Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-648/2021 12.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğvi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraviət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 188924 saylı, 23 noyabr 2020-ci il tarixli aktın ləğv və həmin akt əsasında hesablanmış 1487,43 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, izahatında bildirdi ki, "xxxx" İstehsalat Birliyi ilə bağlanmış müqavilə əsasında onun yaşadığı ünvana işıq sayğacı quraşdırılmış, **********N0000 saylı abunə kodu ilə mənzili işıqla təmin edilmişdir. O, hər ay üzrə ödənişləri vaxtı vaxtında ödəmiş və dekabr ayına kimi heç bir borcu olmamışdır. 07.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixə kimi ona 80,29 manat ödəniləcək borc hesablanmış və həmin pulu da ödəmişdir. Həmin ödəniş hesabında barəsində heç bir borc hesablanmamışdır. Bundan sonra ona bildiriş göndərilmişdir ki, 04.12.2020-ci il tarixdən 10.01.2021-ci il tarixə kimi 1487,43 manat qalıq borcu yaranmışdır. Onun heç bir qalıq borcu olmadığı halda hansı əsasa görə 1487,43 manat qalıq borcu yazılması aydın deyildir. Bu barədə "xxxx" ASC-nin Qaradağ rayon ETSİ-nə müraciət etsə də, ona bu barədə araşdırma aparıb məlumat verəcəklərini bildirmişlər. Lakin məlumat əvəzinə ona xəbərdarlıq barədə bildiriş gəlmişdir ki, həmin pulu ödəməsə elektrik enerjisinin verilməsini dayandıracaqlar. Bu barədə yenidən müraciət etsə də, iddiaçı borcun yaranma səbəbi barədə sənəd verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul edib, təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanlandığı 13.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh "xxxx" ASC iddiaçıya istifadə etdiyi elektrik enerjisinə görə borc məbləğinin 1487,43 manat təşkil etdiyini, yaranmış borcu 3 bank günü ərzində, yəni 16 yanvar 2021-ci il tarixədək ödənilməsi, əks təqdirdə ona əlavə xəbərdarlıq edilmədən elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilmişdir. İş materiallarında olan "xxxx"ASC ilə ünvan 1 ünvanının abonenti cavabdeh İddiaçı arasında 21 yanvar 2021-ci il tarixdə elektrik enerjisinin alğı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçının abonent kodu **********N0000 təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra - Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş 23 noyabr 2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsini tələb edir. Belə olan halda həmin aktın tərtib edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2.). Mülki Məcəllənin normalarına əsasən cavabdeh iddiaçının təqsirli, hüquqa zidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut etməlidir. Lakin cavabdeh bu halları sübut edə bilməmişdir. Belə ki, cavabdehin əməkdaşları 23 noyabr 2020-ci tarixdə sayğaca baxış keçirmiş və sayğacın alt qapaq möhürünün çürüməsini qeydə almışlar. Lakin sayğaca hər hansı kənar müdaxilənin edilməsini aşkar etməmişlər. Digər tərəfdən cavabdeh akt tərtib edərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərini pozmuşdur, yəni akt tərtib edilərkən hal şahidlərinin iştirakını təmin etməmişdir. Sonra cavabdeh tərəfindən əsassız olaraq hesablamalar aparılaraq rəqəmlər şişirdilərək 1487,43 manat məbləğ yazılmış və həmin pulun ödənilməsi tələb olunmuşdur. “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hətta sayğaca müdaxilə iddiaçı tərəfindən edilmiş olsaydı belə, hesablaşma sayğaca sonuncu baxışın keçirilməsindən sonrakı dövr üçün aparılmalı idi. Bundan əlavə, iddiaçıya məxsus yaşayış evini işıq ilə təmin edən paylayıcı işıq xəttinin sayğaca qədər olan hissəsində də hər hansı kənar qoşulma faktı aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC-nin Qaradağ rayon ETSİ tətəfindən tərtib edilmiş 188924 saylı, 23 noyabr 2020-ci il tarixli inventar aktı ləğv edilməli və İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonentin kodu **********N0000) hesablanmış 1487,43 manat borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin Qaradağ rayon ETSİ tətəfindən tərtib edilmiş 188924 saylı, 23 noyabr 2020-ci il tarixli inventar aktı ləğv edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonentin kodu **********N0000) hesablanmış 1487,43 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-648/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-648/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver