Məhkəmə qərarları › İş №2(002)-850/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-850/2023

31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-850/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N ETDİ: Təsviri hissəsi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh "xxxx" ASC tərəfindən, mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 24 ünvanında yerləşən binanın 50 saylı mənzilində, məcburi köçkün tərəfindən istifadə edilmiş enerji sərfiyyatına görə yaranmış 555,88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərişıq" ASC tərəfindən (bundan sonra cavabdeh) onun ünvanlanına 23 sentyabr 2021-ci il tarixli məktubla bildirilir ki, **********40050 nömrəli kod üzrə elektrik enerjisi hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, yaşayış sahəsində elektrik enerji sərfiyyatına görə xx.xx.2002-ci il tarixinə 90,12 manat və xx.xx.2006-cı il tarixinə 430,01 manat dəyərində ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 02 fevral 16 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları'nın (EEİQ) 8.22-ci maddəsinə əsasən Abonent mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməlidir.Qeyd edib ki,məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına qədər sözü gedən yaşayış sahəsində məcburi köçkün limitdən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir.xx.xx.2021-ci il tarixə "xxxx" ASC-yə olan borcu 555,88 manat təşkil edir. Həmin borc bu günə kimi silinməyib. Elektrik enerjisindən istifadə Qaydaları"nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. "1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: elektrik enerjisi istehlakçısı müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; abonent (əsas istehlakçı)- elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; elektrik şəbəkəsı-birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından,paylayıcıqurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları; Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 5.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerj təchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müessisesilə abonent arasında, abonent ilə subabonent arasında elektrik urğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyət ilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. 8.2.Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.3.Dövlet elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə(ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla əsasən apanlır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. ..."Konstitusiya Məhkəməsi Plenumununn B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2020ciil 12 mart tarixli Qərarında qeyd edilmişdir ki: "İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir:-iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.Yuxariada qeyd olunan normalara əsaslanaraq, bildirir ki, onunla cavabdeh arasında məcburi köçkün tərəfindən istifadə olunmuş enerjiya görə hərhansı müqavilə öhdəliyi olmayıb, yaranmış borc illər öncə yaranmış borcdur, yəni belə borca görə iddia müddəti də ötmüşdür. Eləcə də EEİQ-nin 8.22-ci maddəsində qeyd olunan Abonent mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməlidir....qeydindəki "Abonent" mübahisələndirdiyi haldakı "məcburi köçkün"lə eyniləşdirilməməlidir və məcburi köçkün tərəfindən yaranmış borc mənzilin sahibi olan ondan tələb də oluna bilməz. onun mənzili məcburi köçkünlərin zəbtində olub. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, "xxxx" ASC tərəfindən,**********40050 nömrəli abunə kodu olan mənzilin "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər 520,13 (beş yüz iyirmi manat 13 qəpik) manat, "xxxx" ASC-nin fəaliyyəti dövründə isə 550,88 (beş yüz elli manat 88 qəpik) manat borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (qardaşı) X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, borcun yarandığı tarixlərdə həmin mənzil məcburi köçkünlər sahibliyində olmuşdur, 2021-ci il tarixdən sonra onun özü yaşayır, o isə elektrik enerjisinin haqqını sayğacına əsasən ödəyir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nmüayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH saylı ******* nömrəli Çıxarışından görünür ki, Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594cü keçiddə istifadədə olan 0.1091 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 67.69 kv.m ümumi, 37.02 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 50 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı Rafiq qızının adına daşınmaz əmlakın dövlət reyestrində 467 nömrəli reyestr kitabının 43157 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Qaradağ rayonu üzrə Sektorundan verilmiş 10 sentyabr 2021-ci il tarixli məktubda bildirilir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 24 ünvanında yerləşən binanın 50 saylı mənzilində 1992-ci ildən etibarən Şuşa rayonundan olan məcburi köçkün X4 vəfat etdiyi tarixə qədər(xx.xx.2021-ci il tarixədək) müvəqqəti məskunlaşmışdır. O, vəfat etdikdən sonra məcburi köçkün tərəfindən zəbt edilmiş mənzil xx.xx.2021-ci il tarixdən mülkiyyət hüquqi ilə məxsus olan İddiaçı Rafiq qızına geri qaytarılmışdır. zəbtində, istifadəsində olub. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC-nin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin elektrik enerjisi sərfiyyatına görə yaranmış borcu haqqında məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, A-302-5/2023 nömrəli müraciətə "xxxx" ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq bildirmişdir ki, abunə kodu **********40050 olan mənzilin "xxxx" ASC-nin fəaliyyət dövrünə qədər 520.13 manat, "xxxx" ASC-nin fəaliyyət dövründə isə 550.88 manat dəyərində borcu mövcuddur. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC-nin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılması barədə "xxxx" ASCya daxil olmuş xx.xx.2021-ci il tarixli, A-561 nömrəli müraciətə Müştəri xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirir ki, **********40050 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, yaşayış sahəsində elektrik enerjisi sərfiyyatına görə xx.xx.2002-ci il tarixinə 90,12 manat və xx.xx.2006-cı il tarixinə 430,01 manat dəyərində yaranmış borcların ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları'nın 8.22 maddəsinə əsasən Abonent mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməlidir.Qeyd edir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azerbaycan Respublikası Prezidentinin Fərmanına qədər sözü gedən yaşayış sahəsində məcburi köçkün limitindən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə olan borcu 555,88 manat təşkil edir. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ 196539 saylı ölüm haqqında şəhadətnmaıədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş Abunə kodu **********40050 olan abunə haqqında sənəddən görünür ki, X4 cəmi borcu 550,88 manatdır. Tətbiq edilən maddələr: Belə ki, «istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra - Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Elektrik enerjisindən istifadə Qaydaları'nın 8.4-ci maddəsinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Elektrik enerjisindən istifadə Qaydaları'nın 8.22-ci maddəsinə əsasən Abonent mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübut etmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması zamanı tədqiq olunmuş sübutlardan da görünür ki, cavabdehin iddiaçıdan tələb etdiyi borcun yarandığı dövr aralağında mənzil iddiaçının sahibliyində olmamış və borc onun təqsiri səbəbindən yaranmamışdır. Mənzildə məskunlaşmış məcburi köçkün X2 adına olan abunəlik saldosundan (abunə kodu **********40050) göründüyü kimi, onun "xxxx" ASC-nin fəaliyyət dövründə 550.88 manat dəyərində borcu mövcud olduğunu və eyni zamanda mənzildə məskunlaşan məcburi köçkünlər ilə iddiaçı arasında hansı bir müqavilənin (kirayə və s) olmaması və mənzilin məcburi köçkünlərin sahibliyinə keçərkən mülkiyyətçinin elektrik enerjisi sərfinə görə borcunun mövcud olmamasına dair enerji təchizatı müəssisəsinin arayışı təqdim olunmasının mümkün olmaması, səbəbindən hal-hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıdan tələb etdiyi "xxxx" ASC-nin fəaliyyətdə olmadığı dövr üçün də yaranmış 520,13 manat məbləğində borcun iddiaçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim olunmadığını, hazırki borcun iddiaçının öz iradəsi xaricində mənzilinə sahiblik edə bilmədiyi dövrdə yarandığını, enerji sərfiyyatının ona aid olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, “Azərişıq" ASC tərəfindən **********40050 nömrəli abunə kodu olan İddiaçı Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi, 1594-cü keçid, 24 ünvanında yerləşən binanın 50 saylı mənzilinə hesablanmış "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər 520,13 (beş yüz iyirmi manat 13 qəpik) manat, "xxxx" ASC-nin fəaliyyəti dövründə isə 550,88 (beş yüz elli manat 88 qəpik) manat borc silinməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azərişıq" ASC tərəfindən **********40050 nömrəli abunə kodu olan İddiaçı Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi, 1594-cü keçid, 24 saylı evin 50 saylı mənzilinə hesablanmış "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər olan 520,13 (beş yüz iyirmi manat 13 qəpik) manat və "xxxx" ASC-nin fəaliyyəti dövründə olan 550,88 (beş yüz əlli manat 88 qəpik) manat borc silinməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (**********40050 nömrəli abunə kodu) ünvanına- ünvan 5 evin 50 saylı mənzilinə hesablanmış "xxxx" ASCnin fəaliyyəti dövrünə qədər olan 520 (beş yüz iyirmi) manat 13(on üç) qəpik və "xxxx" ASC-nin fəaliyyəti dövründə olan 550 (beş yüz əlli) manat 88(səksən səkkiz) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar