Məhkəmə qərarları › İş №2(002)-83/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-83/2022

27.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-83/2022 27.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xaay qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4əli oğluna qarşı «paylı mülkiyyətdə olan mənzildə payın bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4əli oğluna qarşı «paylı mülkiyyətdə olan mənzildə payın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilinin mərhum anasına düşən payının cavabdehlərlə onun arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, onunla Cavabdeh1 arasında 17 avqust 2022-ci il tarixli barışıq sazişi bağlandığını bildirdi, həmin barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən iddiaçı ilə aralarında barışıq sazişi bağlanmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim olunmuş 17 avqust 2022-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir: 1) İddiaçı razılaşır ki, Cavabdeh1 Novruz oğlu 20.000 manat verməklə 18 mart 2011-ci il tarixdə vəfat etmiş anası Xanım Xanməmməd qızından və atası X1 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilindən öz payından cavabdehin xeyrinə imtina etməyi öhdəsinə götürür. 2) Cavabdeh1 Novruz oğlu razılaşır ki, İddiaçı 18 mart 2011-ci il tarixdə vəfat etmiş anası Xanım Xanməmməd qızından və atası X1 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilindən öz payından onun xeyrinə imtina etməsi üçün evi satdıqdan sonra 20.000 manat pulu verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4əli oğluna qarşı «paylı mülkiyyətdə olan mənzildə payın bölünməsi» tələbinə dair mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh1 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin: 1) İddiaçı razılaşır ki, Cavabdeh1 Novruz oğlu 20.000 manat verməklə 18 mart 2011-ci il tarixdə vəfat etmiş anası Xanım Xanməmməd qızından və atası X1 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilindən öz payından cavabdehin xeyrinə imtina etməyi öhdəsinə götürür. 2) Cavabdeh1 Novruz oğlu razılaşır ki, İddiaçı 18 mart 2011-ci il tarixdə vəfat etmiş anası Xanım Xanməmməd qızından və atası X1 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilindən öz payından onun xeyrinə imtina etməsi üçün evi satdıqdan sonra 20.000 manat pulu verməyi öhdəsinə götürür. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar