Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-9/2025 17.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X10, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yol və keçid üzərində tikinti işlərinin aparılmasının və istifadəyə dair maneçiliyin qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan xx.xx.2021 -ci il tarixli ********** saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh tərəfindən ümumi istifadədə olan yol və keçidin üzərində tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qətnaməqəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 60 ildən artıqdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 46, mənzil 4-də yaşayır. Bu yaxınlarda Cavabdeh Almaniya Respublikasından gələrək valideynlərinin onların qonşuluğunda yerləşən fərdi yaşayış evinin taxta və dəmirdən olan çəpərini sökərək onun yerinə mişar daşından divar hörməyə başlamışdır. Lakin o, mərhum valideynlərinin istifadəsində olmuş həyətyanı sahənin faktiki ölçüləri ilə qane olmayaraq onların istifadə etdiyi ümumi keçid yolunu da zəbt etmiş və oranı da mişar daşı ilə hörməyə cəhd etmişdir.Onlar bununla əlaqədar Sanqaçal qəsəbə icra nümayəndəliyinə və Qaradağ RPİnin 11-ci PŞ-nin Sanqaçal qəsəbəsi üzrə sahə müvəkkilinə müraciət etdikdən sonra onlar həmin bu torpaq sahəsinə gəlmiş və cavabdehə etdiyi hərəkətin qanunsuz olduğunu izah etmişlər. Lakin o, əlində bu torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın olduğunu əsas gətirərək, öz hərəkətlərinin qanuni olduğunu əsaslandırmağa çalışmışdır. Lakin cavabdeh yadından çıxarmışdır ki, həmin mübahisəli torpaq sahəsi Sanqaçal dəmiryolu stansiyasının mühafizə zolağının ərazisinə düşür.Eyni zamanda nəqliyyat təyinatlı torpaq sahələrinin yalnız əkin və biçin üçün vətəndaşların müvəqqəti istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Yəni həmin torpaq sahələri dövlət fondu torpaqlarına aid olduğu üçün onların özəlləşdirilməsi və ya mülkiyyətə verilməsi qeyri-mümkündür. Lakin cavabdehin onlara təqdim etdiyi dövlət reyestrindən çıxarışı necə əldə etməsi və hansı əsaslarla alması onlarda şübhə doğurur. Belə ki, qanunvericiliyin tələbinə görə birmənalı şəkildə bu torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması qeyri-mümkündür.Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dəmiryolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmiryolunun xüsusi mühafizə zonasına aid torpaqlarından istifadə olunması Qaydaları” və “Dəmiryolu üçün və cəmiryolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın tələblərinə görə yaşayış məntəqələrində dəmiryol nəqliyyatının sanitariyamühafizə zonası kənar yolun oxundan minimum 50 metr məsafədə nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən bizə təqdim edilən dövlət reyestrindən'çıxarış ilə onun hasara aldığı torpaq sahəsi ilə dəmiryol xəttinin axırıncı oxu ilə arasında olan məsafə cəmi 2 metr təşkil edir. Təbii ki, bu da qanunvericilik baxımından yolverilməzdir.Eyni zamanda bildirmək istəyirəm ki, Cavabdeh artıq 30 ildən çoxdur ki, Almaniya Federativ Respublikasında yaşayır və Almaniya vətəndaşlığını qəbul etmişdir.AR Torpaq Məcəlləsinin 9-cu maddəsinə görə də xarici vətəndaşın Azərbaycan Respublikasında torpaq mülkiyyətçisi olması qeyrimümkündür. Əgər xarici vətəndaş vərəsəlik qaydasında və ya bağışlanma qaydasında adına torpaq sahəsi alarsa, onda 1 il müddətində həmin torpaq sahəsini özəlləşdirməlidir. Lakin işin hallarından da görünür ki, cavabdeh xarici dövlətin vətəndaşı olduğu halda, onun adına xüsusi mülkiyyət hüququ ilə torpaq sahəsi vardır. Bu da AR TM-nin 9-cu maddəsinə görə yolverilməzdir. Eyni zamanda qeyd etmək istəyir ki, cavabdeh tərəfindən AR Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən:İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Oz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyət cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır çoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ona məxsus və xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sanqacal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 60, mənzil 4-a aid olan torpaq sahəsindən çıxarılmalarına, Cavabdeh vicdansızcasına əsassız iddia vermiş İddiaçı Əliabbas qızından, 500 (beş yüz) manat pul tutularaq Cavabdeh ödənilməsinə,məhkəmədə Cavabdeh təmsil etməsi üçün tərəfindən vəkil xərcləri üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə, eləcə də, iddiaçı tərəfindən qarşılıqlı iddiaçı üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-3213/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə nümayəndəsi və vəkili Nümayəndə2 məxsus elektron kabinet vasitəsi ilə iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh tərəfindən onun adına olan Bakı şəhəri, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 46, mənzil 4-ün cavabdehlə qonşuluqda yerləşən çıxışından dəmiryol xəttinə qədər olan onun ailəsinin istifadəsindəki yol və keçid üzərində tikinti işlərinin aparılmasının və bu torpaq sahəsindən istifadəyə hər hansı bir maneçiliyin qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X16 məhkəmə iclasında izahatında qeyd etdi ki, onların evləri dəmiryolu ətrafındadır. O əl qapısından darvazaya qədər olan yol qonşunundur, onun qapısı başqa tərəfdədir. Cavabdehin 30 sot torpağı, 3 darvazası var, orada yanğın olsa, o, ailəsini o dar yoldan necə çıxaracaq? Ora açıq yoldur, hər kəs istifadə edə bilər. Ora əvvəl açıq ərazi olub, sonra orada evlər tikilib. 60 ildən çoxdur ki, onlar o yolla gedib gəliblər, cavabdeh Almaniyadan gələndən sonra bu problem yarandı. İddianın təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, barışığa cəhd edirlər, lakin razılığa gələ bilmirlər. Həmçinin əlavə etdi ki, torpaq sahəsi Dəmir Yollarına məxsus olmasına baxmayaraq, iddiaçıya manelər yaradan Cavabdehdır, bu səbədən cavabdeh qismin onu qeyd ediblər. “X17” həmin ərazidən keçmələrinə etiraz etmirlər. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında qeyd etdi ki, öz həyətinin ayrıca çıxışı var. Orada hərkəsin öz qapısı var. Arada evlər var, maşın yolu həyətindən keçə bilməz.İddiaçı ilə aralarında çəpər var, onu da həyətinin içinə salıb. O, o yoldan istifadə edə bilmirsə, niyə iddiaçı tərəf istifadə edir.İddiaçının ailəsinin öz çıxışı var, onlardan ikinci çıxışa icazə istədilər,onu da verdilər. Amma onlar çəpəri onun həyətinin içinə saldı. Torpaq onların olub, sadəcə onlara istifadəyə vermişdilər.1998-ci ildən ora texniki pasportu var. İddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdehı vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında qeyd etd ki, iddiaçının bu iddiaya subyetiv hüququ yoxdur, çünki onların mülkiyyətçı olmasını təsdiqləyən sənədləri yoxdur. Bu səbəbdən xahiş etdi ki, iddia təmin olunmasın. Məhkəmənin əvvəlki iclasında iştirak edən “X17” QSC-nin nümayəndəsi Nümayəndə3 bildirdi ki, hazırda mübahisə olunan yol dəmir yollarının balasındadır. Həmin yolu və ona bitişik torpaq sahəsini Cavabdeh hasar hörməklə öz mülkiyyətində olan torpaq sahəsinə birləşdirmək istəyir ki, bu da onlara məxsus torpağın Cavabdeh tərəfindən zəbt edilməsi deməkdir. Gələcəkdə zərurət yaranacağı təqdirdə həmin torpağın “X17” QSC-nin balansına qaytarılması barədə Cavabdeh qarşı iddia qaldırıla bilər. O həmçinin bildirdi ki,, iddiaçı tərəfin həmin yoldan keçməklə istifadə etmələrinə etiraz etmirlər. Əgər iddiaçıya qarşı tələbləri olarsa hazırkı mülkisi üzrə müstəqil tələblə çıxış edəcəklər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışından görünür ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş orderdən görünür ki , iddiaçının yaşadığı mənzilə dair order verilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Bakı Qaradağ Rayon Məhkəməsinin 2(002)-168/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq məhkəməyə ünvanladığı 3-16-16/2-10/7228 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisəli, yol kimi istifadə edilən torpaq sahəsi tam şəkildə dəmiryolu xətlərinin mühafizə zonası olmaqla Dövlət mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Bildirir ki, mübahisə predmeti olan torpaq sahəsi hazırda mübahisəli yol kimi vətəndaşlar tərəfindən istifadə olunur. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisəli yol kimi istifadə edilən torpaq sahəsi tam şəkildə dəmir yolu xətlərinin mühafizə zonası olmaqla Dövlət mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-555/2024 saylı xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı ərazi İdarəsinə qarşı( 3-cü şəxs Cavabdeh) “çıxarışın ləğv edilməsi” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması (iddiaçının ərizəsinə görə) və inzibati işə xitam verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-555/2024 saylı mülki iş üzrə rəy alınmış və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/3293 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Sual 1: İddiaçı X6 119 saylı 9 iyul 1961-ci il tarixli order əsasında istifadəsində olan (həmin hüquqmüəyyənedici sənəd üzrə) ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi və torpaq sahəsinin koordinatları (sahə sərhədləri) və naturada yerləşdiyi sahə müəyyən edilsin.Cavab: İddiaçı X5 istifadəsində olan əmlak 0.0354 ha torpaq sahəsindən, torpaq sahəsinin üzərində yerləşən mənzildən (1 otaqdan ibarət 22.5 kv.m, mənzilə bitişik artırılmış sahə 26.6 kv.m ) və yaşayış sahəsi kimi istifadə olunan ümumi, tikihtialtı sahəsi 102.8 kv.m olan birmərtəbəli tikililərdən ibarətdir. Torpaq sahəsinin ayrılması və tikililərə aid sənəd təqdim edilmədiyindən sənəd üzrə sahəni faktiki sahə ilə müqayisəli araşdırmaq mümkün olmadı. İddiaçı Əliabbas qızının faktiki istifadəsində olan mənzilin və mənzilə bitişik artırma sahənin eskizini, həmçinin torpaq sahəsinin koordinatlarını əks etdirən baş plan əlavə olundu.Sual2: İddiaçı faktiki istifadəsində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi və torpaq sahəsinin koordinatları (sahə sərhədləri) və naturada yerləşdiyi sahə müəyyən edilsin.Cavab: Qeyd olunan sualla 1 -ci sualın cavab bəndində aydınlıq gətirilmişdir.Sual 3: Cavabdeh 22 noyabr 2021 -ci il qeydiyyat tarixli çıxarış əsasında mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və 0.1295 ha ölçüdə mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə koordinatları (sahə sərhədləri) və naturada yerləşdiyi sahə müəyyən edilsin.Cavab:X7 hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.1295 ha təşkil edir (sahənin koordinatlarını əks etdirən izahlı sxem əlavə olundu). Sual 4: X7 faktiki olaraq istifadə etdiyi ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və faktiki olaraq istifadəsində olan torpaq sahəsinin koordinatları (sahə sərhədləri) və naturada yerləşdiyi sahə müəyyən edilsin.Cavab: X7 faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə {**********31-10301 reyestr nömrəli çıxarışa əsasən) 0.1295 ha olsa da, faktiki olaraq 0.18226 ha təşkil edir (0.05276 ha torpaq sahəsi əlavə sahədir). Sual 5: X7 26 mart 2021-ci il qeydiyyat tarixli çıxarışa istinad edilməklə mülkiyyətində olmuş ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və istifadəsində olmuş 0.0126 ha ölçüdə mülkiyyətində olan torpaq sahəsinin koordinatları (sahə sərhədləri) və naturada yerləşdiyi sahə müəyyən edilsin.Cavab; 26 mart 2021-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış tərtib edilən zaman qeyd edilən 0.0126 ha sahə hüquqları qeydiyyata alınmış “A” literli yaşayış evinin tikintialtı