Məhkəmə qərarları › İş №2(002)-875/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-875/2025

12.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-875/2025 12.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı evin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətlənidirilməsinə dair pasportunun Əmir Abdulla oğluna məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı ev mülkiyyət hüququ əsasında atam Əmir Abdulla oğluna məxsus olmuşdur. Həmin evin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətlənidirilməsinə dair pasportunda atamın adı "Əmir Abdulla oğlu" əvəzinə həmin sənədin birinci səhifəsində "Maraqlı şəxs3yar Məmmədəli oğlu" digər səhifəsində isə "X7" kimi yazılmışdır. Lakin həmin sənəddə atamın adı Əmir Abdulla kimi yazılmalıdır. Hal-hazırda həmin evdə mən yaşayıram. Hazırda sənədlərdə olan bu uyğunsuzluğa görə evi adıma sənədləşdirə bilmirəm, sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi mənə evə dair sənədləşdirmə aparmaq üçün lazımdır.Həmin evin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətlənidirilməsinə dair pasportu X2 Bakı şəhər şöbəsi tərəfindən verilmiş, hazırda həmin komitə mövcud olmasa da onun səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizəyə dəqiqləşmə verərək, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı evin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətlənidirilməsinə dair pasportunun X4 məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, atası Əmir Abdulla oğludur. Atasının şəxsiyyət vəsiqəsində elə qeyd olunub.Bütün sənədlərdə Əmir Abdulla oğlu qeyd olunub, ancaq 1 sənəddə fərqli qeyd olunmuşdur.1984-cü ildə vəfat edib. Lökbatanda yaşayıblar. ölüm kağızın işə əlavə etmişdir. Onun özü Əlibayramlıda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməmi ora verib. O evə sənəd almamışdır. O evdə özü yaşayır. Ev torpağın üzərindədir.Torpağın sərəncamın işə əlavə etmişdir. Atasının ondan başqa 1 qızı və 1 oğlu var. Hamısı sağdır. O evi söküb yerinə balaca daxma tikmişəm. Evi tam sökməmiş, sadəcə abadlaşdırmışdır.1 otaq, 1 mətbəxdən ibarət balaca evdir. Kövkər Ramazan qızı anasıdır. Bu sənədi düzəltmə səbəbim məndən sonra evin oğluma qalmasıdır.Asan Xidmətdə baba yox, ata adının o formada qeyd olunması problem yaratdı. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-875/2025 xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxslər kimi cəlb edilməsi qərara alınmışdır. Maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə, Maraqlı şəxs2 və Maraqlı şəxs3 iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, atasının adı Əmirdir. Əmirin ata adı Mamed yox, Məmmədəlidir. Ərizəçinin bacısıdır. Əmir Abdulla oğludur. Atası 1984-cü ildə vəfat edib. Doğum haqqında şəhadətnaməsi burada yoxdur. Anası bildirirdi ki, bura gələndən 6 ay sonra nikaha giriblər. Maraqlı şəxs3 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, atasının əsl adı Əmir, onun atasının adı da Abdulladır.Ərizəçinin qardaşıdır.Babası İranda olub deyə görməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətlənidirilməsinə dair pasportunun sürətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı evin mülkiyyətçisi Maraqlı şəxs3yar Məmədəli oğludur. İş materiallarına əlavə olunmuş kartoçkadan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı evin mülkiyyətçisi X5r. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X8 atası X9, anası X3r. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X6 atası X9, anası X3r. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 ilə X10 arasında nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, Əmir Abdulla oğlu xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ rayon Polis İdarəsinin məhkəməyə sorğuya cavab olaraq göndərdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qaradağ RPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2(002)-875/2025 saylı məktubunuzla bağlı bildirir ki, Əmir Abdulla oğluna aid sənədlərin saxlanma müddəti 5 (bes) il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən, qeyd olunan şəxsin sənədinin ünvanınıza göndərilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Şirvan şəhər qeydiyyat şöbəsinin məhkəməyə sorğuya cavab olaraq göndərdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 09.01 1950-ci il təvəllüdlü Abdullayeva Fatma amir qızının doğumu haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Şirvan şəhər Qeydiyyat şöbəsinin doğum haqqında 1949- 1955-ci illərə aid ilkin, 1951-1965-illere aid bərpa akt qeydləri və "Vətəndaşlıq vəziyyəti aktlan avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaş vəziyyəti aktları üzrə yoxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə sorğuya cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ rayon Deputataları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/362 saylı qərarı ilə vətəndaş X1 Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı 207 kv.m torpaq sahəsində tikdirdiyi 1 otaqdfan ibarət yaşayış sahəsi 15,5 kv.m, köməkçi sahəsi 16,1 kv.m, həyətində hin sahəsi 7,2 kv.m, anbar sahəsi evin 16,3 kv.m olan fərdi yaşayış evi sənədləşdirilib qeydiyyata alınaraq şəxsi mülki sayılmışdır. İş materiallarına əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı evin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportunda ərizəçinin ata adı Maraqlı şəxs3yar Məmədəli kimi qeyd edilmişdir. Ərizəçi qeyd olunan yanlışılığın aradan qaldırılması üçün Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətlərinə cavab olaraq sənədin həmin müvafiq şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci maddəsinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla evin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportunda ərizəçinin ata adı həmin şəxsin digər sənədlərdəki ata adı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir. Həmçinin, hazırda mülki iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsindən də görünür ki, ərizəçi müvafiq mübahisəli hüqüqmüyyəndici sənədlərin verildiyi ünvanda qeydiyyatdadır. Beləliklə, iş materiallarında olan bütün sənədlərdə hüquqmüəyyənedici sənədlərin verildiyi şəxsin adı “Əmir” kimi qeyd edildiyi halda mübahisəli olan hüquqmüəyyənedici sənədlərdə isə səhvən “Əliyar” kimi göstərilmişdir. Bu səbəbdən yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı evin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportunun Əmir Abdullayevə məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı evin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportunun Əmir Abdullayevə məxsus olması müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 43 saylı evin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportunun Əmir Abdullayevə məxsus olması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar