Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1392/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(027)-76/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(027)-76/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı cavabdehlər Quba rayon Vəl-Vələ bələdiyyəsinə və Cavabdeh2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-76/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-76/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu Paşaoba kəndində yerləşən 4,17 ha torpaq sahəsinin 0,23 ha torpaq sahəsindən Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh2 İddiaçı məxsus həmin hissədən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(027)-76/2021 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-76/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, o, qətnaməni rəsmi qaydada almamış, bu barədə poçt göndərişi xəbərnaməsini imzalamamışdır. Əgər belə bir imza varsa, həmin imza ona məxsus deyildir. Qətnaməni alan zaman işlə tanış olmuş, poçt tərəfindən tərtib olunmuş xəbərnamədə onun imzası olmamışdır və ola da bilməzdi. Çünki qətnaməni almamışdır. Bundan əlavə, o, uzun illərdir ünvan 1 ünvanında deyil, ünvan 2ənzil 21 ünvanında yaşayır. Təkcə bu əsas müddətin bərpası üçün kifayət edir. O, məhkəmə qətnaməsini bildiyi vaxtdan bir ay ərzində apellyasiya şikayəti verməlidir ki, bu müddət də ərizədə qeyd etdiyi kimi 14 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Hər bir halda apellyasiya şikayətinin verilməsi üçün müddətin formal əsaslara görə bərpa edilməməsi onun məhkəməyə müraciət etmək hüququnun pozulması və məhkəməyə çatımlılıq hüququnun məhdudlaşdırılması sayılmalıdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətini geri qaytararkən iddiaçının qətnamənin surətini xx.xx.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə qəbul etməsinə, iddiaçının qətnamədən apellyasiya şikayətini isə 14 mart 2022-ci il tarixdə verməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-76/2021 saylı qətnaməsini xx.xx.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə şəxsən almışdır (İ/v-138). Göründüyü kimi, Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)- 76/2021 saylı qətnaməsi İddiaçı rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən apellyasiya şikayəti verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)- 76/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni 26 aprel 2021-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)- 76/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2021-ci ilin may ayının 26-da qurtarmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-76/2021 saylı qətnaməsindən apellyasiya şikayəti 14 mart 2022-ci il tarixdə elektron qaydada Quba Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra iddiaçı tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 10 ay 19 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti 9 ay 19 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-76/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə ərizə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin keçməsi əsası ilə apellyasiya şikayətini geri qaytararkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı şikayətində uzun illərdir ünvan 1 ünvanında deyil, ünvan 3 Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsində və iş materiallarında olan müxtəlif orqanlara müraciətində ünvanı kimi ünvan 4iətinə cavabları da həmin ünvana göndərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(027)-76/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1392/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1392/2022
08.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver