Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-76/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi vəkili həmçinin X9, cavabdeh Quba rayonu Vəl-vələ bələdiyyəsinin nümayəndəsi X4b və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Quba rayonu Vəl-vələ bəldiyyəsinə və Cavabdeh2 qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Vafiq oğlu cavabdehlər Quba rayonu Vəl-vələ bələdiyyəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 1 hektar torpaq sahəsinin Xaçmaz rayonu Qədməliqışlaq kəndində yaşayan Cavabdeh2 icarəyə verilməsinə dair Quba rayonu Bərqov Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 07 saylı qərarının və Cavabdeh2 verilmiş X6 Hüququna dair JN–57xx xxx 30310038 nömrəli Şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Paşaoba kəndində özünə məxsus torpaq sahəsi ilə Caqacuq çayı arasında yerləşən örüş torpaq sahələrindən onun tərəfindən istifadə edilməsinə Cavabdeh2 və Quba rayonu Bərqov Bələdiyyəsi tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğl iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Paşaoba kəndində özünə məxsus 4,17 ha torpaq sahəsinə və həmin torpaq sahəsi ilə Caqacuq çayı arasında yerləşən örüş torpaq sahələrinin onun tərəfindən istifadə edilməsinə Cavabdeh2 və Quba rayonu Vəl-vələ Bələdiyyəsi tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu X8 bağlanmış xx.xx.2005-ci il tarixli, 4-ə-7309 nömrəli alqı satqı müqaviləsinə əsasən Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 4,17 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı torpaq sahəsi Cağacuq çayının kənarında yerləşir. Cağacuq çayı ilə ona məxsus torpaq sahəsinin arasında olan otlaq və meşəlik sahə onun kimi digər torpaq sahəsi mülkiyyətçilərinin ümumi istifadəsində olmuşdur. Qeyd edilən torpaq sahəsini Cağacuq çayıdan torpaq sahələrinin suvarılması üçün, mal-qaranın orada otarılması, meşəlik sahədə dincəlmək üçün istifadə etmişdir. Son 3 ildir ki, qeyd edilən sahəsi Xaçmaz rayonu, Qədməli-Qışlaq kənd sakini Cavabdeh2 tərəfindən çay yatağındakı ağac və kollar kəsilərək həmin kollarla hasara alınmışdır. Dəfələrlə ona ümumi istifadədə olan örüş sahəsinin boşaldılması üçün müraciət etsə də, Cavabdeh2 ümumi istifadədə olan torpaq sahəsini boşaltmayacağını və həmin torpaq sahəsini icarə əsasında aldığını bildirmişdir. İddiaçı Quba rayonu Vəl-vələ bələdiyyəsinə məktubla müraciət edərək əgər ümumi istifadədə olan torpaq sahələri bələdiyyə tərəfindən icarəyə verilirsə, ona məxsus torpaq sahəsinin aşağısında olan torpaq sahəsinin də ona icarəyə verilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 tərəfindən ona verilmiş xx xxxxxx 2017-ci il tarixli 09 nömrəli məktubda mülkiyyətindəki 4,17 ha torpaq sahəsinə bitişik həmin sahə təyinatına görə örüş torpaq sahəsinə aid olması, qanunvericiliyə əsasən qeyd olunan sahənin ümumi istifadədə olduğu üçün istifadə və icarəyə verilə bilməməsi qeyd edilmişdir. Bu məktubdan sonra o, Cavabdeh2 ona yalan danışdığına və qanunsuz iş gördüyünü desə də o öz əməlindən əl çəkməmiş, hətta onu ağır ifadələrlə təhqir edərək hədələmişdir. Bundan sonra o Quba rayon Polis Şöbəsinə rəsmi şikayət etmişdir. Polisə şikayətindən sonra Cavabdeh2 ondan dönə-dönə xahiş edərək, onu bağışlamağını və dəfələrlə üzr istəyərək bir daha ona sataşmayacağını və hasarı təmizləyəcəyini bildirmişdir. O da insanlıq xatirinə onu bağışlamış və şikayətini geri götürmüşdür. Lakin Cavabdeh2 verdiyi sözü tutmamış qanunsuz hərəkətlərini davam etdirərək bu işə bələdiyyə sədri Əsəd Mürsəliyevi də alət edərək 11 (on bir) aylıq icarə müqaviləsi bağlayaraq həmən ərazidə fındıq kolları əkməyə başlamışdır. Bundan sonra o bələdiyyəyə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və digər orqanlara şikayət edərək əgər qeyd edilən torpaq sahəsinin ümumi istifadədə olduğu, icarəyə verilməsi mümkün olmadığı halda, Cavabdeh2 hansı əsasla icarəyə verilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikası Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən ona ünvanlanmış xx xxxxx 2018-ci il tarixli Ə-56 nömrəli məktubda qeyd edilən torpaq sahəsi Xaçmaz rayon Qədməli-Qışlaq kənd sakini X1 xx.xx.2018-ci il tarixli ərizəsi əsasında bələdiyyə tərəfindən 11 ay müddətinə bağlanılmış icarə müqaviləsi əsasında mövsümü olaraq onun istifədəsinə verilməsini, müraciəti ilə bağlı həmin icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsini zəbtdən azad edilməsi bələdiyyə təklif verildiyi qeyd edilmişdir. Bundan sonra Cavabdeh1 tərəfindən ona göndərilmiş xx xxxxx 2018-ci il tarixdə 34 nömrəli məktubda onun göndərdiyi məktuba bələdiyyənin xx xxxxx 2018-ci il tarixli 05 saylı iclasında baxılması, göstərilən nöqsan və çatışmamazlıqların aradan qaldırılması məqsədilə qərar qəbul edilməsi, həmin qərarda X2 verilmiş 1,0 ha torpaq sahəsinə görə icarə müqaviləsinin ləğv edilməsi, zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi məqsədilə qanunamüvafiq tədbirlərin görülməsi qərara alındığı qeyd edilmişdir. Lakin bələdiyyənin məktubdan ötən bir neçə aydan sonra Cavabdeh2 ümumi istifadə olan örüş sahəsinin hasarını sökmədiyi, torpaq və meşə sahəsini yenə də eyni qaydada zəbt edərək qanunsuz istifadə edərək kimsəni o əraziyə buraxmadığını görmüşdür. Hətta o hasarın meşəyə düşən hissəsindəki kolları öz imkanı hesabına təmizləməyə çalışsa da Etibar və ailə üzvləri tərəfindən təhqir olunaraq hətta irəli gedərək öldürüb basdıracaqları ilə hədələmişdir. Bundan sonra İddiaçı yenidən məktubla bələdiyyə müraciət etmişdir. Bələdiyyədən ona gələn xx xxxxxx 2018-ci il tarixli 120 nömrəli məktubda Bərqov kəndi ərazisindəki qeyd edilən həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması və torpaq sahəsi üzərində müvafiq qərarların verilməsi bələdiyyənin səlahiyyətində olması qeyd edilmişdir. Lakin Cavabdeh2 bu qanunsuz hərəkətləri ucbatından aramızda yaranan dava-dalaş, təhqir və hədələr barəsində dəfələrlə Vəl-vələ bələdiyyə sədri Əsəd Mürsəliyevə şifahi və yazılı şikayətlərinə baxmayaraq sədr heç bir tədbir görməmiş, hətta Cavabdeh2 arxa çıxmış onun aidiyyatı orqanlara şikayət edəcəyini söylədiyi halda sədr cavabdehə haqq qazandırmışdır. Bu da bəs deyilmiş kimi, Cavabdeh2 Quba rayonu Bərqov bələdiyyəsinin ilə xx xxxx 2005-ci il tarixli, 07 saylı qərarı ilə 1 ha torpaq sahəsinin Bərqov bələdiyyəsi tərəfindən icarəyə verildiyini və Torpaqdan müqəqqəti istifadə hüququna dair JN- 57xx xxx 30310038 saylı Şəhadətnamə verildiyini bildirmişdir. Bundan sonra yenidən qeyd edilən məsələnin araşdırılması və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması üçün vəkil tərəfindən verilmiş sorğuya cavabda Quba şəhər sakini İddiaçı məxsus 4,17 ha torpaq sahəsinin torpaq sahəsinin sərhəddindəki sözügedən torpaq sahəsinin təyinatı örüş olması, bələdiyyə mülkiyyətindəki Cağacuq çayının kənarında olan həmin torpaq sahəsindən 1 ha torpaq sahəsinin 2005-ci ildən Cavabdeh2 (X6 hüququna dair Şəhadətnamə ilə 99 il) uzunmüddətli icarəsində olduğu qeyd edilmişdir. X6 hüququna dair JN 57xx xxx 30310038 saylı şəhadətnamənin mövcud olubolmaması ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə soğru verilmiş, verilmiş cavabda Quba rayonu üzrə müvəqqəti istifadəyə aid şəhadətnamələrin qeydiyyatı kitabı DTXK tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmədiyi qeyd edilmişdir. Torpaq sahəsi ilə bağlı Cavabdeh1 və digər orqanlar fərqli cavablar verilmişdir. Ona verilmiş xx xxxxxx 2017-ci il tarixli 09 saylı məktubda mübahisəli torpaq sahəsinin ümumi istifadədə olduğu və icarəyə verilməsi mümkün olmadığı qeyd edilmiş, xx xxxxx 2018-ci il tarixli xx xxxxx 2018-ci il tarixli məktublarda Etibar Heydərova verilmiş 1,0 ha torpaq sahəsinə görə 11 ay müddətinə görə icarə müqaviləsi ləğv edilməsi qeyd edilmiş, xx xxxx 2019-cu il tarixli məktubda Cavabdeh2 qeyd edilən torpaq sahəsinin 1 ha torpaq sahəsinin 2005-ci ildən (X6 hüququna dair Şəhadətnamə ilə 99 il) uzunmüddətli icarəsində olduğu qeyd edilmişdir. İddiaçı bildirmişdir ki, ümumi istifadədə olan torpaq sahəsi qanunsuz olaraq Cavabdeh2 icarəsinə verilmiş, o torpaq sahəsinə Cağacuq çayından su verə bilmir, Cavabdeh2 örüş olan torpaq sahəsini və meşə sahəsini zəbt etmiş, bu səbəbdən də mal-qaranı otara bilməmişdir. Bundan başqa meşə sahəsini ətrafını ağac və kollarla hasarlamış, meşə sahəsi baxımsız vəziyyətdədir, torpaq sahəsinə ilanlar çıxır, qeyd edilən sahədə hər an yanğın çıxa bilər. Qeyd edilən torpaq sahəsinin zəbt olunması onun hüquqlarını pozur. Ona görə də ümumi istifadədə olan örüş torpaq sahəsinin boşaldılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi X14 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq onu da qeyd etdi ki, iddiaçıya məxsus torpaq sahəsinin Caqacuq çayına tərəf olan hissəsi qanunsuz olaraq cavabdeh X5 tərəfindən istifadə edilir və bundan başqa iddiaçıya məxsus torpaq sahəsi ilə Caqacuq çayı arasında olan kolluq və otlaq sahəsini Cavabdeh2 zəbt edərək istifadə edir. Cavabdeh2 həmin torpaq sahəsinin ona 99 il müddətinə bələdiyyə tərəfindən icrayə verildiyini qeyd edir. Lakin iddiaçının bələdiyyə və Xaçmaz regional Ədliyyə İdarəsinə etdiyi müraciətlərə verilmiş cavabda Cavabdeh2 istifadə etdiyi sahəni 11 aylıq icarə müqaviləsi ilə verildiyini, daha bir cavabda 99 il müddətinə icarəyə verildiyi, daha bir cavabda isə həmin icarə müqaviləsinin ləğv edildiyi, başqa bir cavabda isə həmin torpaq sahəsinin icarəyə verilməsininin mümkün olmaması qeyd edilmişdir. Bundan başqa cavabdehlərdə olan X6 hüququna dair JN57xx xxx 30310038 nömrəli şəhadətnamə və icarə müqaviləsi müvafiq qediyyatdan keçməmişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Quba rayonu Vəl-vələ bələdiyyəsinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək İddiaçı özünə məxsus torpaq sahəsindən artıq torpaq sahəsi zəbt etdiyini, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin Cavabdeh2 icarəyə verildiyini qeyd etmişdir. Ona görə də iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsini Quba rayonu Bərqov bələdiyyəsindən 99 il müddətinə icarəyə almışdır və həmin torpaq sahəsini qanuni olaraq istifadə edir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun etibarnamə əsasında nümayəndəsinin, cavabdehin və digər cavabdehin etibarnamə əsasında nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı Çıxarışa əsasən Quba rayonu, Paşaoba kəndində yerləşən 4,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Quba rayon Vəlvələ bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli 85 nömrəli məktubundan görünür ki, Quba şəhər sakini İddiaçı Paşaoba kəndi ərazisində yerləşən, DƏDRX tərəfidnən RX seriyalı, ******* nömrəli çıxarışla verilmiş 4,17 ha torpaq sahəsinin sərhəddindəki sözügedən torpaq sahəsinin təyinatı örüşdür. Bələdiyyə mülkiyyətindəki Cağacuq çayının kənarında olan həmin torpaq sahəsindən 1.00 hektar torpaq 2005-ci ildən Cavabdeh2 (X6 hüququna dair Şəhadətnamə ilə 99 il) uzunmüddətli icarəsindədir. İş materiallarında olan Quba rayon Vəlvələ bələdiyyəsinin xx xxxxxx 2018-ci il tarixli 120 nömrəli məktubundan görünür ki, Bərqov kəndi ərazisindəki qeyd edilən həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və torpaq sahəsi üzərində müvafiq qərarların verilməsi bələdiyyənin səlahiyyətindədir. İş materiallarında olan Quba rayon Vəlvələ bələdiyyəsinin xx xxxxx 2018-ci il tarixli 34 nömrəli məktubundan görünür ki, Xaçmaz Regional Ədliyyə İdarəsinə ünvanladığınız müraciətlə əlaqədar bələdiyyəyə xx xxxxx 2018-ci il tarixli, 04/Ə-56 saylı təklif daxil olmuşdur. Bələdiyyənin xx xxxxx 2018-ci il tarixli, 05 saylı iclasında məktuba baxılaraq, göstərilən nöqsan və çatışmamazlıqların aradan qaldırılması məqsədilə qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh2 Abduləlri oğluna verilmiş 1.0 ha torpaq sahəsinə görə icarə müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-ci il tarixli məktubundan görünür ki, Quba rayonu üzrə müvəqqəti istifadəyə aid şəhadətnamələrinin qeydiyyatı kitabı DTXK tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan X6 hüququna dair JN-57xx xxx 30310038 Şəhadətnaməyə əsasən Quba rayonu Bərqov bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 07 saylı qərarı ilə Quba rayonu Bərqov bələdiyyəsinin qərarı ilə 1 hektar torpaq sahəsi Cavabdeh2 verilmişdir. İş materiallarında olan Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxx 2005-ci il tarixli 04 müqaviləsi Cavabdeh2 kənd təsərrüfatı məqsədilə 99 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Quba rayon Vəlvələ bələdiyyəsinin xx xxxxxxxx 2019cu il tarixli 122 nömrəli məktubundan görünür ki, 2010-cu ildən etibarən keçmiş Vəlvələ, Paşaoba, İsnovqışlaq, Bərqov və Gədikqışlaq bələdiyyələri hüquqi varisi olan Vəlvələ bələdiyyəsinin tərkibinə birləşdirilmişdir. Təhvil-Təslim zamanı keçmiş Bərqov bələdiyyəsi hüquqi normativ akt və qərarlarını Vəlvələ bələdiyyəsinə təqdim etməmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, 024763 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Quba rayonu, Paşaoba kəndində əkin məqsədilə verilmiş 4,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,23 hektar hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur və bununla bağlı ekspertələr heç bir sənəd təqdim edilməmişdir. X6 hüququna dair JN-5769 saylı, 30310038 nömrəli Şəhadətnaməyə əsasən Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinin bir hissəsi İddiaçı məxsus torpaq sahəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 10/1317 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, 024763 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Quba rayonu, Paşaoba kəndində əkin məqsədilə verilmiş 4,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,23 hektar hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur və bununla bağlı ekspertələr heç bir sənəd təqdim edilməmişdir. X6 hüququna dair JN-5769 saylı, 30310038 nömrəli Şəhadətnaməyə əsasən Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinin bir hissəsi İddiaçı məxsus torpaq sahəsində yerləşir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa məxsus 4,17 ha torpaq sahəsinin 0,23 hektar hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Həmçinin iddia tələbinin digər hissəsini iddiaçı sübut edə bilməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia cavabdeh Quba rayonu Vəl-vələ bələdiyyəsinə münasibətdə təmin edilməməli, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu Paşaoba kəndində yerləşən 4,17 ha torpaq sahəsinin 0,23 ha torpaq sahəsindən Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, Cavabdeh2 İddiaçı məxsus həmin hissədən çıxarılmalıdır. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh2 alınaraq X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu Paşaoba kəndində yerləşən 4,17 ha torpaq sahəsinin 0,23 ha torpaq sahəsindən Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və Cavabdeh2 İddiaçı məxsus həmin hissədən çıxarılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh2 alınaraq X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-76/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-76/2021
30.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver