Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-678/2022 28.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi» Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan NKİ QİB-in Puta neft nəqletmə sahəsinin və neft çənləri parkının mühafizə zonası daxilində ünvan 1 saylı mənzilində Puta NNS-in hasarından 30 metr aralıda mənzilin qarşısında hasarlama və təsərrüfat damı kimi tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi» iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan NKİ QİB-in Puta neft nəqletmə sahəsinin və neft çənləri parkının mühafizə zonası daxilində ünvan 1 saylı mənzilində Puta NNS-in hasarından 30 metr aralıda mənzilin qarşısında hasarlama və təsərrüfat damı kimi tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir.. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək,öz izahatında otağın onun olmadığını, qonşunun olduğunu və çəpərin onun xəbəri olmadan söküldüyünü, həmin təsərrüfat damı tikili və hasarın söküldüyünü bildirərək,iddia tələbinə etirazını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı X2 NBKXS-nin rəisi R. Məhərrəmov, Qarovul rəisi P.İsmayıllı hazırki aktı tərtib ediblər ondan ötəri ki, xx.xx.2021-ci il tarixdə SOCAR-in Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın rəisi Bildiriş əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, X2 istismarında olan Puta NNS-in hasarından 30 metr aralı məsafədə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus yeni tikinti işinin aparılması aşkarlanmışdır. Aparılan işlərin dayandırılması barədə yazılı xəbərdarlıq olundu. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 12 sentyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, SOCAR-ın «Neft Kəmərləri İdarəsi tərəfindən Cavabdeh tikinti işlərinin aparılmasının dayandırılması bildirilmiş, əks halda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıması nəzərinə çatdırılmışdır. İş materiallarına ünvan 1 saylı mənzilində Puta NNS-in hasarından 30 metr-də olan qanunsuz tikilinin sxemi və fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2022-ci il tarixli 10/1763 nömrəli ekspert rəyindən görünür ki,Bakı şəhəri, ünvan 1 ünvanında həyətyanı sahədə təsərrüfat damı tikilisi və həyətyanı sahənin əsas hasarına perpendikulyar olmaqla mişar daşından inşa edilmiş hasar mövcuddur.Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən təsərrüfat damı tikilisi ilə “SOCAR”ın “Neft kəmərləri İdarəsi”in X2 Puta nəqletmə sahəsinin və neft çənləri parkın mühafizə zonasının sərhədi(ərazinin hasarı) arasında olan məsafə 30 m təşkil edir,həmin ünvanda həyətyanı sahənin əsas hasarına perpendikulyar olmaqla mişar daşından inşa edilmiş hasarın başlanğıc hissəsi ilə “SOCAR”ın “Neft Kəmərləri İdarəsi”nin X2 Puta nəqletmə sahəsinin və neft çənləri parkının sərhədi (ərazinin hasarı) arasında olan məsafə isə 2.45 m təşkil edir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3 bəndinə əsasən Bakı şəhəri,Qaradağ rayonu,Puta qəsəbəsi,Sovet küçəsi,ev 18,mənzil 3 ünvanında yerləşən təsərrüfat damı tikilisi və həmin ünvanda həyətyanı sahənin əsas hasarına perpendikulyar olmaqla mişar daşından inşa edilmiş hasar “SOCAR”ın “Neft Kəmərləri İdarəsi”in X2 Puta nəqletmə sahəsinin və neft çənləri parkının mühafizə zonasında yerləşir.(qərardadın 1-ci sualı üzrə) Baxış zamanı həmin ərazinin mühafizə zonasının olmasına dair hər hansı nişanlanma işarələri aşkar edilməmişdir.(qərardadın 2-ci sualı üzrə) Aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1-ci bənd). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (2-ci bənd). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla ) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (3-cü bənd). Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının” (xx.xx.2003-cü il tarixli): 1.29. Magistral neft kəmərlərinin obyektlərində texnoloji proseslərlə əlaqədar olaraq ətraf mühitə ziyan verdiyi üçün yaşayış və ictimai binalardan sanitar-mühafizə zonası ilə ayrılmalıdır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır:a) hər hansı tikinti və quraşdırma işləri;b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması;c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması;d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri;e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri.Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Qaradağ rayonu, Puta qəsəbəsi, Sovet küçəsi çoxmənzilli 2 mərtəbəli 18 saylı evin 3 saylı mənzilində tikilim hasar və təsərrüfat damı faktiki Cavabdeh istifadəsindədir. İddiaçı SOCAR “Neft Kəmərləri İdarəsinin” istismarında olan PUTA NNS-in mühafizə zonası ayrıldığını, cavabdehin faktiki istifadəsinə olan hasarlama və təsərrüfat damı tikilinin qeyd edilən neft kəmərinin mühafizə zonasında yerləşdiyini əsas gətirərək, qeyd edilən idida tələbini irəli sürmüşdür. Həmçinin,məhkəmə iclasında tədqiq edilmiş müvafiq ekspert rəyi və digər sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadəsində olan qeyd edilən təsərrüfat damı tikilisi və həmin ünvanda həyətyanı sahənin əsas hasarına petpendikulyar olmaqla, mişar daşından inşa eidlmiş hasar həmin neft nəqletmə və neft çənləri mühafizə zonasında yerləşir. Həmçinin, məhkəmə araşdırması zamanı, cavabdeh tərəfindən həmin hasar tikilinin inşa edilməsinə dair həmin neft kəmərlərini istismar edən iddiaçı təşkilat, müvafiq yerli icra hakimiyyəti orqanları və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırılması, bu barədə yazılı razılığı, icazənin alınmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının” tələbinə əsasən magistral neft kəmərlərinin mühafizə zonasında hər hansı tikinti işlərinin aparılması üçün qeyd edilən razılaşdırılmının aparılması və yazılı icazənin alınması imperativ norma kimi qeyd edilmişdir. İndiki halda isə cavabdeh tərəfindən həmin tələblərə əməl edilməmiş, qanunvericiliyin tələbləri, habelə qedy edilən qaydaların tələbləri pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin istismarında olan NKİ QİB-nin Puta neft nəqletmə sahəsinin və neft çənləri parkının mühafizəsi zonası daxilində Bakı şəhəri,Qaradağ rayonu,Puta qəsəbəsi,Sovet küçəsi,ev 18,mənzil 3 saylı mənzildə Puta NNS-in hasarından 30 metr aralıda (mənzilin qarşısında) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş təsərrüfat damı tikilisi və həmin ünvanda Puta NNS-in hasarından 24,5 metr aralıda həyətyanı sahənin əsas hasarına petpendikulyar olmaqla, mişar daşından inşa edilmiş hasar Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalı, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilmidır. 102 (yüz iki) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin istismarında olan NKİ QİB-nin Puta neft nəqletmə sahəsinin və neft çənləri parkının mühafizəsi zonası daxilində yerləşən Bakı şəhəri,Qaradağ rayonu,Puta qəsəbəsi,Sovet küçəsi,ev 18, 3 saylı mənzildə Puta NNS-in hasarından 30 metr aralıda (mənzilin qarşısında) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş təsərrüfat damı tikilisi və həmin ünvanda Puta NNS-in hasarından 24,5 metr aralıda həyətyanı sahənin əsas hasarına petpendikulyar olmaqla, mişar daşından inşa edilmiş hasar Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. İş üzrə çəkilmiş 102 (yüz iki) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “SOCAR” Neft Kəmərləri İdarəsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-678/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-678/2022
28.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver