Məhkəmə qərarları › İş №2(002)-741/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-741/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-741/2021 03.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh2nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Azərbaycan” QSC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh2nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Azərbaycan” QSC-yə qarşı qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli hərracın və onun yekunları barədə 34/04 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında öz izahatında iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmiş və bu barədə müvafiq ərizə təqdim etmişdir. Cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Azərbaycan” QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə malumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh2nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Azərbaycan” QSC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh2nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Azərbaycan” QSC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar