühafizə zonasında olduğunu əsas gətirərək, cavabdehin hesabına həmin qanunsuz tikilinin sökülməsi və onun həmin ərazidən çıxarılması tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Lakin məhkəmə araşdırması zamanı, iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmamamışdır. Belə ki, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspertiza rəyinin məzmunundan aydın olur ki, tədqiq olunan ünvanda Cavabdeh tərəfindən inşa edilmiş tikili ilə mövcud neft kəmərinin arasında olan məsafə 59,3 metr təşkil etdiyini nəzərə aldıqda, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivində Cavabdeh ayrılmış torpaq sahəsində inşa edilmiş tikilinin SOKAR-ın İddiaçı istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik magistral neft kəmərinin mühafizə zonası hüdudları daxilində yerləşmədiyi müəyyən olunur. Baxış zamanı tədqiq olunan ünvanda SOKAR-ın İddiaçı istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasının olmasına dair hər hansı nişanlanma müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan qeyd olunan hallara dair başqa heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmədə tədiqiq olunmuş sübutlar əsasında cavabdeh tərəfindən tikilmiş tikintinin iddiaçının istismarında olan müvafiq neft kəmərinin mühafizə zonası hüdudları daxilində tikilməsi halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X7 Məhkəməsi "X4rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlar məcmuəsinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar