Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-738/2025 18.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Əriçələrin tələbi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhər Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 adına verilmiş, ailə üzvü kimi onların da qeyd edildiyi Maraqlı şəxs Başçısının 25 fevral 2005-ci il tarixli 126 saylı sərəncamının Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizə belə əsaslandırılmışdır ki, Maraqlı şəxs Başçısının 25 fevral 2005-ci il tarixli 126 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yaşayış üçün 4 otaqlı mənzil mərhum əri X3 verilmişdir. Həmin qərar əsasında 9 mart 2025-ci il tarixli 001551 saylı order verilmişdir. Lakin dövlət arxivinə göndərilmiş 25 fevral 2005-ci il tarixli 126 saylı sərəncamında onun ata adı Nazim əvəzinə Nazlı kimi, oğlu Ərizəçi2 adı X1 yazılmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyir, lakin arxiv arayışında olan bu uyğunsuzluğa görə mənzilin özəlləşdirilməsi mümkün olmur. Hazırki hüquqi faktın müəyyən edilməsi ona mənzili özəlləşdirmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, sərəncamda texniki xəta baş verdiyini və adının səhvliklə Sarvan yazıldığını qeyd etmişdir. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, sənəddə texniki səhvə yol verilib. Ata adının səhv olaraq Nazlı yazıldığını qeyd etmişdir. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxsə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin mövqeyi: Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. b) Əsaslandırma AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1992-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının 126№-li xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, H.Əliyev adına Bakı Dərin Özüllər zavodu Sahil qəsəbəsində Şahlar Əsgərov küçəsində yerləşən 7 saylı, 6 alaqapılı, 117 mənzilli, 9 mərtəbəli yenicə inşa edilmiş yaşayış binasını istifadəyə vermişdir. H.Əliyev adına BDÖZ-un rəhbərliyininin və həmkarlar komitəsinin (pr.3-xx.xx.2004-cü il tarixli) birgə qərarı ilə qeyd olunan yenicə inşa olunmuş yaşayış binasının və boşalmış mənzillərin mənzil növbəsində dayanan işçilər arasında bölüşdürülmüşdür. H.Əliyev adına BDÖZ-un rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarı təsdiq edilsin. Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 7, 2-ci alaqapı, 8-ci mərtəbə, 4 otaqlı, sahəsi 61.33 kv m. Olan, 33 saylı mənzil 1988-ci ildən H.Əliyev adına BDÖZ-un sürücü işləyən və xx.xx.1988-ci ildən mənzil növbəliyi siyahısında olan X3 verilsin. X7 (özü)- Ərizəçi1 Nazlı qızı (arvadı)-X10 (oğlu)-X4 (qızı)-X5 (oğlu). Beləliklə, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamında qeyd edilmiş ailə tərkibinin soyadı, adı və ata adları ilə onların şəxsiyyətini təsdiq edən sənəddə, habelə doğum haqqında şəhadətnamədə göstərilənlər arasında fərq olduğu aşkar edilmiş, beləki Ərizəçi1 ata adı “Nazlı”, Ərizəçi2 adı “Sarvan” kimi qeyd olunmuş, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, sənədin Ərizəçi1, Ərizəçi2 məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Ərizəçi1, Ərizəçi2 Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 7, 2-ci alaqapı, 8-ci mərtəbə, 4 otaqlı, sahəsi 61.33 kv m. Olan, 33 saylı mənzilin verilməsinə dair Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən Ərizəçi1, Ərizəçi2 məxsus olması halı öz təsdiqini tapmışdır. Göstərilənlərin texniki səhv olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 7, 2-ci alaqapı, 8-ci mərtəbə, 4 otaqlı, sahəsi 61.33 kv m. Olan, 33 saylı mənzilin mülkiyyətinə verilməsinə dair sərəncamın Ərizəçi1, Ərizəçi2 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamın Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-738/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-738/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver