Məhkəmə qərarları › İş №2(002)-763/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-763/2022

14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-763/2022 14.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 631 manat 66 qəpik borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ələt qəsəbəsi Şıxlar küçəsi ev 5 ünvana cavabdeh tərəfindən 631 manat 66 qəpik əsassız borc hesablanmışdır. Bu barədə Qaradağ rayonu Su-Kanal idarəsinə dəfələrlə şifahi və yazılı müraciət etmişdir. Ona borcun hansı səbəbdən yaranması haqqında məlumat verməmişlər. İstifadə etdiyi su pullarını **********000 saylı abonent kodu üzrə vaxtı-vaxtında ödəmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Onunla Cavabdeh ASC-nin Qaradağ rayonu Su-Kanal idarəsi arasında «Su təchizatı və tullantı sularının axıdılması» xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə «Sudan istifadə Qaydaları»nın 1 nömrəli əlavəsinə uyğun olaraq müqavilə bağlanmamışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndində göstərilir ki, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 882.1-ci maddəsinə, «Sudan istifadə Qaydaları»nın 2.1.9-cu bəndinə, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci və 72-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, borcun etiraf edilməsi barədə hökmən mücərrəd müqavilə olmalı və həmin müqavilədə borc öhdəliyi əks olunmalıdır. Nə üçün cavabdeh tərəf, bu vaxta qədər borcun əsaslı olması barəsində sonunculara verilmiş hüquqdan istifadə edərək tədbirlər görməmiş və məhkəmə qaydasında iddia qaldırmamışdır? İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi. O hazırkı iş üzrə sübut hesab edilən abonent kartını məhkəməyə təqdim edərək, izahatında bildirdi ki, iddiaçıya həmin abonent kartına əsasən cavabdeh tərəfindən əsassız olaraq 526 manat 04 qəpik borc hesablanmışdır. Buna görə də məhkəmədən iddianın qismən təmin edilməsi və həmin borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş **********000 abonent kodu üzrə (İddiaçı, ünvan: ünvan 1vabdeh tərəfindən iddiaçıya 19.03.2021-ci il tarixdən 19.04.2021-ci il tarixləri arasındakı dövr üçün 431 manat 20 qəpik borc hesablanmışdır. Lakin həmin borcun hansı əsasla hesablanmasına dair sübutlar (akt və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, borcun qanuni əsasa istinadən hesablanması sübut edilməmişdir. Bundan başqa, abonent kartında olan məlumatlardan görünür ki, iddiaçıya əsassız borc hesablanmaqla yanaşı, iddiaçının cavabdehə artıq ödənişləri olmuşdur. Belə ki, 2010-cu il üzrə 7 manat 24 qəpik, 2014-cü il üzrə 20 manat, 2016-cı il üzrə 11 manat, 2017-ci il üzrə 7 manat 60 qəpik, 2018-ci il üzrə 19 manat 60 qəpik, 2019-cu il üzrə 29 manat 40 qəpik artıq ödəniş icra edilmişdir. Beləliklə, iddiaçının abonent koduna işlənmiş 431 manat 20 qəpik, 7 manat 24 qəpik, 20 manat, 11 manat, 7 manat 60 qəpik, 19 manat 60 qəpik, 29 manat 40 qəpik olmaqla, cəmi 526 manat 04 qəpik borc əsassız hesablanmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, əsassız hesablanmış 526 manat 04 qəpik borc məbləği İddiaçı abonent kodundan silinməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 631 manat 66 qəpik borcun silinməsini tələb etsə də, həmin məbləğin bir hissəsi – 105 manat 62 qəpik iddiaçı tərəfindən real olaraq istifadə olunmuş su və axıdılmış su tullantılarına görə hesablanmış borc məbləği olmaqla, abonent kodundan silinə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən abunəçi İddiaçı Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar ev 9/B ünvanı (abonent kodu **********000) üzrə yazılmış 526 manat 04 qəpik əsassız borc silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən abunəçi İddiaçı Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar ev 9/B ünvanı (abonent kodu **********000) üzrə yazılmış 526 manat 04 qəpik əsassız borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar