Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-66/2022 13.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar-2 bağlar massivi adlanan ərazidəki 6 saylı sahə və ətrafındakı tikilinin sökülməsi və torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək,Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi B/E 6 saylı bağ sahəsinin və ətrafındakı tikintinin sökülməsini və həmin torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri XDS-in 27.10.1987-ci il tarixli 201396 saylı qərarı ilə “Zəngərsənaye” İB-in əməkdaşlarına Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar 2 bağ massivində bağ evi tikilişi məqsədi ilə 8.7 ha torpaq sahəsi ayrılmışdır.Zərgərsənaye İB-in Həmkarlar Komitəsinin 1 saylı 11 dekabr 1987-ci il tarixli Protokolundan çıxarışa əsasən həmin ərazidə 06 saylı yerdə 500 m2 torpaq sahəsi ona verilmişdir.Qeyd etdiyi kimi ilkin hüquqverici sənədlərə əsasən həmin torpaq sahəsi onun mülkiyyətində sayılır.Cavabdeh qanunazidd hərəkətləri nəticəsində o neçə illərdir ki,həmin mülk-torpağını dövlət qeydiyyatına aldıra və özəlləşdirə bilmir.Dəfələrlə şifahi qaydada həm cavabdehə həm də yerlə icra və bələdiyə orqanlarına bu barədə müraciət etsə də nəticəsi olmamışdır.Cavabdeh özbaşına həmin ərazidə “Г” obrazlı uzunluğu 70-80 metr hündürlüyü 1.5 metr olan daş hasar inşa edərək ona öz torpağında hər hansı bir iş görməyə maneçilik törədir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən azad edilməsi” barədə iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət etmişdir.İddia tələbinin dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar-2 bağ massivində bağ evi tikintisi üçün ona ayrılmış və mülkiyyəti sayılan torpaq sahəsi zəbt edildiyi üçün həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması və özəlləşdirilməsi mümkün olmamış, iddiaçının özünəməxsus torpaq sahəsində hər hansı bir iş görməsinə maneçilik törədilmişdir.Hesab edirik ki, iddia tələbi istər hüquqi baxımdan, istərsə də faktiki hallar baxımından əsassız olduğu üçün rədd edilməlidir.Belə ki, məhkəmənin iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi Bakı şəhər X3 İcrayyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli Qərarı ilə qızıl zavodunun 151 nəfərdən ibarət işçilərinə Qaradağ rayonu Şıxlar qəsəbəsi ərazisində kollektiv bağçılıq təsərrüfatının yaradılması məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Bakı şəhər X3 İcraiyyə Komitəsinin yuxarıda qeyd edilən Qərarına əsasən Azərbaycan “Zərgərsənaye” İB-nin 11 dekabr 1988-ci il tarixli Protokolundan çıxarışda bağçılıq yoldaşlıq cəmiyyəti üzvülərinin 150 nəfərdən ibarət siyahısı təsdiq edilmiş və İddiaçı da bağçılıq cəmyyətinə üzv qəbul edilməsi barədə bağçılıq yoldaşlıq Cəmiyyəti tərəfindən təsdiq edilmiş kitabça verilmişdir. Həmçinn məhkəmənin iş materiallarında Azərbaycan “Zərgərsənaye” İB-nin Qaradağ rayon Şıxlar-2 zonasında olan torpaq sahəsinin bölgü sxemi və 11 dekabr 1988-ci il tarixli Protokoldan çıxarışın azərbaycan dilində tərtib edilmiş nüsxəsi vardır.İddia ərizəsində zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi irəli sürülsə də, əsində iddiaçının belə bir tələblə çıxış etməsi üçün hər hansı hüquqi əsaslar mövcud olmamış, yəni iddia predmetini təşkil edən və zəbt edildiyi iddia olunan torpaq sahəsinin onun istifadəsində olduğu heç bir faktiki hal və ya hüquq müəyyənedici sənədlə təsdiqini tapmamışdır.İş üzrə təqdim olunmuş sənədlərə əsasən məlum olmuşdur ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair qərar qəbul edilsə də, AR Torpaq Məcəlləsinin 6-cı maddəsinə əsasən həmin torpaq sahəsinin ərazi hüdudları və xəritəsi müvafiq dövlət torpaq və xəritəçəkmə orqanı ilə razılaşdırılaraq təsdiq edilməmişdir. İcraiyyə Komitəsinin 27.10.1987-ci il tarixli Qərarında Qaradağ rayonu, Şıxlar-2 zonasında yerləşən torpaq sahəsinə dair heç bir göstəriş olmadığı halda AZ “Zərgərsənaye” İBnin Bağçılıq təsərrüfatının sədri Qaradağ rayonu, Şıxlar-2 zonasında olan torpaq sahəsinin bölgü sxemini tərtib edərək bu səlahiyyətə malik olmadığı halda özbaşına tərtib edilmiş bölgü sxemini bağçılıq yoldaşlıq cəmiyyətinin möhürü ilə təsdiq etmişdir. (Bu isə AR Torpaq Məcəlləsinin 68-ci maddəsinə ziddir)Digər tərəfdən, xüsusi olaraq qeyd etmək lazımdır kİ, 27.10.1987-ci il tarixli Qərarla bağçılıq təsərrüfatı üçün ayrılmış mübahisəli torpaq sahəsi uzun illər ərzində təyinatına uyğun istifadə edilmədiyi üçün həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının Ələt Bələdiyyəsinə torpaq sahələrinin ayrılması ilə bağlı verilmiş 12.10.2005-ci il tarixli, 267 saylı sərəncamına əsasən Şıxlar yaşayış massivinin kənd ərazisi hüdudlarına aid edilmişdir. Halbuki, 1987-ci il tarixli Qərarla bağçılıq yoldaşlıq təsərrüfatı üçün ayrılmış torpaq sahəsi 2006-cı ilədək təyinatına uyğun istifadə edilməmiş və orada heç bir tikinti abadlıq işləri həyata keçirilməmişdir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən İddiaçı isə iddia etdiyi torpaq sahəsindən 33 il ərzində ümumiyyətlə istifadə etmədiyi halda belə bir absurd tələblə məhkəməyə müraciət etmişdir. Hansıki Qaradağ rayonu Ələt Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli Qərarı ilə fərdi ev tikintisi üçün mənim adıma torpaq sahəsi ayrılan zaman nə həmin ərazidə 1988-ci ildən bağçılıq təsərrüfatına üzv olduğu barədə sənədlər təqdim edən hazırki iş üzrə iddiaçının nə də digər şəxsin faktiki istifadəsində hər hansı torpaq sahəsi olmamış və ətraf tamamilə boş ərazilərdən ibarət olmuşdur.Bu onu deməyə əsas verir ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 1987-ci il Qərarının 24.07.2006-cı il tarixində AR Dövlət Arxivinin Bakı filialı tərəfindən möhürlə təsdiq edilmiş surəti əldə edilənə qədər İddiaçı və digərlərinin adma torpaq sahəsinin ayrılması çarədə 11 dekabr 1988-ci il tarixli Protokoldan çıxarış və Bağçılıq təsərrüfatına üzvülük haqqında kitabça olmamış, iş materiallarına əalvə edilmiş həmin sənədlər köhnə tarix adı altında 2006-cı ildən soma tərtib edilmişdir.“Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, onların yalnız arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Bağ rəsərrüfatı idarələri ləğv edilənə qədər müəyyən olunmuş ərazidə bağçılıq təsərrüfatının inkişafı və istismarı ilə məşğul olan bağ təsərrüfatı üzvlərinə faktiki istifadə etdikləri bağ sahələrinin arxiv sənədləri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış rəsmiləşdirilə bilərdi. İddiaçı isə 1988-ci ildən bağçılıq təsərrüfatına üzv olduğu barədə sonradan tərtib edilmiş sənəd təqdim etsə də, uzun illər boyu təyinatına uyğun istifadə etmədiyi torpaq sahəsi üzərində hər hansı hüquqa malik olmamışdır. AR Torpaq məcəlləsinn 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin məcəllənuin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahələrinin planının və təsvirinin hazırlanması yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı (burada Dövlət Toıpaq və Xəritəçəkmə komitəsi nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Lakin iddiaçının adma ayrılması ehtimal edilən torpaq sahəsi üzərində bu işin həyata keçirilməsinə səlahiyyəti olmayan Bağçılıqyoldaşlıq Cəmiyyəti tərəfindən bölgü sxemi tərtib edilərək möhürlə təsdiq edilsə də, əslində iddiaçının torpaq sahəsi üzərində hər hansı hüququn yaranması ilə nəticələnməmişdir.Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən və AR Torpaq məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasının tələbini rəhbər tutaraq İddiaçı “zəbt edilmiş torpaq sahəsinn boşaldılmasına dair” iddia tələbi üzrə subyektiv hüquqa malik olmadığını nəzərə alaraq icraata xitam verilməsi barədə müvafiq Qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, öz izahatında həmin sahə ilə bağlı mülkiyyət hüququ haqqında şəhadətnamə əldə etdiyini, hazırda həmin sahənin onun xüsusi mülkiyyətində olduğunu, buna baxmayaraq cavabdeh ona həmin sahəni təhvil vermədiyini, həmin sahəi ilə bağlı plan ölçü sxeminin də olduğunu, koordinatların aşkar olduğunu, lakin yenə də cavabdeh həmin sahəni ona vermək istəmədiyini, orada hasar tikdiyini bildirərək, həmin tikilinin sökülməsi, həmin sahənin ona təhvil verilməsini istədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinə etiraz edərək, iddia tələbinin tamamilə əsasız olduğunu, iddiaçının bu iddianıirəli sürməyə dair subyektiv hüququnun belə olmadığını, onun özünün həmin sahədə ondan çox öncədən istifadə etdiyini, həmin sahələr boş ərazi olduğundan, o həmin sahədən istifadə etmişdir, heç onda iddiaçının bu sahə ilə heç bir bağlılığı olmamışdır, hazırki mülki iş üzrə onun iddia müddətyini də ötürdüyünü hesab edərək, iddia müddətinin tətbiq edilməklə, iddianın rədd olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlakın ümumi sahəsi 0.05kvadratmetr torpaq sahəsinin ölçüsü olmaqla xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, bu hüquq 16.09.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, ünvan , 0,05 ha torpaq sahəsi üzrə hüququn sahibi İddiaçı kimi qeyd edilməklə,, torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, plan və ölçünün tərtib eidlməsinə əsas Zərgərsənaye b\y, Protokoldan çıxarış 1, 11.12.1988, Zərgərsənaye b\y bağçılıq kitabçası 1, 11.12.1088 olduğu qeyd eidlmişdir. İş materiallarına əlavə olunmuş 10/5794 nömrəli 11 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki,2(002)-2020/2021 saylı mülki iş üzrə tərəflərindən 18.08.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssi rəyinin Mərkəzə təqdim olunması barədə məhkəməyə 29.10.2021-ci il tarixli 10/5794 saylı vəsatət göndərilmişdir.Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi bu günədək Mərkəzə təqdim edilməmişdir. İş materiallarında olan 11.12.1988-ci il tarixli Azərbaycan “Zərgərsənaye” İB-in Həmkarlar Komitəsinin 1 saylı Protokolundan çıxarışdan görünür ki,Şıxlar ıı bağ sahəsinin ərazisində İddiaçı 6 saylı yerdə 500 m2 torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Zərgərsənaye İB-in Həmkarlar Komitəsinin 1 saylı 11 dekabr 1987-ci il tarixli sənədin çıxarışdan görünür ki,Qaradağ rayonu Şıxlar İİ bağ sahəsinin ərazisində İddiaçı 6 saylı yerdə (500) m2 torpaq sahəsi daimi istifadəsi üçün verilmişdir. İş materiallarında olan 24.12.2021-ci il tarixli **********40 N-li Azərbaycan Respublikası DƏDRX MMC-in arayışından görünür ki,iddiaçının iddia etdiyi və naturada göstərdiyi əraziyə baxış keçirilib,naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür.Lakin iş üzrə qərardad,hüquqmüəyyənedici və texniki sənədlərin(texniki pasport,torpaq sahəsinin planı və ölçüsü və s.) rəsmi surətdə təqdim olunmaması səbəbindən əlavə münasibət bildirilməsi mümkün olmamışdır. İş materiallarında olan 03.02.2022-ci il tarixli **********09 N-li Azərbaycan Respublikası DƏDRX MMC-in arayışından görünür ki,iddiaçının iddia etdiyi və naturada göstərdiyi əraziyə baxış keçirilib,müraciətdə qeyd edilən tarixdə keçirilməsi nəzərdə tutulan baxışda cavabdehin iştirak etməməsi (cavabdeh X1 ilə telefon danışığı zamanı işdən icazə ala bilməməsini bildirmişdir) səbəbindən tədqiqat obyektinə baxışın keçirilməsi və müvafiq münasibət bildirilməsi mümkün olmamışdır. Məhkəmə bununla əlaqədar bir sıra hüquq normalarının qeyd olunmaını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, qaradağ rayonu, Şıxlar qəsəbəsi, Zərgərsənaye b\y-nın 6 saylı bağ sahəsi (0,05 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh həmin sahədən istifadə edir (cavabdehin özünün etiraz ərizəsi və izahatı). Həmçinin, cavabdeh mübahisə predmeti olan sahənin onun qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi həmin torpaq sahəsinin iddiaçıya (həmin sahənin mülkiyyətçisi qismində çıxış edən) təhvil verilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin tikilinin sökülməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı ona məxsus olan sahədə cavabdeh tərəfindən qanunsuz tikili tikildiyini bildirsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etmədiyindən, həmin halın məhkəmə araşdırması zamanı müəyyən edilməsi mümkün olmamışdır.Həmçinin, hazırki mülki iş üzrə müvafiq ekspertiza təyin edilsə də, həmin ekspertizanın keçirilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iclasında cavabdeh tərəfindən hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir ki, məhkəmə həmin ərizə ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, Azərabyacan Respublikası MPM-in 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi mülkiyyətçinin hüququnun qorunması ilə bağlı hüquq münasibətlərinə aid olduğundan, həmin tələb üzrə iddia müddəti şamil edilmədiyindən, mülki iş üzrə iddia müddəti ötürülməmişdir.Ona görə də hazırki mülki iş üzrə cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlar məcmuəsinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi, «Zərgərsənaye” b/y 6 saylı bağ sahəsi (0,05 ha torpaq sahəsi) iddiaçıya təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid eidlməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi, «Zərgərsənaye” b/y 6 saylı bağ sahəsi ( 0,05 ha torpaq sahəsi A№643523 torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq) İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-66/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-66/2022
13.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver