Məhkəmə qərarları › İş №2(002)-823/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-823/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-823/2024 12.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi Maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası Bakı şəhər Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1i küçəsi 5 a saylı evin 2-ci blok, sahəsi 57,95 kv.m olan beş otaqlı 16 saylı mənzilinə aid Bakı şəhəri,Maraqlı şəxs Başçısının xx.xx.2001-ci il tarixli 619 saylı sərəncamının mənə - Ərizəçi qızma, həmin sərəncamda ailə üzvü kimi qeyd edilmiş “X9” adının oğlum - X7 məxsus olması barədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, “ Azəriqaznəql” İB-nin rəhbərliyinin və həmkarlar komitəsini 30 oktyabr 2001-ci il tarixli birgə qərarında əsasında Maraqlı şəxs Başçısının xx.xx.2001-ci il tarixli 619 saylı sərəncamına əsasən ona 5 nəfər ailə üzvü nəzərə alınmaqla ünvan 1i küçəsi 5 a saylı evin 2-ci blok, sahəsi 57,95 kv.m olan beş otaqlı 16 saylı mənzili verilmişdir. Həmin sərəncamda onun adı səhvən Ərizəçi əvəzinə X2 yazılmışdır. Sərəncam yazılarkən Xanbaba da onun oğlu olduğundan onun da soyadı onları soyadı kimi Baxşəliyev yazılmışdır. Lakin xx.xx.1993-cü il təvəllüdlü oğlunun soyadı Şahbabayev olsa da Baxşəliyev kimi yazılmışdır. Mənzilə dair verilmiş xx.xx.2001-ci il tarixli 034988 saylı orderdə onun və oğlu X6 adları düzgün qeyd edilmişdir. Hazırda həmin mənzili özəlləşdirmək istəyirik, lakin sərəncamda onun adında və oğlunun soyadında olan bu uyğunsuzluğa görə evi özəlləşdirə bilmirlər.Həmin sərəncan hüquqmüəyyənedici sənəddir, evin özəlləşdiriilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də düzəliş onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Tərəflərin izahat və çıxışları: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, arxivdə olan sənədlərdə onun adı və oğlnunu isə soyadı səhv qeyd edilmişdir, hal-hazırda evi özəlləşdirmək istəyir, lakin müvafiq səhvlər səbəbindən mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Maraqlı şəxs nümayəndəsi X10 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, sənəddə texnik səhvə yol verilmişdir. Ona görə ərizənin təmin edilməsinə etiraz etmirlər. Düzəliş edilməlidir ki, vətəndaş mülkiyyət hüquqlarını həyata keçırə bilsin. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş fakt və hallar: Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş XVİİİ- ЖГ seriyalı 420632 saylı doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X6 atası X11, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs Başçısının xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi müvafiq məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs Başçısının xx.xx.2001-ci il tarixli 619 saylı sərəncamından görünür ki , X4 5 nəfər ailə üzvü nəzərə alınmaqla ünvan 1i küçəsi 5 a saylı evin 2-ci blok, sahəsi 57,95 kv.m olan beş otaqlı 16 saylı mənzili verilmişdir. Həmin sərəncamda ailə üzvləri sırasında X8, X13, X17, X14 və X9 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş vətəndaş Ərizəçi ünvanlanmış Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş Maraqlı şəxs Başçısının xx.xx.2001-ci il tarixli 619 saylı sərəncamından görünür ki, X4 5 nəfər ailə üzvü nəzərə alınmaqla ünvan 1i küçəsi 5 a saylı evin 2-ci blok, sahəsi 57,95 kv.m olan beş otaqlı 16 saylı mənzil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş vətəndaş Ərizəçi ünvanlanmış Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş 034988 nömrəli orderdən görünür ki , ünvan 1i küçəsi 5 a saylı evin 2-ci blok, sahəsi 57,95 kv.m olan beş otaqlı 16 saylı mənzil Ərizəçi 5 nəfər ailə üzvü nəzərə alınmaqla verilmişdir. Həmin orderdə ailə üzvləri kimi, Ərizəçi, X13, X17, X14 və X12 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Daxili İşlər Nazirliyinin ******* saylı arayışdan görünür ki, X1 rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5 a saylı evin, 16 mənzil ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq normaları:. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Maraqlı şəxs Başçısının xx.xx.2001-ci il tarixli 619 saylı sərəncamında ərizəçinin adı yanlış olaraq “Kəmalə” kimi və oğlunun soyadı isə “Baxşəliyev” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan yanlışılığın aradan qaldırılması üçün Bakı şəhər Maraqlı şəxs Başçısının Aparatına müraciət etmiş, lakin müraciətlərinə cavab olaraq məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Maraqlı şəxs Başçısının xx.xx.2001-ci il tarixli 619 saylı sərəncamında ərizəçinin adı (Kəmalə) ərizəçinin şəxsiyyət vəsiqəsindəki adı ilə, həmçinin qeyd edilən sərəncamda ərizəçinin oğlunun soyadı da onun doğum haqqında şəhhhaədtnamədəki və şəxsiyyət vəsiqəsindəki soyadı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir. Ərizəçinin oğlunun qeydiyyat ünvanı ilə hüquqmüəyyənedici sənədlərdəki evin ünvanı ilə üst-üstə düşdüyündən və həmçinin 034988 nömrəli orderdə isə ərizəçini adı “Kamilə” və oğlunun soyadı “Şahbabyev” kimi qeyd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri,Maraqlı şəxs Başçısının xx.xx.2001-ci il tarixli 619 saylı sərəncamının Ərizəçi, həmin sərəncamda ailə üzvü kimi qeyd edilmiş “X9” adının oğlu - X7 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri,Maraqlı şəxs Başçısının xx.xx.2001-ci il tarixli 619 saylı sərəncamının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Bakı şəhəri,Maraqlı şəxs Başçısının xx.xx.2001-ci il tarixli 619 saylı sərəncamında ailə üzvü kimi qeyd edilmiş “X9” X3 oxunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar