Məhkəmə qərarları › İş №2(002)-758/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-758/2024

25.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-758/2024 25.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə, Ərizəçinın Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.1949-cu ildə Şəmkir rayonunda anadan olmuş anası X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X9 xx.xx.1949-cu ildə doğulmuşdur. 2015-2016cı illərdən etibarən anasının hafizəsində pozuntular əmələ gəlməyə başlamışdır. Həmin illərdə həkim müalicəsindən sonra hafizəsində olan pozuntular aradan qalxmışdır. Lakin 2018-ci ildə xalasının rəhmətə getməsi ilə anasının hafizə pozuntuları yenidən başlamış və əvvəlki pozuntulara nəzərən daha da mütəmadi hal almağa başlamışdır. Bu səbəbdən də yenidən həkim müalicələrinə başlasalar da, bu müalicələrin bir effekti olmurdu. Sonradan 2020-ci ilin əvvəllərində onun atası insult keçirərək, komaya düşdükdə anasının hafizə pozuntuları daha da şiddətləndi. Hər dəfə ailə üzvlərindən kiminsə səhhətində ciddi narahatlıqlar olduqda, yaxud da yaxın qohumlardan kimsə dünyasını dəyişdikdə anasında yaranan "yaxınlarını itirmə qorxusu hissi" onun hafizə pozuntularının şiddətlənməsinə səbəb olurdu. Sonradan 2023-cü ildə atası dünyasını dəyişdikdən sonra anasının hafizə pozuntusu pik həddə çatmışdır. Hazırda, ötən 30 ildə baş verənlər hafizəsindən silinmişdir. Bəzən yaddaşı sanki geri gəlsə də, qəfil yenidən pozuntular yaşanır. Bəzən ailə üzvlərinin kim olması belə yadına düşmür. Beləliklə də, anasında yaranmış yaddaş pozuntusu ailədə müəyyən çətinliklərə gətirib çıxarmışdır. Anasının yaddaş pozuntuları səbəbi ilə anasına qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Hesab edir ki, məhkəmə tərəfindən xx.xx.1949cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/68 nömrəli sənədinə əsasən, Həkim Psixiatr Komissiyasının 34 nömrəli rəyi ilə xx.xx.1949-cu il təvəllüdlü X6 “dəqiqləşdirilməmiş demensiya" diaqnozu qoyulmuş və bu barədə qərar qəbul edilmişdir. Odur ki, anasının səhhətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zəruridir. Hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və ərizə tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs nümayəndəsi X10 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Heydərli X11 qəsəbəsi, 2-ci massiv, 4cü keçid, ev 30 ünvanında qeyiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazilirliyi 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/68 nömrəli rəyindən görünür ki, X7 “dəqiqləşdirilməmiş demensiya" diaqnozu qoyulmuşdur. İş materiallarında olan Vİİİ-JQ seriyalı 408002 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun anası X8r. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 716 saylı rəyindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X4 damar mənşəli demensiya (ağıl zəifliyi) aşkar olunur. xx.xx.1949-cu il təvəllüdlü X9 onda qeyd olunan naməlum mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkərlətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.1949-cu ildə Şəmkir rayonunda anadan olmuş anası X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu ildə Şəmkir rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar