Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-64/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyyət hüququ əsasında ona məxsus ünvan 3 evə mülkiyyət hüququmun pozulmasına səbəb olan Cavabdeh1 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə bizimlə qonşuluqda olan ünvanda ara məsafəsi, təhlükəsizlik qaydaları gözlənilmədən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə riayyət edilmədən inşa edilmiş tikililərinin (evlərin) özbaşına(qanunsuz) tikinti hesab edilərək, cavabdehin hesabına sökülməsi və ödənilmiş 100(yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ev (yeni qaydada Lökbatan qəsəbəsi, 1.Həsənquliyev küçəsi 73) xx.xx.2021-ci il tarixli çıxarışa əsasən onun mülkiyətindədir və o, həmin ünvanda ailə üzvləri ilə birlikdə inşa edilmiş evdə yaşayır. Həmin ev 1962-ci ildən inşa edilmiş, ev inşa edildiyi vaxtdan həmin evdə yaşamışlar. xx.xx.2021-ci il tarixli çıxarışa əsasən isə evi mülkiyyət hüququ əsasında rəsmiləşdirmişidilər. Onlar həmin evi rəsmiləşdirərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə tam uyğun olduğundan çıxarış verilmişdir. Cavabdeh Quliyev X3 rayonu Lökbatan qəsəbəsi 2-ci massiv ünvanında onların torpaq sahəsi ilə qonşu olan torpaq sahəsində ev tikdirir və ev rəsmi qeydiyyatdan keçmədiyindən ünvan verilməmişdir Cavabdehin tikdiyi evlərin ünvanının tam dəqiq müəyyən etmək üçün Bələdiyyəyə müraciət etsə də həmin ünvanı ona bildirmirlər. Cavabdeh1 ev tikintısı ilə məşğuldur və evləri tikib satır. Cavabdeh1 tikdirdiyi ev ilə onların evi arasında yerləşən ara məsafəsi gözlənilməmiş, tikinti normalarını gözləmədən onun evinə bitişik olan fərdi yaşayış evi inşa edir. Onun inşa etdiyi həmin tikili onun pəncərələrinin işığını kəsir və otaqdan istifadəni yararsız hala salmışdır. Dəfələrlə bu barədə cavabdehə məlumat versə də heç bir nəticəsi olmamış, onun iradlarına məhəl qoymayaraq tikintini davam etdirmişdir. Bu barədə Qaradağ rayon İcra Hakimiyyətinə, Qaradağ RPİ-nə, Qaradağ rayon Lökbatan bələdiyyəsinə, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi olaraq müraciət etmişdir. Dəfələrlə gəlib onların ünvana və onlara yaxın məsafədə tikintiyə baxış keçirmişlər. Onların ünvana yaxın məsafədə tikinti və şəhərsalma normaları gözlənilmədən fərdi yaşayış evinin inşa edildiyini müəyyən etmişlər və bu barədə rəsmi məktub vermişlər. Lakin cavabdeh bunlara məhəl qoymayaraq sürətlə tikintini inşa etdirib başa çatdırmaq istəyir. Onun tikintini tam sürətlə başa çatdırmaq istəməsini təqdim etdiyi fotoşəkillər də təsdiq edir. Cavabdeh bunlara məhəl qoymayaraq öz tikdiyi evi demək olar ki, onun evinə birləşdirmişdir. Ona görə də tikinti normalarına zidd olaraq inşa edilmiş tikili sökülməsi üçün məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh həmin ünvanda 4 ev tikmişdir və həmin evlər ona məxsus evə çox yaxın tikilmişdir. İnşa edilmiş tikili ona məxsus evə demək olar ki, birləşdirildiyindən gələcəkdə hər hansı bir yanğın zamanı onun evi tamamilə yanacaqdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2232/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-64/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs statusuna xitam verilərək əlavə cavabdeh kimi cəlb edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, orada 5 tikili var. 2 tikili onlara mane olaraq, qanunvericiliyin və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən oradakı onların tikilisinə yaxın 2 tikilinin sökülməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı artıq məhkəməyə təzyiq edir. Tikililər iddiaçının ərazisindən keçməyib. İddianı qəbul etmirlər Tikililər cavabdehə sərəncamla verilən ərazidə qanuni şəkildə tikilib. İddiaçı özü qaydaları pozaraq ev tikib. Rəy Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsaslanır. 1,26 metr məsafə olmalı halda məsafə 80 sm-dir, 46 sm məsafə pozulmasını qeyd edir. O maddə ilə rəy vermə əsassızdır, çünki o maddə yalnız məlumatlandırma zamanı əsasdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin evə dair həmçinin İddiaçı adına texniki pasport (xx.xx.2021-ci il tarixli, 04/8307 inventar nömrəli) tərtib edilərək, zəruri texniki göstəricilər əks olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı çəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubundan görünür ki , ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında ara məsafəsi gözlənilmədən tikinti işlərinin aparılması haqqında X2 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron müraciətinə Bakı Şəhər Memarlıq ve Şəhərsalma Baş İdarəsində baxılmışdır.Əməkdaşları tərəfindən yerində baxış zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, ev 33 ünvanında tikinti və şəhərsalma normaları gözlənilmədən 1 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müşahidə edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 24. 11. 2014-cu il tarixli 375 nömrəli Fərmanı ile təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları'na və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq müvafiq tədbirlərin görülməsini, nəticəsi barədə müraciət müəllifinə və Azərbaycan Respublikasının Dövlet Şəhərsalma və Arxitektura Komitasi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdaresinə məlumat verilməsini xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Qaradağ rayon Bələdiyyəsinin vətəndaş İddiaçı ünvanlanmış məktubundan görünür ki, ərizə ilə müraciət edilmiş məsələ ilə bağlı məhkəməyə müraciət olunması təklif edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1154 nömrəli sərəncamdan görünür ki, Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Ələskərov küçəsi ,ev 18 A, mənzil 16-da yaşayan Cavabdeh2 fərdi yaşayış evinin tikilməsi üçün Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 2(002)-2232/2024 saylı, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, mübahisəli əraziyə yerli baxış keçirilmiş, yerli baxış zamanı müəyyən edildi ki, İddiaçı məxsus ünvan 3 evə yaxın məsafədə bir neçə ev tikilmisdir. Həmin evlərdən biri iddiaçının evinə çox qısa məsafədə tikilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh1 tikdiyi mənzil onun yaşayış hüququn, mənzil toxunulmazlığını pozur. Sonradan məlum oldu ki, Ramiz maklerdi, o, sadəcə evləri tikib satır, torpağın sahibi Cavabdeh2dur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8896 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazı İdarəsinin Yer quruluşu təşkili şöbəsinin mühəndisi Elmin Hüseynovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur.Qərardadın birinci sualı üzrə:Qeyd olunan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 152.5 kv.metr olan ferdi yaşayış evi mülkiyyətində olan 0.0615 ha torpaq sahəsində yerləşir. Hasarlama İşləri sənədə uyğun aparılmışdır. Kənara çıxma yoxdur.Qərardadın ikinci sualı üzrə:Cavabdeh2 ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş lakin torpaq sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Qaradağ RİHB-nin xx.xx.2000-ci il tarixli 1154 saylı sərəncamında 0.06 ha göstərilsə də, faktiki hasar daxilində torpaq sahəsi 0.099 ha təşkil edir Torpaq sahəsi üzərində üç ədəd yaşayış evinin dam örtüyü bağlanmış və 2 ədəd isə yaşayış evinin tikinti işləri davam edir (yarımçıq tikili). Faktiki olaraq göstərilən 0.099 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əlavə olunur. XY
1. 391576.4559 4465204.2960
2. 391559.7324 4465198.4763
3. 391556.2956 4465194.8824
4. 391551.8308 4465187.6063
5. 391552.4525 4465182.2088
6. 391555.8657 4465171.1757
7. 391561.2632 4465159.1900
8. 391574.6528 4465164.3028
9. 391585.2399 4465169.3700
10. 391584.7449 4465170.2546
11. 391585.5518 4465170.7911
12. 391577.1501 465197.7579
Qərardadın üçüncü sualı üzrə: Cavabdeh2 Qaradağ RİHB-nın xx.xx.2000-ci il tarixli 1154 saylı sərəncamı ilə ayrılmış 0.06 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyindən mübahisəli fərdi yaşayış evinin kənara çıxma halını təyin etmək mümkün olmadı. Qərardadın dördüncü və altıncı sualları üzrə: Cavabdeh tərəfindən inşa edilmiş tikilinin bir hissəsinin inşası zamanı Azərbaycan inşa Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə riayət edilmədiyi və bununlada tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə:mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu, Lokbatan PLİKASİ Mübahisə predmeti olan daşınmaz əmlakın tikintisi İddiaçı 2-ci massiv, ev 33 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinə düşmür. Aparılmış tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazı İdarəsinin məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindəndən görünür ki, Sual 1: ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 152.5 kv.m olan daşınmaz əmlak 0.0615 ha torpaq sahəsində yerləşirmi? Əgər daşınmaz əmlak həmin torpaq sahəsindən kənara çıxırsa hansı hissədə və nə qədər ölçüdə kənara çıxma mövcuddur? Kənara çıxma mövcuddursa çıxan hissə kimin mülkiyyətinə düşür? Cavab: Bildiririk ki, qeyd olunan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 152.5 kv.m olan fərdi yaşayış evi mülkiyyətində olan 0.0615 ha torpaq sahəsində yerləşir. Hasarlama işləri sənədə uyğun aparılmışdır. Kənara çıxma yoxdur.Sual 2: Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 2000-ci il tarixli 1154 saylı sərəncamı ilə Cavabdeh2 ayrılmış 600 kv.m torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdirmi? Əgər müəyyən edilmişdirsə həmin koordinatlar daxilində nə qədər fərdi yaşayış evi tikilib? (Koordinatlarla birlikdə tikililər də göstərilməklə rəyə əlavə edilsin).Cavab: Cavabdeh2 ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş lakin torpaq sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Qaradağ RİHB-nın xx.xx.2000-ci il tarixli 1154 saylı sərəncamında 0.06 ha göstərilsə də, faktiki hasar daxilində torpaq sahəsi 0.099 ha təşkil edir. Torpaq sahəsi üzərində üç ədəd yaşayış evinin dam örtüyü bağlanmış və 2 ədəd isə yaşayış evinin tikinti işləri davam edir (yarımçıq tikili). Faktiki olaraq göstərilən 0.099 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əlavə olunur.
XY
1. 391576.4559 4465204.2960
2. 391559.7324 4465198.4763
3. 391556.2956 4465194.8824
4. 391551.8308 4465187.6063
5. 391552.4525 4465182.2088
6. 391555.8657 4465171.1757
7. 391561.2632 4465159.1900
8. 391574.6528 4465164.3028
9. 391585.2399 4465169.3700
10. 391584.7449 4465170.2546
11. 391585.5518 4465170.7911
12. 391577.1501 465197.7579
Sual 3: Mübahisə predmeti olan daşınmaz əmlak Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 2000-ci il tarixli 1154 saylı sərəncamı ilə Cavabdeh2 ayrılmış 600 kv.m torpaq sahəsinin koordinatlarından kənara çıxırsa, hansı hissədə və nə qədər ölçüdə kənara çıxma mövcuddur? Cavab: Cavabdeh2 Qaradağ RİHB-nın xx.xx.2000-ci il tarixli 1154 saylı sərəncamı ilə ayrılmış 0.06 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyindən mübahisəli fərdi yaşayış evinin kənara çıxma halını təyin etmək mümkün olmadı.Sual 4: Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 2000-ci il tarixli 1154 saylı sərəncamı ilə Cavabdeh2 ayrılmış 600 kv.m torpaq sahəsi və mübahisə predmeti olan daşınmaz əmlakın tikintisi daşınmaz əmlakın dövlət reyestrdən qeydiyyatdan keçibmi? (Əgər keçibsə zəruri sənədlər rəyə əlavə edilsin).Cavab: Qeyd olunan suala 3-cü sualın cavab bəndində aydınlıq gətirilmişdir. Sual 5: Mübahisə predmeti olan daşınmaz əmlakın tikintisi İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinə düşürmü? Əgər düşürsə hansı hissədə və nə qədər ölçüdə düşür?.Cavab: Mübahisə predmeti olan daşınmaz əmlakın tikintisi İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinə düşmür.Sual 6: Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mübahisə predmeti olan daşınmaz əmlak hansı ünvanda yerləşir? (Massiv və küçə göstərilməklə). Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin ətrafında qeydiyyatdan keçən əmlakların əvvəlki ünvanları Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2ci massiv kimi göstərilmişdir. Qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən sözügedən ərazidə xəritə məlumatları mövcud deyildir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 torpaq sahəsi ayrılmış, o da öz növbəsində digər Cavabdeh1 ilə razılaşmışdır ki, ona məxsus torpaq sahəsində fərdi yaşayış evləri inşa etsin. İddiaçı isə əvvəl beş yaşayış evinin sökülməsini tələb etmiş, sonradan məhkəmə iclasında bildirmişdir ki, iki tikilinin onun mülkiyyətinə mane olduğundan sökülməsini iki tikiliyə münasibətdə xahiş etmişdir. Məhkəmə mütəxəssis və ekspert rəylərini nəzərə alaraq qeyd edir ki, tikililərin heç biri iddiaçının mülkiyyətində yerləşmir. Digər bir tikili isə ara məsafə az olsa da həmin tikili iddiaçının evinin arxa divarı tərəfdə yerləşir ki, bu da iddiaçının evindən sərbəst istifadəyə mane törətmir. Digər tərəfdən cavabdehlərdən Cavabdeh1 faktiki tikinti işlərinin görsə də o digər cavabdehin razılığı əsasında bunu edir ki, hazırkı iddiada o iddiaya cavab verməli olan şəxs deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı vəziyyətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin sərəncama əsasən, 0,06 ha olsa da faktiki vəziyyətdə 0,099 ha istifadə edilir. Həmin torpaq sahəsinin çıxarışı olmasa da ora gözləntilən mülkiyyət vardır. Torpaq sahəsinin koordinatları da mövcud deyildir. İddiaçının evinə yaxın tikili isə faktiki vəziyyətdə bəlli deyildir ki, 0.06 ha torpaq sahəsindən kənarda yerləşir və ya həmin torpaq sahəsinin daxilində. Belə olan halda həmin tikiliyə özbaşına tikili kimi qiymət vermək hazırkı halda düzgün olmazdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmiş və iddia rədd olunduğundan həmin məbləğ iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 50(əlli) manat ekspertiza xərci var və bu təşəbbüs məhkəmə tərəfindən olduğundan 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qamət Əbilov.