torpaq sahəsidir.Sual 6: Həmin çıxarışla sonradan verilmiş çıxarışa münasibətdə istifadədə olmuşolan, daha sonra isə mülkiyyətə keçmiş torpaq sahəsinin ölçüsünün 0.0126 ha-dan 0.1295 ha-ya artmasına səbəb olmuş hallar nə ilə bağlı olmuşdur? Cavab: X3 ********** saylı, xx.xx.2021-ci il tarix!: ərizə ilə torpaq sahəsi üzərində mülkiyyət formasının dəyişdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlərlə idarəyə müraciət etmiş, **********31- 10301-reyestr nömrəsi ilə torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi vahid əmlak kimi xüsusi mülkiyyətə verilmişdir. Sual 7: Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin istifadəçisi X8 iş materiallarında olan 24 mart 1998-ci il tarixli qeydiyyat vəsiqəsi, ondan əvvəl isə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməyə dair pasport əsasında istifadəsində olmuş ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin koordinatları (sahə sərhədləri) və naturada yerləşdiyi sahə müəyyən edilsin.Cavab: Qeyd olunan texniki pasportda göstərilən ölçülərə, şərti sərhədlə tərtib edilmiş baş plana və sahəyə əsasən koordinatlar müəyyən edildi.Sual 8: X7 22 noyabr 2021-ci il qeydiyyat tarixli çıxarış əsasında mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və 0.1295 ha ölçüdə mülkiyyətində olan torpaq sahəsindən əlavə torpaq sahəsi istifadə edilirmi? Cavab: X7 xüsusi mülkiyyətində olan 0.1295 ha torpaq sahəsindən əlavə 0.05276 ha torpaq sahəsi istifadə olunur. Sual 9: Əlavə torpaq sahəsi üçüncü şəxsin istifadəsindədirsə həmin əlavə torpaq sahəsinin koordinatları (sahə sərhədləri) və naturada yerləşdiyi sahə, ölçüsü müəyyən edilsin.Cavab: Yuxarıda göstərilən 0.05276 ha torpaq sahəsi cavabdeh X7 istifadəsindədir. Cavabdeh X11 istifadəsində olan 0.05276 ha torpaq sahəsindən başqa 0.0055 ha torpaq sahəsinin ona aid olduğunu iddia edir. Lakin həmin torpaq sahəsi (0.0055 ha) hazırda mübahisəli sahə kimi hər iki tərəfin istifadəsindədir.Sual 10: İddiaçı X6 hüquqmüəyyənedici sənəd üzrə istifadəsində olan və üçüncü şəxs X7 hüquqmüəyyənedici sənədləri üzrə istifadəsində olan torpaq sahələri dəmir yolunun mühafizə zolağında yerləşirmi? Cavab: iddiaçı X12 torpaq sahəsi və tikililərə aid sənəd təqdim etməyib. X6 faktiki istifadə etdiyi torpaq sahəsi köməkçi dəmir yol xəttindən 29.0 metr, magistiral dəmir yolu xəttindən isə 44,0 metr məsafədə yerləşir. X7 mülkiyyətində olan torpaq sahəsi köməkçi dəmir yol xəttindən 24.2 metr, 24.7 metr, magistral dəmir yol xəttindən 39.5 - 40.0 metr məsafədə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı X6 istifadəsində olan sahə və tikililər tam, X7 xüsusi mülkiyyətində olan torpaq sahəsini nəzərə almaqla əlavə istifadəsində olan torpaq sahəsi məzərə almaqla əlavə isitifadəsində olan torpaq sahəsi dəmir yolunun mühafizəsindədir. Sual 11: İddiaçı faktiki istifadəsində olan və üçüncü şəxs X4 faktiki istifadəsində olan torpaq sahələri dəmir yolunun mühafizə zolağında yerləşirmi? Cavab: İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi köməkçi dəmir yol xəttindən 29.0 metr, magistral dəmir yolu xəttindən isə 44,0 metr məsafədə yerləşir. Cavabdeh X7 faktiki istifadə etdiyi torpaq sahəsi köməkçi dəmiryolu xəttindən 7.6-10.4 metr, magistral dəmir yolu xəttindən 22.8-25.7 metr məsafədə yerləşir.Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı- X6 istifadəsində olan sahə və tikililər tam, X7 xüsusi mülkiyyətində olan torpaq sahəsini nəzərə almaqla əlavə istifadəsində olan torpaq sahəsi dəmir yolunun mühafizəsindədir.Sual 12: Mühafizə zolağında yerləşirsə hüquqmüəyyənedici sənəd üzrə və faktiki istifadədə olan sahə üzrə ayrı-ayrılıqda iddiaçı və üçüncü şəxslərə münasibətdə göstərilməklə mühafizə zolağında düşən sahənin ölçüsü və koordinatları müəyyən edilsin.Cavab: Qeyd olunanlarla bağlı sahələrin koordinatlarını əks etdirən izahlı sxem əlavə olundu.Sual 13: İddiaçı hüquqmüəyyənedici sənəd (order) üzrə istifadəsində olan torpaq sahəsi ilə X7 hüquqmüəyyənedici sənəd üzrə (çıxarış) mülkiyyətində olan 0.1295 ha torpaq sahəsi üstüstə düşürmü? Düşürsə düşən hissənin sahəsi və koordinatları müəyyən edilsin. Cavab: İddiaçı torpaq sahəsinin ayrılması haqqında sənəd təqdim edilməyib. Texniki baxış zamanı məlum oldu ki, sözügedən mənzilin yerləşdiyi torpaq sahəsi X7 mülkiyyətində olan 0.1295 ha torpaq sahəsi ilə üst-üstə düşmür (ara məsafəsi 7.8 metr-dir).Sual 14: İddiaçı Əliabaa qızının faktiki olaraq istifadəsində olan torpaq sahəsi ilə X7 faktiki olaraq istifadəsində olan torpaq sahəsi üst-üstə düşürmü? Düşürsə düşən hissənin sahəsi və koordinatları müəyyən edilsin.Cavab: İddiaçı faktiki olaraq istifadəsində olan torpaq sahəsi- üə X7 faktiki olaraq istifadəsində olan torpaq sahələri üst-üstə düşmür (ara sərhədlərinin bir hissəsi hasarlanmış, bir hissəsi isə mövcud tikilinin çöl konturudur). Lakin cavabdeh X11 İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin ona aid olduğunu iddia edir. Bundan başqa 0.0055 ha torpaq sahəsi qonşular arasında mübahisəli ərazi kimi istifadə olunur. Mübahisəli ərazi yuxarıda qeyd olunan ********** saylı, xx.xx.2021-ci il tarixli ərizənin icrası ilə əlaqədar olaraq yerində baxış keçirilərkən İddiaçı gediş-gəliş yolu olmuşdur. Sonradan cavabdeh X11 həmin yol ilə öz faktiki istifadəsində olan torpaq sahəsinin ara sərhədlərini açmış və həmin yolun ona aid olduğunu iddia edərək həmin hissədə hasarlama işləri aparmaq istəmişdir. Sual 15: X1 mülkiyyətində olan 0.1295 ha torpaq sahəsi onun atası X8 24 mart 1998-ci il tarixli qeydiyyat vəsiqəsi, ondan əvvəl isə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməyə dair pasport əsasında istifadəsində olmuş torpaq sahəsinin hüdudları daxilində yerləşirmi? Cavab: X7 mülkiyyətində olan 0.1295 ha torpaq sahəsi atası X8 xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi, ondan əvvəl isə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməyə dair pasport əsasında istifadəsində olmuş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Sual 16: X8 24 mart 1998-ci il tarixli qeydiyyat vəsiqəsi; ondan əvvəl isə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməyə dair pasport əsasında istifadəsində olmuş torpaq sahəsi dəmir yolunun mühafizə zolağında yerləşmişdirmi? Cavab: X8 xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi, ondan əvvəl isə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməyə dair pasport əsasında istifadəsində olmuş torpaq sahəsinin bir hissəsi dəmir yolu xəttinin mühafizəsində olmuşdur (mühafizə zolağı çıxıldıqdan sonra qalan sahə xüsusi mülkiyyətə verilmişdir). Sual 17: Üçünçü şəxs X11 tərəfindən həyata keçirilən tikinti hasarlama işləri 0.1295 ha torpaq sahəsinin hüdudları daxilində aparılırmı? Cavab: Üçünçü şəxs X11 tərəfindən həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tikinti hasarlama işləri X7 mülkiyyətində olan 0.1295 ha torpaq sahəsindən kənara düşür. Sual 18: Aparılmırsa əlavə olaraq hansı sahədə kimin istifadəsində olan torpaq sahəsində aparılır? Cavab: X11 tərəfindən həyata keçirilən və aparılması nəzərdə tutulan tikinti hasarlama işləri X7 mülkiyyətində olan 0.1295 ha torpaq sahəsinin hüdudlarından kənarda, bir hissəsi X7 istifadəsində olan torpaq sahəsində, bir hissəsi isə X6 əvvəllər istifadəsində olmuş gediş-gəliş yoluna düşür (mübahisəli sahədə). Sual 19: Eləcə də İddiaçı aid torpaq sahəsində aparılırmlı? Cavab: Üçünçü şəxs X11 tərəfindən həyata keçirilən tikinti hasarlama işlərinin bir hissəsi X6 əvvəllər istifadəsində olmuş gediş-gəliş yolunda aparılması nəzərdə tutulub (hazırda ərazi mübahisəli olduğundan tikinti işləri dayandırılmışdır). Sual 20: Həmin tikinti işlərinin aparılması İddiaçı faktiki və hüquqmüəyyənedici sənəd üzrə ayrı-ayrılıqda göstərilməklə istifadəsində olan torpaq sahəsindən istifadəyə hər hansı maneə yaradırmı? Cavab: Həmin tikinti işlərinin aparılması İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yollarından birini (dəmir yolu xəttinə olan tərəf) bağlayır, İddiaçı digər tərəfdən giriş-çıxış qapısı var. İş materialına əlavə olunmuş yerli baxış protokolundan müəyyən edilir ki, iddiaçı dəmir yolu xəttinin mühafizə zonasında öz maşınını saxlamaq üçün kiçik həcmli naves tikmişdir. İddiaçı öz evinə getmək üçün dəmir yolu xəttinin mühafizə zonasında yerləşən özü üçün dar piyada yolu salmışdır. Cavabdeh isə iddiaçı tərəfindən dəmir yolu xəttinin mühafizə zonasında öz maşınını saxlamaq üçün kiçik həcmli tikilmiş navesdən sonra dəmir yolu xəttinin mühafizə zonasında yerləşən torpaq sahəsinin öz mülkiyyətinə birləşdiriməsi üçün daş hasar çəkmiş və iddia edir ki, həmin ərazi də cavabdehə məxsusdur. İddiaçı öz evinə getmək üçün dəmir yolu xəttinin mühafizə zonasında yerləşən dar piyada yolunu cavabdeh tərəfindən də öz torpağına birləşdirilmək cəhd edilir. İddiaçı isə həmin yolun cavabdeh tərəfindən bağlanılmasını qanunsuz hesab edir. Həmçinin müəyyən edildi ki, iddiaçı tərəfindən dəmir yolu xəttinin mühafizə zonasında öz maşınını saxlamaq üçün kiçik həcmli tikilmiş naves təkcə iddiaçı tərəfindən yox kilometrlərcə uzanan üfüqü xətt boyunca bütün qonşular dəmir yolu xəttinin mühafizə zonasını ərazilərinə qataraq istifadə edirlər. Bundan başqa həmçinin müəyyən edildi ki, iddiaçının digər sahədən də başqa küçəyə çıxışı var. Bu çıxışda 3 qonşu istifadə edir. Cavabdehin isə küçəyə çıxışı ayrıca başqa yerdən mövcuddur. İddiaçının digər sahədən də başqa küçəyə çıxışı olan yolda yalnız “Sedan” markalı maşın ancaq yerləşə bilər. İddiaçı iddia edir ki, qonşu maşınını orada saxlayanda həmin küçədən istifadə məhdudlaşır və həmçinin çıxış qonşunun mülkiyyətində olan torpaq sahəsində yerləşir ki, qonşu ona öz maşınını saxlamağa imkan vermir. İş materialına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi “yol və keçid üzərində tikinti işlərinin aparılmasının və istifadəyə dair maneçiliyin qadağan edilməsi” barədədir. İşin faktiki halları ondan ibarətdir ki, həmin yol nə iddiaçının, nədə ki cavabdehin mülkiyyətindədir. Həmin yol “X17” QSC-nin balansındadır. Həmin yolun yerləşdiyi torpaq sahəsi ilə sağ və sol tərəfə paralel istiqamətdə kilometrlərcə evlər vardır ki, həmin ərazilər də “X17” QSC-nin balansındadır.X6 istifadə etdiyi torpaq sahəsi mütəxəssis rəyinə əsasən köməkçi dəmir yol xəttindən 29.0 metr, magistral dəmir yolu xəttindən isə 44,0 metr məsafədə yerləşir. X7 mülkiyyətində olan torpaq sahəsi köməkçi dəmir yol xəttindən 24.2 metr, 24.7 metr, magistral dəmir yol xəttindən 39.5- 40.0 metr məsafədə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı X6 istifadəsində olan sahə və tikililər tam, X7 xüsusi mülkiyyətində olan torpaq sahəsini nəzərə almaqla əlavə istifadəsində olan torpaq sahəsi nəzərə almaqla əlavə istifadəsində olan torpaq sahəsi dəmir yolunun mühafizəsindədir. X12 həmin yoldan piyada keçməklə küçəyə çıxmaq istəyir ki, həmin yolu da cavabdeh hasar çəkməklə öz mülkiyyətində olan torpaq sahəsinə birləşdirmək istəyir. Yerli baxış zamanı cavabdeh daş hasarla həmin ərazidə hörgü aparmış, piyada yolu üzrə mübahisə olduğundan həmin yolda hasarlama işlərini dayandırmışdır. Məhkəmə qeyd edir ki,mübahisəli yol “X17” QSC-nin balansında olmasına baxmayaraq “X17” QSC nə iddiaçıya, nə də ki, cavabdehə qarşı hazırkı halda iddia irəli sürməmişlər. “X17” QSC həmçinin hazırkı iddiaya etiraz etməmişlər. Belə olan halda məhkəmə qeyd edir ki,“X17”QSC-nin balansında olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən iddiaçıya maneçilik yaratması öz təsdiqini tapmaqla yanaşı, hüquqlardan sui istifadə kimi qəbul olunmalıdır. Baxmayaraq ki, həmin torpaq sahəsinin mülkiyyətçisi “X17” QSC-dir, onlarda iddiaçının həmin ərazidən piyada keçid etməsinə etiraz etmirlər. Belə olan halda başqasının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneçilik törədilməsi və eyni zamanda həmin torpaq sahəsinin öz mülkiyyətinə birləşdirmək cəhdi cavabdeh X11 tərəfindən edilən hərəkətlər qanunsuzdur. Belə ki, həmin torpaq sahəsi üzərində cavabdeh X2 hüququ yoxdur. Nə qədər ki, piyada yol ilə bağlı “X17” QSC-nin də bir iddiası yoxdursa, bu haldan cavabdeh X11 istifadə edərək həmin yolu zəbt edərək öz mülkiyyətində olan torpaq sahəsinə birləşdirilməsi iddiaçının hərəkət azadlığına məhdudiyyətə səbəb olur. Bu hal həmin mühafizə zonasında olan dəmir yol xəttinə üfüqü istiqamətdə kilometrlərcə uzanan fərdi yaşayış evlərinin sakinlərinə münasibətdə hərəkət etmək hüququ həyata keçirilməsinə imkan verilirsə, iddiaçı X12 və onun ailə üzvlərinə münasibətə cavabdeh tərəfində maneələrin yaradılması sosial ədalət baxımından da düzgün olmayan davranışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının digər küçəyə çıxışının olmasına münasibətdə məhkəmə qeyd edir ki, yerli baxış zamanı müəyyən edilmişdir ki, həmin küçə iddiaçının həyətindən əl qapısı qoyulmaqla giriş çıxış vardır .Lakin həmin yol dar olmaqla, zəruri hallarda fövqəladə vəziyyət, yas mərasimi zamanı şəxslərin dəfni məsələsində hərəkət etməyi məhdudlaşdırır. Həmin küçəyə çıxış dar yoldan keçməklə bir “Sedan” markalı maşınının güclə yerləşə biləcəyi ərazidir ki, həmin ərazidə başqa bir qonşuya məxsus olan ərazidir ki, qonşu da maşını saxlamaqla hərəkəti məhdudlaşdırır. Odur ki, həmin yola çıxışın olması ona əsas vermir ki, cavabdeh qanunsuz digər yolu zəbt etməklə iddiaçıya məqsədyönlü və məcburi şəkildə o yaldan istifadə etsin. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiasını neqator iddia baxımından da dəyərləndirmək də lazımdır. Neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönəldilən maneə təhlükəsinin olması imkanları olduqda da irəli sürülə bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157-ci maddəsinin 4-cü bəndində verilmişdir. Belə ki, əgər mülkiyyətçiyə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərərkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər . Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddia yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Həm də bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin həyata keçirilməsinə mane olur. Neqator iddia mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ev order əsasında ona məxsus olan evdir.Həmin evə dair sərəncam hüququ olmasa da onun gözləntilən hüququ vardır ki, çıxarış alsın. Həmçinin həmin ev 1950-ci illərə verilmiş orderdir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəlləsinin 170.1 və 170.2-ci maddələrində qeyd edilmişdir ki, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. MM-nin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə sadalanan hüquq normalarına əsasən qeyd edir ki, iddia tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İş materiallarında olan qəbzdən göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, hazırda ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. İş üzrə ödənilmiş 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 46, mənzil 4ün cavabdehlə qonşuluqda yerləşən çıxışından dəmiryol xəttinə qədər olan yol və keçid üzərində tikinti işlərinin aparılması və bu torpaq sahəsindən istifadəyə hər hansı bir maneçiliyin yaradılması qadağan edilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-9/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-9/2025
17.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver