Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-756/2021 13.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə Ərizəçi X5 Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X5 Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.2002-ci il tarixdə Yardımlı rayonu, Bilnə kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, X11 xx.xx.2002-ci ildə Yardımli rayonu, Bilnə kəndində anadan olmaqla onun oğludur. Nahid xəstə olmaqla ona dərin kəmağıllıq idiotiya kobud nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Nahiddə teztez qıcolma tutulması baş verir, sərbəst yeriyə bilmir, nitqi və əqli inkişafdan geri qalmışdır. Göründüyü kimi Nahidin xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlunun fəaliyyət qabiliyyət olmamasını müəyyən etdirmək ərizəçinin özünün oğluna qəyyum olunması üçün lazımdır. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Ərizəçi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, X1 rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv küçəsi 1,ev 27-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ seriyalı 192198 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2002ci il tarixdə Yardımlı rayonu, Bilnə kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən göründüyü kimi, X5 xx.xx.2002-ci il təvəllüdlü X7 anasıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X9 dərin dərəcəli kəmağıllılıq, nitq və davranış pozuntulari ilə kənar şəxslərin nəzarət və qulluğuna ehtiyac var. F73.1 diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışının surətindən görünür ki, X11 1-ci qrup əlildir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-756/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 551 saylı ekspert rəyindən görünür tibbi sənədlər əsasında (qiyabi) aparılan müayinə əsasında belə nəticəyə gəlmək olur ki, X4, Dərin kəmağıllıq(idiotiya), davranış pozuntuları ilə formasında əqli gerilikdən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əllilik təyin edilmişdir.Göstərilənləri nəzərə alaraq, xx.xx.2002-ci il təvəllüdlü X7 yuxarda göstərilən diaqnozlu xəstəliklə əlaqədar o, öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil.Buna görə xx.xx.2002-ci il təvəllüdlü X11 tam fəaliyyət qabiliyəti olmayan şəxs hesab edilməlidir . Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.2002-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçi X3 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-756/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-756/2021
13.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver