Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-88/2022 28.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «özbaşına tikilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «özbaşına tikilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı massiv M.Hüseynov küçəsi 3 saylı evin giriş-çıxış yoluna maneçilik törədən, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin qanunsuz tikinti hesab edilməklə cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 03.08.2000-ci il tarixli 28 saylı sərəncamına əsasən onun mərhum X3na Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvanda fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. X3 həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və həmin tikiliyə M.Hüseynov küçəsi ev 3 ünvanı verilmişdir. X7 23 noyabr 2012ci il tarixdə vəfat etmişdir. Ərinin sağlığında və vəfat edəndən sonra da o, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh onlara yaxın ərazidə yaşamaqla, onların evinə gələn hissəni qanunsuz olaraq zəbt etmiş və tikinti işləri aparmaqla onun evinə gələn yolu kəsmişdir. Cavabdehin inşa etdiyi ərazidə olan tikili onun evinə maşının girib-çıxmasına maneçilik törətməklə qanunsuz tikilidir. Hazırda onun yaşadığı ünvan 1 ünvana giriş-çıxış yoluna maneçilik törədir. Odur ki, həmin tikili qanunsuz tikili hesab edilməklə cavabdehin hesabına sökülməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh öncəki məhkəmə iclaslarında məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbini qəbul etmir, iddia tələbi qanunsuz və əsassız olmaqla təmin edilməməlidir. Belə ki, İddiaçı onun mərhum qaynı X5 arvadıdır. İddia ərizəsində iddiaçı ərinin adına olan 600 m2 sahədən onların istifadə etdiyini və həmin torpaq sahəsində onların ev tikərək yaşadıqlarını qeyd etsə də, əslində bütün bunlar tamamilə yalandır. Belə ki, iddiaçının həyat yoldaşı əvvəllər Bakı şəhərində bina evində yaşamış, mərhum həyat yoldaşı və digər ailə üzvləri Füzuli rayonundan qaçqın gələrkən boş torpaq sahəsində qaçqın kimi məskunlaşmışlar və qaynı ilə birlikdə həmin torpaq sahəsində ev tikdirmişlər. O da, 1997-ci ildə həmin evə gəlin gələrək orada ailə üzvü kimi yaşamışdır. Həmin torpaq sahəsində həyətin bir tərəfindən onların və digər tərəfindən isə qaynıgilin evləri olmuşdur. Onların evi bir küçəyə, qaynının evi isə digər küçəyə tərəf olmuşdur. Münasibətləri yaxşı olduğuna görə araya hasar çəkilməmiş, qaynıgil həm öz tərəflərindən və həm də onlar tərəfdən istifadə etmişlər. X11 vəfat etmiş, iddiaçı həmin evdə yasamasını desə də əslində sonuncu evi baldızı X4 və evdən sonuncu deyil, Gülarə istifadə edir. Hər iki qardaşların sağlığında onlar bir həyətdən istifadə etmişlər. Belə ki, iddiaçının evinə gediş-gəliş yolu iki tərəfdən olmuş, onun yaşadığı evin ünvanı başqa, iddiaçının yaşadığı ünvan isə başqa olmuşdur. İddiaçı evi baldızı X1 sonra o, həyətinə hasar çəkərək yollarını ayırmışdır. İddiaçı öz tərəfindən maşın üçün gediş-gəliş aça bilər. Belə ki, iddiaçının onun həyətindən istifadə edərək maşın girib-çıxmasına razı deyil və bu, qanunsuzdur. O, öz həyətinə hasar çəkmişdir, bunun iddiaçı tərəfə heç bir maneçiliyi yoxdur. Həmçinin o, iddiaçıya məxsus olan torpaq sahəsindən istifadə etməmişdir, onun hazırda yaşadığı torpaq sahəsinin sərəncamla ona verilmiş torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İş üzrə ekspertiza təyin edərək, onun istifadə etdiyi torpaq sahəsinin iddiaçının sərəncamla sonuncuya verilmiş torpaq sahəsinə aid olmaması və inşa etdiyi hasarın iddiaçının gedişgəlişinə maneçilik yaratmaması müəyyən edilə bilər. Odur ki, iş üzrə ekspertiza təyin edilməsini və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İV-JQ seriyalı 325969 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X10 arasında nikah 06 mart 1987-ci il tarixdə Qaradağ rayon VVAQ şöbəsində 114 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Süleymanova soyadı verilmişdir. - Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1992-ci il tarixli, 353 saylı sərəncamından görünür ki, Lök-Batan qəsəbəsi 1594-cü keçid 1 saylı evin 94-cü mənzilində yaşayan X6 fərdi yaşayış evi tikdirməsi üçün Lök-Batan qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 m2 ayrılıb verilmişdir. - 28.11.2012-ci il tarixli AZ-İ seriyalı 569393 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23.11.2012-ci il tarixdə sağ aralıq pay bronxunun Cr-i diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə akt qeydləri kitabında 28 noyabr 2012-ci il tarixdə 626 saylı akt qeydi aparılmışdır. - Bakı şəhəri 8 saylı Notariat Ofisinin 29 iyul 2020-ci il tarixli, 1012 saylı məktubundan görünür ki, notariaus V.Nəcəfova Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, 07.05.1961-ci il tarixdə doğulmuş, 23.11.2012-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı həmin Notariat Ofisinə müraciət daxil olduğunu və 01/2013 nömrəli vərəsəlik işi açıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, X5 ölməsi ilə əlaqədar 2013-cü ildə onun vərəsələrindən İddiaçı notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 03.08.2000-ci il tarixli 728 nömrəli sərəncamına əsasən mərhum X6 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvanda torpaq sahəsi ayrılmışdır. X5 adına ayrılmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinə hüquqmüəyyənedici sənəd (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətamə veriləcəyi bildirilmişdir. - Qaradağ rayon Lökbatan Bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 04/98 saylı məktubundan görünür ki, X8 qonşusu tərəfindən yolun bağlanması ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı şəhəri Qaradağ RPİ 10-cu PB-nin 12.06.2021-ci il tarixli, 070-6988B saylı məktubundan görünür ki, X8 müraciətində qeyd olunanların mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 10/6122 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili İddiaçı yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iddia olunan giriş-çıxış yoluna maneçilik törədir. Həmin yol mişar daşı vasitəsi ilə bağlanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı evin həyətinə gələn avtomobil yolunun üzərində inşa edilmiş divar özbaşına tikili olmaqla, cavabdehin öz hesabına sökülməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən inşa edilmiş, İddiaçı yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin giriş-çıxış yoluna maneçilik törədən özbaşına tikili Cavabdeh özünün hesabına sökülməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Ödənilmiş 11 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən inşa edilmiş, İddiaçı yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin giriş-çıxış yoluna maneçilik törədən özbaşına tikili Cavabdeh özünün hesabına sökülsün. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 11 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-88/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-88/2022
28.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver