Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-876/2021 05.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N ETDİ: İddiaçı cavabdeh Qaradağ rayon Enerji Satışı İdarəsinə qarşı “cərimə borcunun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"ASC-nin 163219 sa ylı xx xxxx 2020-ci il tarixli Akt-ı ilə haqqımda müəyyən edilmiş 100 manat məbləğində cəriməəni qismən ləğv edib 2 manat məbləğind müəyyən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, iddia ərizəsində qeyd etdiyi cəriməni qismən ləğv edib 2 manat məbləğində müəyyən edilməsi ilə bağlı hissənin cərimənin tam ləğv edilməsi kimi əvəz olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Qaradağ NQÇİ-nin 1990-cı il qərarı ilə Meyvəli- Xocasən magistral yolun 2 km-də "Şabandağ" adlanan ərazidə işçiləri üçün ayırdığı Kollektiv bağçılıq, bostançılıq torpaq sahəsində 1 saylı bağ sahəsi ona məxsusdur. Əmək alətlərini və digər daşınar əmlakımı saxlamaq üçün 1992-ci ildə,orada 4X3 kv sahəsi, 1,8 metr hündürlüyü olan daxma tikmişdir. 2012-ci ildə bağ evi tikmək istədilər, ancaq bildirildi ki, ərazi X7 məxsusdur, icazə verilmədi. Şəraiti olmadığı üçün orada müvəqqəti yaşamırlar. Lökbatana yaxın olduğu üçün heç orada qalmağa ehtiyacda yoxdur. Bağa yaz-yay mövsümündə hərdən gedirlər. Su qıtlığı olduğu üçün həftədə bir gecə qalıb bağı sulayırlar. Yalnız işıqdan əl fənərini, telefonu enerji ilə təchiz etməkdə və iki lampa işığından istifadə edir. Onda da sərfiyyatı hər ay 2-4 manat arası olur. Sayğac nəzarətçisi 5-6 aydan bir gəlir, nə yazır onu da ödəyir. 6 ayda 15 manatdan 20 manatacan yazırdı. xx xxxx 2020-ci il tarixdə su növbəsi onların idi. Odur ki, gündüz bağı sulayanda onu hasarın çölündən səslədilər, çıxıb gördü 2 nəfər sayğacı açıb qurdalayırlar. Dedilər işıq idarəsindən gəlmişlər, “get işığını yandır sayğacı yoxlayırıq”. Onları birinci dəfə görürdü. Nəzarətçi başqa adam idi. Qayıdıb işığı yandırıb gəldi yanlarına Ona qədər tokdan istifadə etmirdi, təbii ki, yük axımı da yox idi. Məhz ona işığı yandırtdırandan sonra onlar axan yükü müəyyən etmiş, aktda da onu göstərmişlər. Ancaq vicdanlarını itirərək həqiqəti-işığı yandırtdırandan sonra yük axınının yaranmasını yazmayıblar. Guya özləri amperlə ölçəndə "bunu müəyyən ediblər". Dedilər ki, sayğac işləmir, sərfiyyatı yazmır. Soruşdu niyə işləmir, dedilər bu cihazların vaxtı qurtaranda belə olur. Sayğacı apardılar idarəyə, səhəri yeni sayğac gətirib qoydular. Ona da dedilər ki “səhər gələrsən Lökbatan işıq idarəsinə”. Səhərisi getdi Qaradağ enerji təchizi və satışı idarəsinə. Orada "xxxx" ASC-nin 163219 saylı xx xxxx 2020-ci il tarixli Akt-ını 2 gün sonra yazdılar. Akta qol çəkmirdi. Dedilər “bu sayğac gedəcək şəhərdə mütəxəssis tərəfindən yoxlanılacaq. Orada nə sərfiyyat oxunsa o məbləğidə ödəyəcəksən. Odur ki, qol çəkdim”. Bir müddət sonra evlərinə bildiriş gəldi ki, o həmin "hala görə" 100 manat cərimə olmuşdur. İdarəyə getdi və soruşdu bu nədir. Dedilər “sayğacda nə qədər enerji sərfiyyatı olduğu oxunmayıb, odur ki, sənə 100 manat cərimə yazılıb”. Sayğac çöldədir, sayğaca yalnız ayda bir dəfə baxır ki, nəzarətçi ödəniş qəbz qoyub ya yox. Nəzarətçidə 4-6 aydan bir, bəzənsə ildə bir dəfə gəlirdi. Sayğaca axırıncı toxunan aktı tərtib edənlərdi, özləri bilər nəyi qurdalayıblar, nəyə əl vurublar. Ona dedilər ki, sayğacların vaxtı qurtarır,xarab olur. O cəriməni 100 manat hesablayanlar onun bağda yaşayıb yaşamadığını araşdırmayıblar. Elə yazıblar ki, guya ki, bağı m da daimi yaşayan var və mənə işığı yandırtdırandan sonra axan yük axımını sayğacın təxmini xarab olduğu müddətə hesablayıb ''həmin məbləği ödməyimi müəyyn ediblər". Belə ki, idarədə ona dedilər ki.orada daimi yaşayış olduğun düşünb akt tərtib etmişik,müddətədə uyğun cərimə hesablanıb Ancaq faktla bağlı obyektiv araşdırma aparılsaydı orada nə daimi, nə də mövsimi yaşamadıqları və yaşamaq üçün heç şəraitində olmadığı müəyyənləşirdi. Odur ki, tərtib olunmuş akt əsassızdır. Yanlış mülahizəyə əsaslandığı üçün həmdə ədalətsizdir. Faktla bağlı əgər aktdan öncəki ödədiyi sərfiyyat pulu ilə sonrakı ödədiyi sərfiyyat pulu müqayisə edilsəydi bilinərdi ki, orada yaşayış var ya yox. Yaşamağa yararlı mənzil var ya yox. Yəni enerjidən daimi istifadə olunur ya yox. Aktdan öncə sonuncu ödəməsi 2020-ci il fevral ayının 7-nə təsadüf edir. 8 aya sayğacın yazdığı 25 manatı ödəmişdir. Yəni 8 ayın sərfiyyatı cəmi 25 manat olub. Bu da hər ay üçün 3 manat edir. Aktdan sonra isə xx.xx.2020-ci ildə 3 manat 60 qəpik ödəmişdir. Yəni sayğac yazanları ödəmişdir. xx.xx.2020-ci ildədə 1 manat 20 qəpik ödəmişdir. xx.xx.2020~ci ildədə 70 qəpik ödəmişdir. Göründüyü kimi 9 ayda cəmisi 5 manat 50 qəpik sərfiyyat olub. Bu fakt bağlarında yaşayışın olmadığını təsdiq edən mötəbər sübutdur. Hər aya 60 qəpik enerji sərfiyyatı. Göründüyü kimi Aktdan öncə axırıncı dəfə ödədiyim tarixlə yəni xx xxxxxx 2020-ci ildən aktın yazıldığı tarixə qədər 4 ay ötmüşdür. Onun hər ay ödəməmdə orta hədlə 1 manatdan 3 manata qədərdir. Ödəmədiyi 4 aya ən yuxarısı 7-8 manat məbləğində pul ödəməlidir. Nəzərə alsaq ki, həmin 4 ayın 3 ayı sərt karantin rejiminə düşdüyü üçün bağa getməmişdir, deməli qalan bir ay üçün təxminən 2 manat ödəmə etməliyəm. Bu məbləğidə ödəməyə hazırdır. Çünki doğru olanı budur. Onun orada yaşamadığını həm bağ qonşuları həmdə Lökbatanda yaşadığı binadakı qonşularında təsdiq edə bilərlər. Əgər sayğaca nəzarət edən hər ay gəlib yoxlasaydı, sayğacın işləyib, işləməməsidə vaxtında aydın olardı, yanlış mülahizəyə əsalanan aktda yazılmazdı. Məlum olduğu kimi 2020-ci ilin mart ayının başlanğıcında bütün dünyada olduğu kimi ölkəmizdə də Coranovirus pandemiya elan olundu və sərt rejimli karantin tətbiq olundu. Onun 70 yaşı olduğu üçün evdən çıxmağı qadağan olundu. Düz 3 ay bağa gedilmədi. İyun ayının önlərində ilk dəfə getdi bağa. Hər tərəfi hündür ot basmış, susuzluqdan ağacın çiçəkləri üstündə qurumuş, bəzi ağacların yarpaqları büzüşərək qurumuşdular. Hansı ki, aktda da bu dövrə cəriməni yazıblar. Deməli o cərimə tamamilə əsassızdır. O ayda 270 manat təqaüd alır. 100 manat ödəməyi həm ədalətsizlik olar, həm də onun gündəlik yaşamığına ağır zərbə vurar. Sayğac nəzarətçisi aylarla, hətta illərlə ora gəlmirdi. Aktda yazırlar sayğacın ekranının oxunmaması "növbəti vaxtda" deyil 4 aydan sonra gəlib baxıblar, orada heç bir adam yox idi ki, hal şahidi kimi dəvət oluna. Hal şahidi dəvət olmayıb bu haqda heç izah da olmayıb, aktda yerində yox 3 gün sonra Lökbatanda idardə tərtib olunub, məzmunu da ona oxunmayıb. Sadəcə deyiblər mütəxəssis sayğacı açıb oxuyacaq, məbləği müəyyən edəcək,odur ki, o da qol çəkmişəm. Bir daha təkrar edirəm ki, aktı tərtib edənlər sayğaca baxanda Nə elektrik işıq yanmırdı, razetkayada taxılı heç nə yox idi. Yaİniz onların istəyi ilə işığı yandıranda elektrik yükü axını olub,onlarda həmin "yük axınını" qeyd ediblər. Orada yaşayış olmadığı üçün bu yük axınında aylara vurulub fərziyyə ilə,analogiya ilə "sərfiyyat məbləği yazılması" düz deyil. Bu yolverilməz haldır. Həmçinin bu cəriməni yazanlar inzibati məsuliyyəti yaradan müddətidə ötürmüşlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, sayğaca nəzərətçi 5-6 ayda bir dəfə, hətta bəzən bir ildən sonra gəlib sayğaca baxıb çek yazıb qutuya qoyduğunu, o da yazılan pulu poçta ödədiyini, 2019-cu ilin yanvar ayının birindən başlayaraq həmin ilin iyun ayının 19dək sayğacın 17 manat pul yazdığını və o pulu poçta ödəyib qəbzini aldığını, bu qəbzi məhkəməyə təqdim etdiyini, 2019-cu ilin iyun ayının 19-dan 2020-ci ilin fevral ayının 07-dək sayğacın 25 manat yazdığını, həmin məbləği də poçta ödədiyini, bu qəbzlərdən də göründüyü kimi 2019-cu ilin yanvar ayından 2020-ci ilin fevral ayınadək, yəni 14 aya sayğacın cəmi 42 manat pul yazdığını, bu məbləği 14-ə böləndə hər aya 3 manat düşdüyünü, 12 iyunda yeni sayğac qoyulduğunu, xx xxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilə qədərdə sayğacın 3 manat 60 qəpik pul yazmışdır ki, onu da poçta ödədiyini, yəni 2 ay 10 gün ərzində sayğacın cəmi 3 manat 60 qəpik pul yazdığını, bunun da aya 1 manat 50 qəpik etdiyini, sayğacın xx xxxxxx 2020-ci ildən 13 oktyabr ayına qədər isə cəmi 1 manat 90 qəpik yazdığını, onu da ödədiklərini, Aktdan öncə axırıncı dəfə ödədiyi tarixlə yəni xx xxxxxx 2020-ci ildən aktın yazıldığı tarixə qədər 4 ay ötmüşdür, onun hər ay ödəməsinin də orta hədlə 1 manatdan 3 manata qədər olduğunu, ödəmədiyi 4 aya görə 7-8 manat məbləğində pul ödəməli olduğunu, həmin 4 ayın 3 ayı sərt karantin rejiminə düşdüyü üçün bağa getmədiklərini, qalan bir ay üçün 2 manat ödəmə etməli olduğunu, bu məbləği də ödəməyə hazır olduğunu, "xxxx"ASC yazdığı şikayətini araşdırmadığını, sadəcə olaraq xx.xx.2020-ci il tarixdə-2019-cu ilin iyun ayının 19-dan-2020-ci ilin fevral ayınadək, yəni 9 aya ödədikləri çekdəki 25 manatı götürüb 4 aya 100 manat yazdıqlarını, guya ki, özlərinin hər ay 25 manat elektrik enerjisi sərf etdiklərini, lakin cavabdehin bunu sübut etmədiklərini, cavabdeh tərəfindən ona məxsus mənzilə dair elektrik sayğacının ekranının işləməsinə görə ona cərimə yazıldığını, lakin həmin elektrik sayğacının ekranın işləməsində onun heç bir təqsirinin olmadığını, yazılmış cərimənin əsassız olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, ərizədə qeyd olunmuş iddia tələbini müdafiə edərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X2 məhkəmə iclasında öz ifadəsində bağda yaşadığını, İddiaçı tanıdığını, onu tez-tez gördüyünü, Tofiqin gündüz vaxtı bağı sulamağa gəldiyini, heç bir əlavə işıq yandırmadığını, gecələri Tofiqin və başqa şəxslərin bağda qalmadığını bildirimişdir. X1 məhkəmə iclasında öz ifadəsində bağda yaşadığını, İddiaçı tanıdığını, Tofiqin sadəcə yay vaxtı 10 gün bağda qaldığını, qalan fəsillərdə isə bağda qalmadığını bildirimişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan yadın olur ki, **********A0000 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqininin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdə Qaradağ RETSİ-nin əməkdaşları tərəfindən mənzilə aid elektrik sayğacında daxili qüsur (elektrik sayğacının göstərci oxunmur) aşkarlanaraq Rİ ******* saylı aktla rəsmiləşdirilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 1397 kvts -97,79 manat dəyərində ödəniş sənədi hesablanmışdır. Qüsurlu sayğac laboratoriya şəraitində yoxlanılarkən aktda qeyd edilən qüsur öz əksini tapmışdır, yeni sayğacla əvəz olunmuşdur. Akt tərtib edilərkən və ödəniş sənədi hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydalarının” tələblərinə riayət olunmuşdur. Akta əsasən verilmiş hesabat mənzilin bir əvvəlki ilin müvafiq dövründə olan sayğacın qeyd etdiyi sərfiyyata uyğunluq təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 163219 nömrəli aktın məzmunundan görünür ki, ünvan 1 ünvanı üzrə **********A0000 abonent koduna dair sayğac üzrə eelktrik sayğacının göstəricisinin oxunmadığı, faza xəttindən axan yük ampermaşa vasitəsilə ölçüldü, 1-1,5 Amper olduğu, sayğacın laboratoriya şəraitində yoxlanılması, yenisi ilə əvəz edilməsi qeyd olunmuş, xxxx ASC-nin nümayəndələri və abonent İddiaçı tərəfindən imza edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən müvafiq abonent kodu üzrə müxtəlif vaxtlarda elektrik enerjisinin sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlər, iddiaçının izahatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanı üzrə **********A0000 abonent koduna dair sayğac üzrə istehlakçı qismində məhz İddiaçı çıxış etmişdir. Həmçinin, iş materiallarından görünür ki, ünvan 2 ünvanı üzrə **********A0000 abonent koduna dair sayğac üzrə istehlakçı İddiaçı barəsində syağacın ekran göstəricisinin oxunmamaması və yenisi ilə əvəz edilməsinə dair 163219 nömrəli akt tərtib edilmiş və həmin akt xxxx ASC-nin nümayəndələri və İddiaçı tərəfindən imzalanmışdır. Həmçinin, “xxxx” ASC-nin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, müvafiq abonent nkodu üzrə sayğca dair elektrik sayğacının ekran göstəricisinin oxunmaması ilə bağlı daxili qüsur aşkar edilmiş,müvafiq aktla rəsmiləşdirilmiş, itirilmiş elektrik enerjisinin dəyəri 97,79 manat məbləğində müəyyən edilmiş, qüsurlu sayğac laboratoriya şəraitində yoxlanılarkən, həmin qüsur öz əksini tapmış, yeni sayğacla əvəz edilmişdir. İddiaçı cavabdeh tərəfindən ona məxsus mənzilə dair elektrik sayğacının ekranının işləməsinə görə ona cərimə yazıldığını, lakin həmin elektrik sayğacının ekranın işləməsində onun heç bir təqsirinin olmadığını, yazılmış cərimənin əsassız olduğunu əsas gətiərərək, belə bir iddia tələbi irəli sürmüş və iddia tələbinin əsası kimi həmin hallara istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçıya məxsus müvafiq elektrik sayğacı üzrə sayğcda yaranmış daxili qüsura görə itirilimiş elektrik enerjisi sərfiyyatına görə 97,79 manat məbləğində ödəniş hesablamışdır. Lakin məhkəmə araşdıması zamanı cavabdehin nümayənədsi tərəfindən elektrik enerjisi sayğacında yaranmış daixli qüsurun (ekran göstəcisinin işləməməsi) məhz iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsinə dair dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, müvafiq qanunvericiliyin tələbinə əsasən sayğacın zədələnməsi, sxemin pozulması ilə bağlı istehlakçı tərəfindən hərəkətlərə yol verildikdə, istehalkçı o halda, həmin hallara görə məsuliyyət daşıyırki, qedy olunan pozuntular məhz onun təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, digər hallarda qeyd olunan zədələnmələrə görə məhz elektrik enerjisi təchizatı müəssisə özü məsuliyyət daşıyır. Həmçinin, cavabdeh tərəfindən məhz iddiaçının təqsilri hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsinə dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da məhkəmədə tədqiq olunmuş sübutlar əsasında iddiaçının istehlakçı qismində müvafiq sayğac üzrə daxili qüsurun (ekran göstəcisinin işləməməsi) yaranmasında təqsirinin olmasını, habelə cavabdeh tərəfindən iddiaçıya məxssu müvafiq elektrik sayğacı üzrə elektrik enerjisi itkisinə görə yazılmış 97,79 manat məbləğində ödənişin əsasını müəyyən etmək mümkün olmamamışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxx” ASC tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hacı Həsən küçəsi, ev 1A, **********A0000 abonent koduna dair sayğac üzrə hesablanmış 97,79 manat məbləğində cərimə silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hacı Həsən küçəsi, ev 1A, **********A0000 abonent koduna dair elektrik sayğac üzrə hesablanmış 97,79 manat məbləğində cərimə borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-876/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-876/2021
05.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver