Məhkəmə qərarları › İş №2(002)-655/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-655/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-655/2021 01.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarova Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Mehralı oğlunun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilə üzrə öhdəliklərin icrası və əmlak » tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilə üzrə öhdəliklərin icrası və əmlak » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 000 (otuz min) manat icarə haqqının, dəymiş ziyana görə 20000 (iyirmi min) manatın tutulması və Cavabdeh1 generatorun alınması və ona qaytarilması, qaytarılması mümkün olmadığı təqdirdə dəyərinin hazırki bazar qiymətinə uyğun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05.10.2019 cu il tarixdə əvvəllər tanıdığı Cavabdeh2 ilə aralarında 0119 saylı müqavilə bağlayaraq 22 kv olan 4500 manat dəyərində generatoru aylıq icarəyə vermişdir. İcarə müqaviləsinin 4-cu maddəsinə əsasən, aylıq icarə haqqı 1000 (bir min) manat təşkil edib, icarə haqqı hər ayın 5-dən gec olmayaraq ödənilməli, ödənilmədiyi təqdirdə gecikdirildiyi gün üçün 1.5% əlavə faiz ödənilməli idi. Bundqan əlavə olaraq bildirdi ki, müqavilənin 4.6-cı bəndində göstərilmişdir ki, icarə haqqı vaxtında ödənilmədiyindən, hər gecikdirilmiş ay üçün aylıq icarə haqqı 2000 (iki min) manat təşkil edəcəkdir.İcarə müqaviləsi tərəflərindən imzalanmış və 05.102019-cu il tarixli, 0119 saylı icarə müqaviləsi üzrə təhvil-təslim aktına əsasən 22 kva-lıq generator Cavabdeh2 təhvil verilmişdir.Nurlan birinci ay üçün icarə haqqından 500 manat ödəmiş, qalan hissəsini ödəməmişdir. Ödəməsini dəfələrlə tələb etdikdə, ona məlum olmuşdur ki, Nurlan tərəfindən generator 3600 manata Cavabdeh1 satılmışdır. Tərəfindən bu barədə X4 müraciət edilmiş, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 25.01.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilərək, mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir.Bundan sonrada dəfələrlə cavabdehlərdən əmlakını və ona veriləsi olacaq pulu tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə onun əmlakını və icarə haqqını verməkdən yayınmışlar.Göstərilənlərə əsasən hesab edir ki, aralarında bağlanan müqaviləyə xitam verilməli, ona məxsus generatorun ona qaytarılması və ödənilməmiş aylıq kirayə haqlarının cavabdehlərdən tutulması təmin edilməlidir.Bununlada 15 ay kirayə haqqı ödənilməməsinə görə 15 000 (on büş min) manat kirayə haqqı, müqavilənin 4.6-cı bəndinə əsasən isə 2000 (iki min) manat olmaqla 30000 (otuz min) manatın, generatotun qaytarılması, qaytarılması mümkün olmadıqda isə generatorun hazırki günə dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyan və ödənilməli olan 20000(iyirmi min) manat tam şəkildə ödənilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 000 (otuz min) manat icarə haqqının, dəymiş ziyana görə 20000 (iyirmi min) manatın tutulması və Cavabdeh1 generatorun alınması və ona qaytariİması barədə qətnamə qəbul edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, hesab edir ki, iddia təkcə Cavabdeh2 yönəldilməlidir, çünki icarə müqaviləsi onunla bağlanıb, generator hazırda Cavabdeh1 olsa da, o, bunun müqabilində Nurlana ödəniş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05.10.2019-cu il tarixli 0119 nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında icarə müqaviləsi bağlanmış, icarə verən icarəçiyə dəyəri 4500 manat olan 22 kv olan generatoru aylıq icarə haqqı 1000 manat olmaqla verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05.10.2019-cu il tarixli 0119 nömrəli icarə müqaviləsinin təhvil-təslim aktından görünür ki, icarə verən İddiaçı dəyəri 4500 manat olan 22 kv olan generatoru icarəçi Cavabdeh2 tam saz vəziyyətdə təhvil vermişdir və icarəçi onu qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05.10.2019-cu il tarixli 0119 nömrəli icarə müqaviləsinin məzmunundan görünür ki, icarə müqaviləsində generatorun dəyəri 4500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR DİN-nin 10-cu Polis Bölməsinin İddiaçı ərizəsinə ünvanlanmış 17.02.2021-ci il tarixli cavab məktubundan görünür ki, təqdim edilmiş materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR DİN-nin 10-cu Polis Bölməsinin 25.01.2021-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki,o, generatoru 05.10.2019-cu il tarixdə Nurlan adlı şəxsdən icarəyə götürərək, həmin generatoru Neftçala rayonu 1 Mayaq kəndinə aparmışdır.Həmin generatoru 2019-cu ilin dekabr ayına kimi aylıq 500 manatdan icarəyə işlətmiş, 2019-cu ilin dekabr ayında isə həmin generatoru Cavabdeh2 3600 manata almışdır. Tədqiqat araşdırılması zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, generator satışı ilə məşğuldur və 2 ildən İddiaçı 2019-cu ilin iyul ayından oktyabr ayına kimi ümümilikdə 3000 manat borcu yaranmışdır. 2019-cu ilin noyabr ayında o, İddiaçı 2500 ABŞ dolları pul vermişdir ki, Şəmkir rayonu Dəllər kəndinə 77 kv olan generator göndərsin. İddiaçı ona generatoru göndərəcəyinə söz versədə, göndərməmiş, sonradan ona məlum olmuşdur ki, İddiaçı 2500 ABŞ dolları ona olan borcundan çıxmışdır.O, isə N.Fəxridən pulu tələb etsə də pulu verməkdən imtina etmişdir.Beləliklə, N.Fəxridən pulunu geri ala bilmədiyi üçün Cavabdeh1 icarəyə verdiyi generatoru 3600 manata satmışdır. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, mübahisə predmeti olan generatorun iddiaçıya məxsus olması iddiaçı ilə Cavabdeh2 arasında 05.10.2019-cu il tarixli icarə müqaviləsinə görə generatorun cavabdehə təhvil verilməsi, Cavabdeh2 tərəfindən həmin generetorun Cavabdeh1 pul müqabilində verilməsi, hal-hazırda müqavilə predmetinin digər cavabdehdə olması(Cavabdeh1) işin tərəflər arasında mübahisələndirilməyən hallarıdır. Məhkəmə iddia tələbinin əmlak tələbi hissəsində əsaslı hesab edərək qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus generatorun Cavabdeh1(hansı ki hal – hazırda generator faktiki olaraq onun sahibliyindədi və bunun özü də polis bölməsində verdiyi izahatında təsdiqləmişdir) alınaraq iddiaçıya verilməsi hissəsini Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından əsaslı hesab edərək qeyd edir ki, iddia tələbi həmin hissədə tam təmin edilməli, generator Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılmalıdır.(sahibliyinə verilməlidir). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçı vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə iddia tələbinin pul tələbi hissəsində qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700-cü maddəsinin mənasına görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1). Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İşin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh X3 arasında 05.10.2019-cu il tarixində dəyəri 4500 manat və 22 kv olan generatoru icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır və müqavilə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır, həmçinin təhvil-təslim aktına əsasən müqavilə predmeti cavabdeh-icarəçi tərəfindən sahibliyinə götürülmüşdür.İddiaçı 05.10.2019-cu il tarixdən iddianın verilmə tarixinə qədər(15 ay) müddətində cavabdeh tərəfindən icarə haqqı (tərəflər arasında bağlanmış 05.10.2019-cu il tarixli icarə müqaviləsinə görə icarə haqqı hər ay 1000 manat,) ödənilmədiyinə görə və gecikdirildiynə görə 30000 manat məbləğində maddi ziyan tələb etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia pul tələbi hissəsində qismən təmin edilərək, Cavabdeh2 Namiz oğlundan İddiaçı xeyrinə icarə müqaviləsinə görə ödənilməmiş 15000 manat ( 15 ay, aylıq icazrə haqqı 1000 manat) icarə haqqı tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının 20000 manat mənəvi ziyan tələbi əsaslandırmamış, hec bir sübut təqdim etməmişdir. Həmçinin cavabdehlrin qeyri-hüquqi hərəkət və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara məruz qalmasına dair heç bir sübut təqdim edilməmişdir. Qeyd edilən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz əksini tapmamış, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbi cavabdehlərdən 20000 manat mənəvi ziyan tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçıya məxsus generator (o olmadıqda isə dəyəri) alınaraq İddiaçı geri qaytarılmalı, Cavabdeh2 Nazim oğlundan İddiaçı xeyrinə 15000 manat pul tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 22 kv generator alınaraq (o olmadıqda isə dəyəri)İddiaçı geri qaytarılsın. Cavabdeh2 Nazim oğlundan İddiaçı xeyrinə 15000(on beş min) manat icarə haqqı tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar