Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-815/2024 18.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs Başçısının 06 may 1998-ci il tarixli, 393 saylı sərəncamının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, Maraqlı şəxs Başçısının xx.xx.1998-ci il tarixli, 393 saylı sərəncamına əsasən, ona Qaradağ rayonu Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam dövlət arxivində öz əskini tapmışdır. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyir, lakin sərəncamda və sərəncamın arxiv arayışında onun soyadı və ata adı düz yazılsa da, adı səhv olaraq "Mütalib" əvəzinə "Mütəllim" kimi yazılmışdır. Əslində bütün sənədlərdə adı “Mütalib” kimi yazılsa da, ətrafında olan hər kəs onu “Mütəllim” kimi tanıyır və çağırır, həmin sənəddə səhvin bununla bağlı yarandığını güman edir. Adında olan olan bu uyğunsuzluğa görə torpağın sənədləşdirilməsi mümkün olmamışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsini sənədləşdirmək üçün lazımdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, onlar tərəfindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, o, ərizəçinin ərizəsi ilə tanış olmuşdur, ərizədə qeyd olunan sərəncamda ərizəçinin adı ilə bağlı texniki səhvə yol verilib, ona görə də ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, ərizəçinin 34 ildir ki, qonşusudur. Hər kəs ərizəçiyə “Mütəllim” kimi müraciət etsə də, rəsmi sənədlərdə onun adı “Mütalib” kimi qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, ərizəçinin qardaşıdır. Hər kəs ərizəçini “Mütəllim” kimi tanısa da, rəsmi sənədlərdə adı “Mütalib” kimi qeyd olunmuşdur. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ərizəçi Maraqlı şəxsnə ünvanladığı ərizənin surətindən görünür ki, o, xx.xx.1998-ci il tarixli, 393 saylı sərəncamda düzəliş edilərək X3 əvəzinə Ərizəçi yazılmasına dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Başçısının Birinci Müavini tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının “Qaradağ rayon XDS İK-nin qərarında dəyişiklik edilməsi” haqqında 393 saylı, xx.xx.1998-ci il tarixli sərəncamının surətindən görünür ki, Qızıldaş qəsəbəsi 61 saylı yataqxanada yaşayan X1 fərdi yaşayış evinin tikintisi məqsədi üçün Qızıldaş qəsəbəsindən ayrılmış 600,0 kv.m torpaq sahəsinin verilməsini nəzərdə tutan Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 53/64 saylı qərarının etibarsız hesab edilməsinə, Qızıldaş qəsəbəsi 61 saylı yataqxanada yaşayan X1 fərdi yaşayış evinin tikintisi məqsədi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m torpaq sahəsinin ayrılıb verilməsinə dair sərəncam verilmişdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur, Qızıldaş qəsəbəsi 61 saylı yataqxana ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Abdullayeva Anaxanım xx.xx.1990-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Cəlilabad rayonu Pokrovka kənd sovetində qeydiyyat aparılmışdır. İş materiallarında olan 047-32/3 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi 47 saylı Sumqayıt- Abşeron-Qaradağ seçki dairəsinin 32 saylı Məntəqə Seçki Komissiyasının katibi olmuşdur. İş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasının, İZ seriyalı ******* saylı hərbi biletin, PC tipli C01301976 saylı pasportun surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, şahidlərin ifadələrində, iş materiallarında olan yazılı sübutlarda, o cümlədən ərizəçinin şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində, əmək kitabçasında, pasportunda, hərbi biletində qeyd olunan məlumatlar, habelə ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, hazırda maraqlı şəxsin nümayəndəsinin ərizənin təmin edilməsinə etiraz etməməsi halları nəzərə alınaraq, ərizə təmin edilməli, Maraqlı şəxs Başçısının 06 may 1998-ci il tarixli, 393 saylı sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs Başçısının 06 may 1998-ci il tarixli, 393 saylı sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-815/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-815/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver