Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-727/2023 12.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş bacısı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azadə xəstə olmaqla diaqnozu “Yüngül dərəcəli əqli gerilik”dir. Azadə xəstə olmaqla 2-ci qrup əlildir, mütamadi olaraq müalicə olunur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi X8 xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir.Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir.Hazırda oğlunun fəaliyyət qabiliyyət olmamasını müəyyən etdirmək ona qəyyum olunması zəruridir. Qeyd olunanları nzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, bacısı Azadə Veysəlova öz hərəkətlərinin mənasını dərk edə bilmir, bir neçə dəfə evdən qaçıb getmiş, bir dəfə evdən qaçanda isə avtomobil qəzasına düşərək ayağı qırılmış, növbəti dəfə isə ayağındakı gipsi qıraraq yenidən evdən qaçmışdır. Bir neçə dəfə psixi xəstəxanada müalicə olunmuşdur. Hazırda bacısının faəliyyət qabiliyyətsiz hesab edilməsi barədə sənədləşmə ona bacısı üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Ərizəçi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayədarlıq məsələləri üzrə Komissiyasının məsul katibi X12 məhkəmənin hazırlıq iclasında iştirak edərək bildirmişdir ki, ərizənin təmin edilməsinə etirazının olmadığını, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Maraqlı şəxs Qəyyumluq və Himayədarlıq məsələləri üzrə Komissiyasının səlahiyyətli nümayəndəsinin məhkəmə baxış iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan АЗ ******* nömrəli, Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1969-cu ildə doğulmuşdur. X3, anası X4r. İşdə olan АЗ 003319 nömrəli, Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə doğulmuşdur. X3, anası X4r. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi RPX X17 tərəfindən verilmiş, ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, X8 aid qısa anamnez: ilkin psixi-fiziki inkişafı ləng olub, məktəbə formal gedib. Qardaşı ilə yaşayış, valideynləri rəhmətə gedib. Qardaşının sözlərindən elə uşaq vaxtından davranışında və qavramasında problem var. Evdən qaçır, qonşuların evlərinə icazəsiz gedir, mağazadan oğurluq edir. Elə həmin səbəbdən təkrar həkim qəbulundadır. Zahirən narahat, qərarsızdır. Mimikasında istehzalı gülüş var. Ünsiyyətə qoşulur, sualları primitiv tərzdə cavablandırır. Münaqişəyə meyllidir, icazəsiz otaqlara girir, oğurluq edir. Emosional reaksiyaları qeyri stabildir. Əməli dəyişkəndir. Maraqları daralıb. Tənqidi formaldır. Xəstəliyin gedişatı xroniki xarakterlidir. Aparılan stasionar müalicələr nəticəsində xəstənin vəziyyətində yaxşılaşma qeyd olunur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(002)-727/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası ilə əlaqədar verilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi xx.xx.2022-ci il tarixli 733 saylı ekspert rəyində göstərilir ki, X6 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunun anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. X9 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Buna görə də, X14 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1969-cu il təvəllüdlü X7 qardaşıdır. Ərizəçinin izahatı və ərizəyə əlavə edilmiş xəstəlik tarixçəsindən çıxarış sənədlərinə əsasən X5 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) X5 hər hansı psixi qüsuru vardırmı? 2) X9 psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdirmi? 3) X6 psixi qüsur ilə öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə mövcuddurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi xx.xx.2022-ci il tarixli 733 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X2 şəxslərin qulluğuna ehtiyacı var, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır, X9 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Məhkəmə onu da qeyd edir ki, barəsində fəaliyyət qabiliyyətsiz elan edilməsi barədə ərizə verilmiş şəxs Azadə Veysəlovanın məhkəmə iclasında dəvət edilməsi barədə təşəbbüs göstərilsə də, X1 ilə bağlı məhkəmə proseslərində iştirakı mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə hazırkı işdə ərizəçi sübutetmə predmetini icra etmiş və müəyyənləşdirilməli olan faktiki halların dairəsi, yəni şəxsin psixi qüsurunun mövcudluğu, şəxsin öz hərəkətlərini anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi, psixi qüsurla şəxsin öz hərəkətlərini anlaya bilməməsi arasında səbəbli əlaqənin olması faktı və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin ərizəçinin bacısı olması faktı tam müəyyən edilmişdir. Məhkəmə iş üzrə qəbul edilmiş ekspert rəyini ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq, iş üzrə sübutların mötəbərliyinə hər birinə ayrılıqda və birlikdə qiymət verərək, sübutların bir-birini təkzib etməməsini nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1969-cu ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. 09 yanvar 1969-cu ildə Bakı şəhərində anadan olmuş X9 (şəxsiyyət vəsiqəsinin nömrəsi AA0054924; FİN 5T0VZVQ) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-727/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-727/2023
12.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver