Məhkəmə qərarları › İş №2(002)-837/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-837/2022

18.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-837/2022 18.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçinun və Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31.10.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş və ünvan 1 ünvanında yaşayan oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X10 31.10.2003-cü ildə Sumqayıt şəhərində anadan olmaqla onun oğludur. Oğlu ağır dərəcəli əqli geriliyi, nitq qüsuru, davranış pozuntusu olduğuna görə özünü idarə edə bilmir. Göründüyü kimi oğluna xüsusi qulluq olunmaqla kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, oğlunun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, X8 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozulması diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar (Ambulator) kitabçadan (xəstəlik tarixindən) ******* saylı çıxarışdan görünür ki, X8 ağır dərəcəli əqli gerilik və davranış pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayonu sektoru tərəfindən verilmiş 618 saylı, 14.02.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında oğlu X10 ilə birlikdə müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 677860 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 31 oktyabr 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Əlizadə İlkinin atası X11 oğlu, anası X3r. İş materiallarında olan X8 məxsus AA0065944 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 31.10.2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 26.04.2022-ci il tarixli, 1422 saylı rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. 31.10.2003-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş X10 öz hərəkətlərinin mənasını anlamaq və ya öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin 31.10.2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş oğlu X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 31.10.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş və ünvan 1 ünvanında yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar