Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1048/2020 01.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı Cavabdeh1 ərazisində olan 280 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə qərarının etibarsız hesab edilməsi tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı Cavabdeh1 ərazisində olan 280 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ərazisində yerləşən 280 hektar torpaq sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə onun tərəfindən istifadə edilməsinə Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ərazisində yerləşən 280 hektar torpaq sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair xx xxx 2020-ci tarixli icarə müqaviləsinin (müqavilənamə) və xx xxx 2020-ci il tarixli 04 saylı iclas protokolunun etibarsız hesab edilməsi, həmin iclas protokolu əsasında verilmiş qərarın ləğv edilməsi və həmin torpaq sahəsinin onun tərəfindən istifadə edilməsinə Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2004-cü ildə Quba rayonu Gümürdəhnə Bələdiyyəsinə ərizə ilə müraciət edərək bələdiyyənin ərazisindən 280 hektar yaylaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Quba rayonu Gümürdəhnə Bələdiyyə şurasının xx xxxxxxxx 2004-cü ildə keçirilmiş 07 saylı iclasının protokolundan çıxarışına əsasən Quba rayonu Gümürdəhnə bələdiyyəsi ərazisindən ona 280 hektar torpaq sahəsi icarəyə verilməsi qərara alınmışdır. Bundan sonra Quba rayonu Gümürdəhnə bələdiyyəsi ilə onun arasında Quba rayonu Gümürdəhnə bələdiyyəsinin ərazisində olan 280 hektar torpaq sahəsinin heyvandarlığın inkişafı üçün yalnız örüş kimi istifadə edilməsi məqsədilə ilə 15 il müddətinə icarəyə verilməsi barədə xx xxxxxxxx 2004-cü ildə müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq veriləcək torpaq sahəsinin planı bələdiyyə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayonu şöbəsi tərəfindən hazırlanmış və ərazi ona tanıdılmışdır. Bundan sonra o müqavilə üzrə həmin yaylaq sahəsindən istifadə etmişdir. İstifadə etdiyi torpaq sahəsinə görə bələdiyyəyə icarə haqqı ödəmişdir. 2010-cu ildə Quba rayonu Gümürdəhnə bələdiyyəsi Cavabdeh1nə birləşdirilmişdir. Ötən ilin iyun və sentyabr ayında o Qonaqkənd bələdiyyəsinin sədri olan Namiq Orucova xx xxxxxxxx 2004-cü il tarixdə bağlanmış icarə müqaviləsinin uzadılması barədə müraciət etmişdir. Bələdiyyə sədri ona tələsməməyi, qarşıdan dekabr ayından bələdiyyə seçkiləri gəldiyini seçkilərdən sonra icarə müqaviləsinin uzadılacağını bildirdi. Bundan başqa bələdiyyə sədri ona onsuzda sentyabr ayından icarayə götürdüyü torpaq sahəsindən mövsümü olaraq istifadənin başa çatdığını, növbəti ilin may ayından heyvanların qışlaqdan yaylağa gələcəyini deyərək narahat olmamasını bildirdi. 2020-ci ilin yanvar ayında Qonaqkənd bələdiyyəsinin sədri başqa şəxsin olduğunu gördüm. Fevral ayından ona telefonla zəng edərək icarə müqaviləsinin uzadılmasını xahiş etmişdir. Mart ayında ölkə ərazisində yayılmış Coronovirus (COVİD-19) Pandemiyası ilə bağlı hərəkət məhdudlaşdırıldığı üçün yenidən bələdiyyə sədrinə telefonla zəng edərək icarə müqaviləsinin uzadılmasını xahiş etmişdir. Bu zaman bələdiyyə sədri əksinə olaraq ona həmin yaylaq ərazisinin qohumuna icarəyə verdiyini bildirdi. Qeyd etmək istəyir ki, heyvandarlıqla məşğuldur. May ayından heyvanları qışlaqdan yaylağa aparmasa illərdir qurduğu təsərrüfat məhv ola bilər. Ona görə ki, xırdabuynuzlu heyvanların qışda saxlandığı ərazi aran olduğundan yayda heyvanlar həmin ərazidə istidən tələf ola bilərlər. Bundan başqa torpaq sahələrinin icarəyə verilməsi qanuna müvafiq olaraq yalnız hərrac vasitəsilə mümkündür. Hazırda belə hərrac keçirilmədiyindən Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsi etibarsızdır. Onunla Quba rayonu Gümürdəhnə bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin icarəyə verənin hüquq və vəzifələrinə 2.10-cu maddəsinə icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və uzadılması barədə təkliflər vermək aid olmuş, həmin müqavilənin 2.11-ci maddəsinə əsasən icarəyəverənin vəzifələri icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtarıqda və ya müqavilənin vaxtında əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək, həmin müqavilənin 2.12-ci maddəsin əəsasən icarəçinin hüquq və vəzifələrinə icarə müqaviləsinin uzadılması üçün “İcarəvərən”ə təklif vermək, torpaq sahəsi, özəlləşdiriləsi halda həmin sahəsinin ilk növbədə ona təklif edilməsinin “İcarəverən”dən tələb etməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların etibarnamə əsasında nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, bələdiyyənin xx xxx 2020-ci il tarixli həmin torpaq sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair müqavilənaməsi qanunvericliyin tələblərin uyğun olmadığından etibarsız hesab edilməlidir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, nümayəndəsini məhkəməyə göndərməmiş, nümayəndəsinin məhkəmə iclasına göndərməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh1 xx xxxxx 2020-ci il tarixli 17 nömrəli İddiaçı ünvanlanmış məktubundan görünür ki, yaylaq örüş sahəsi üçün icarə müqaviləsi bağlanmasına dair xx xxxxx 2020-ci il tarixdə Qonaqkənd bələdiyyəsinə daxil olmuş ərizəyə cavab olaraq bələdiyyə ilə sizin aranızda xx xxxxxxxx 2004-cü ildə bağlanmış müqavilənin 2.13-cü bəndinə əsasən icarəyə götürülmüş torpaq sahəsinin müqavilə müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçi olaraq sizin vəzifəniz olaraq müəyyənləşdirilmişdir. Müqavilə şərtinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən icarəyə verildiyi müddət qurtardıqdan sonra, sizin həmin torpaq sahəsi üzərində bütün hüquqlarınıza xitam verilmişdir. Sizin istifadənizdə olan 280 ha örüş torpaq sahəsi son 7 ildə sizin təsərrüfatınız həmin örüş otlaq sahəsinə gəlməmişdir. Əksinə icarənizdə olan torpaq sahəsinə sizin tərəfdən başqa fiziki şəxslərin istifadəsinə alver məqsədilə verərək müqavilə şərtlərini və qanunvericiliyin tələblərini pozduğu bildirilmiş, həmin örüş sahəsi real təsərrüfata malik olmaqla Qonaqkənd bələdiyyəsi ərazisində yaşayan vətəndaşlara veriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu Gümürdəhnə bələdiyyəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinə ünvanlanmış xx xxxxxx 2004-cü il tarixli, 19 nömrəli məktubunda Bakı şəhər sakini İddiaçı Quba rayonu Gömür-Dəhnə bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 07 saylı qərarı ilə icarə qaydasında 280 hektar torpaq sahəsi ayrıldığı, ayrılmış torpaq sahəsinə istifadə hüququna dair şəhadətnaməni hazırlayıb verilməsinə kömək edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx xxxxxx 2004-cü il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Bakı şəhər sakini İddiaçı ərizəsinə və Gümür-Dəhnə bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 07 saylı qərarına əsasən heyvandarlığı inkişaf etdirmək üçün ayrılacaq torpaq sahəsinə baxış keçirilmiş və ayrılacaq torpaq sahəsi Gömür Dəhnə bələdiyyəsinə aid olmaqla şərti yararsız örüş sahəsi olması, sahə Dəvəçi rayonuna yaxın ərazidə yerləşməklə boş qalmış istifadəsiz və kənd təsərrüfatı örüşdən kənarda olan sahə olması, seçilmiş ərazidə çoxillik əkmələr və söküləcək bianın olmaması, qeyd olanan cəmi 280 hektar örüş sahəsinin Bakı şəhər sakini İddiaçı icarəyə verilməsi məqsədə müvafiq olması qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu Gümür Dəhnə bələdiyyə şurasının xx xxxxxxxx 2004cü il tarixli 07 saylı iclas protokolundan çıxarışa əsasən Gümür Dəhnə bələdiyyəsi torpaqlarından 280 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilməsi qərara alınınmışdır. İş materiallarında olan Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxxxx 2004-cü il tarixli Quba rayonu Gümür Dəhnə bələdiyyəsinin adından Vaqif Seyidovla İddiaçı arasında bağlanmış müqaviləyə əsasən bələdiyyə ərazisindən 280 hektar torpaq sahəsi heyvandarlığın inkişafı üçün 15 il müddətinə İddiaçı icarəə verilir, müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi hər il 840000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Qonaqkənd bələdiyyəsinin sədri X4 ilə Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh2 arasında bağlanmış xx xxx 2020-ci il tarixli 2 nömrəli müqavilənaməyə əsasən bələdiyyə mülkiyyətində olan Gümürdəhnə kəndi ərazisində yerləşən Qarabulaq adlı sahədən şəxsi heyvanlarını yaz-yaz mövsümündə otarmaq üçün 280 hektar torpaq sahəsini mövsümü olaraq xx xxxxxx 2020-ci il tarixədək Alekseyevka kənd sakini Cavabdeh2 icarəyə verəcək bunun müqabilində Cavabdeh2 hər hektar torpaq sahəsinə görə 6 manat olmaqla cəmi 1680 manat məbləğində icarə haqqını bələdiyyənin hesabına köçürəcəkdir. İş materiallarında olan Cavabdeh1 xx xxx 2020-ci il tarixli 05 saylı iclas protokoluna əsasən Qonaqkənd bələdiyyəsinin mülkiyyətində olan Gümürdəhnə kənd ərazisində yerləşən qarabulaq adlı sahədən 280 hektar həcmində şəxsi heyvanlarının otarmaq üçün 15 il müddətinə icarəyə verilməsi məqsədilə Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh2 bələdiyyəyə rəsmi ərizə ilə müraciət etmişdir. Ona görə də, Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh2 ərizəsi nəzərə alınaraq Qonaqkənd bələdiyyəsinin mülkiyyətində olan Gümürdəhnə kənd ərazisində yerləşən qarabulaq adlı sahədən şəxsi heyvanlarını yaz-yay mövsümündə otarıb saxlamaq üçün 280 hektar həcmində otlaq-yaylaq torpaq sahəsini 15 il müddətində (hərrac və müsabiqə) keçirildikdən sonra bilavasitə ona icarəyə verilməsi üçün bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlaması üçün müvafiq rəylərin alınmasından ötrü aiddiyyəti qurumları qərara alınmışdır. İş materiallarında olan Quba rayonu Ördüc kəndində qeydiyyatda olan X1 tərəfindən verilmiş ərizədən görünür ki, 2017-ci ilin noyabr ayından 2020-ci ilin yanvar ayının 15-nə kimi Cavabdeh1 sədri vəzifəsində işləmişdir. 2010-cu ildə Quba rayonu Gümürdəhnə, Ödrüc, Cimi və Qonaqkənd bələdiyyələri birləşərək Qonaqkənd bələdiyyəsi adlandırılmışdır. Sədri olduğu Qonaqkənd bələdiyyəsinə məxsus olmuş sahəsi 280 hektar olan yaylaq sahəsi xx xxxxxxxx 2004cü ildə İddiaçı icarəyə verilmişdir. Onun bələdiyyə sədri olduğu dövrdə İddiaçı yaylaqdan özü istifadə etmiş, icarə haqqını vermiş, müsbət xarekterizə olunmuş, kənd camaatı arasında ondan heç bir narazıçılıq olmamış, torpaq sahəsinin icarəsinə görə bələdiyyəyə heç bir borcu olmamışdır. İddiaçı iki dəfə şifahi olaraq 2019-cu ilin iyun ayından və sentyabr ayının əvvələrində ona müraciət edərək 2019-cu ilin sentyabr ayının 22-də başa çatacaq Gümürdəhnə bələdiyyəsi sədri arasında bağlanmış xx xxxxxxxx 2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin uzadılacağını bildirmişdir. Lakin 2019-cu ilin dekabr ayının 23-də keçirilmiş bələdiyyə seçkilərində iştirak etmiş, lakin Cavabdeh1 sədri seçilə bilməmiş, ona görə də İddiaçıla yaylaq sahəsinin icarəyə verilməsinə dair yeni müqavilə bağlaya bilməmişdir. İş materiallarında olan Xaçmaz Regional Ədliyyə İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubunda Cavabdeh1 xx xxx 2020-ci il tarixli 05 saylı iclasının qərarı ilə qeyd olunan torpaq sahəsinin qanunvericliyin tələbinə zidd olaraq hərrac və müsabiqə keçirilmədən Cavabdeh2 icarəsinə verildiyi müəyyən edildiyindən, həmin qərarın eyni tarixli müqavilənamənin ləğv edilməsi ilə bağlı bələdiyyə təklif məktubu göndərildiyi, Xaçmaz Regional Ədliyyə İdarəsinin təklifi bələdiyyə iclasında müzakirə edilmiş və mübahisəli məsələnin Quba Rayon Məhkəməsinin icraatında olduğundan məhkəmənin qətnaməsi qəbul olunduqdan sonra məsələyə baxılması qərara alınmışdır. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Quba rayonu Gümürdəhnə Bələdiyyəsi ərazisində yerləşən 280 hektar torpaq sahəsinin 15 il müddətinə heyvandarlığın inkişafı üçün icarəyə verilməsi barədə xx xxxxxxxx 2004-cü ildə icarə müqaviləsi bağlanmış, iddiaçı bu müddət ərzində torpaq sahəsindən istifadə etmiş, aralarında bağlanmış müqavilənin 2.10-cu bəndinə uyğun olaraq müqavilənin müddətinin artırılması barədə 2019-cu ilin iyun və sentyabr ayında müraciət etmiş, həmin dövrdə bələdiyyə sədri işləmiş X1 ilə yeni bələdiyyə seçkilərindən sonra 2020-ci ildə aralarında müqavilənin müddətnin uzadılması barədə razılıq əldə olunmuş, lakin bələdiyyə seçkilərində qalib gəlmiş X3 əvvəlki bələdiyyə sədri ilə aralarında icarə müqavilənin müddətinin uzadılması ilə bağlı şifahi razılı əldə olunduğunu bildirərək yeni müqavilə bağlanmasını təklif etmiş, lakin Cavabdeh1 xx xxxxx 2020-ci il tarixli məktubunda iddiaçı ilə icarə müqaviləsinin bağlanmayacağını, torpaq sahəsinin başqa şəxsə icarəyə veriləcəyi qeyd edilmiş, bundan sonra bələdiyyə ilə həmin 280 hektar torpaq sahəsinin hər hektarı 6 manat olmaqla 1680 manat məbləğində icarə haqqın ödənilməsi müqabilində xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə icarəyə verilməsi barədə 02 nömrəli müqavilənaməyə əsasən Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh2 arasında icarə müqavilə bağlanmış, bundan sonra Cavabdeh1 xx xxx 2020-ci il tarixli 05 saylı iclas protokoluna əsasən Qonaqkənd bələdiyyəsinin mülkiyyətində olan Gümürdəhnə kənd ərazisində yerləşən qarabulaq adlı sahədən 280 hektar həcmində şəxsi heyvanlarının otarmaq üçün 15 il müddətinə icarəyə verilməsi məqsədilə Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh2 bələdiyyəyə rəsmi ərizə ilə müraciət etdiyini, ona görə də, Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh2 ərizəsi nəzərə alınaraq Qonaqkənd bələdiyyəsinin mülkiyyətində olan Gümürdəhnə kənd ərazisində yerləşən qarabulaq adlı sahədən şəxsi heyvanlarını yaz-yay mövsümündə otarıb saxlamaq üçün 280 hektar həcmində otlaq-yaylaq torpaq sahəsini 15 il müddətində hərrac və müsabiqə keçirildikdən sonra bilavasitə ona icarəyə verilməsi üçün bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlaması üçün müvafiq rəylərin alınmasından ötrü aiddiyyəti qurumları qərara alındığı qeyd edilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxxxx 2004-cü il tarixli Quba rayonu Gümür Dəhnə bələdiyyəsinin adından Vaqif Seyidovla İddiaçı arasında bağlanmış müqavilənin 2.10-cu bəndinə əsasən icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və uzadılması barədə təklif vermək icarəyə verənin hüquq və vəzifələrinə aid edilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxxxx 2004-cü il tarixli Quba rayonu Gümür Dəhnə bələdiyyəsinin adından Vaqif Seyidovla İddiaçı arasında bağlanmış müqavilənin 2.12-ci bəndinə əsasən icarə müqaviləsinin uzadılması üçün icarəyə verənə təklif etmək icarəçinin hüquqlarına aid edilmişdir. İcarə Haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Beləliklə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, İddiaçı Quba rayonu Gümürdəhnə Bələdiyyəsi ilə bağladığı xx xxxxxxxx 2004-cü il tarixli icarə müqaviləsinin uzadılması barədə təklif vermiş, Cavabdeh1 sədri işləmiş X1 bunu təsdiqləmiş, aralarında icarə müqaviləsini uzadılacağı iə bağlı şifahi razılaşma olmuş, iddiaçı buna arxayın olaraq, onunla yeni müqavilə bağlanılacağı gözləntisi olaraq torpaq sahəsinin özünün kimi istifadə etmişdir. Lakin eyni seçilmiş bələdiyyə sədri Firuz Əhmədov iddiaçıya xx xxxxx 2020-ci il tarixli məktub göndərərək icarə müqaviləsinin bağlanmayacağını bildirmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 1-4-cü bəndlərinə əsasən Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş huquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mulkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mulkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı X9 Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə də hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan huquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mudafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin mudafiəsi və yaxud təsdiqi uçun məhkəməyə muraciət etdiyi hallarda məhkəmədə iş başlanır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan başqa göründüyü kimi, Cavabdeh1 torpaq sahəsinin icarəyə verilməsi zaman hərrac və müsabiqənin keçirilməsi barədə qanunvericliyin tələbinə əməl etmədən xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə icarəyə verilməsi barədə 02 nömrəli müqavilənaməyə əsasən Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh2 arasında icarə müqavilənamə bağlanmış, həmin torpaq sahəsini Cavabdeh2 icarəyə vermiş, hətta bundan sonra Cavabdeh1 xx xxx 2020-ci il tarixli 05 saylı iclas protokoluna əsasən Qonaqkənd bələdiyyəsinin mülkiyyətində olan Gümürdəhnə kənd ərazisində yerləşən qarabulaq adlı sahədən 280 hektar həcmində şəxsi heyvanlarının otarmaq üçün 15 il müddətinə icarəyə verilməsi məqsədilə Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh2 bələdiyyəyə rəsmi ərizə ilə müraciət etdiyini, ona görə də, Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh2 ərizəsi nəzərə alınaraq Qonaqkənd bələdiyyəsinin mülkiyyətində olan Gümürdəhnə kənd ərazisində yerləşən qarabulaq adlı sahədən şəxsi heyvanlarını yaz-yay mövsümündə otarıb saxlamaq üçün 280 hektar həcmində otlaq-yaylaq torpaq sahəsini 15 il müddətində hərrac və müsabiqə keçirildikdən sonra bilavasitə ona icarəyə verilməsi qərara almış, bu zaman iclas protokolunda qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, torpaq sahəsinin icarəyə verilməsi barədə hərrac və müsabiqəyə çıxaralına zaman ilk növbədə onun əvvəlki istifadəçilərinə təklif olunmalı olmasını nəzərə almadan, hərrac və müsabiqədə kimin hərracda qalib gələcəyi müəyyən olunmadan hərrac və müsabiqə keçirildikdən sonra bilavasitə Cavabdeh2 icarəyə verilməsi qərara alınarkən qanunvericliyin tələbləri köbud surətdə pozulmuşdur. İnsan Huquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnrot İsveçə qarşı işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. X9 məhkəməsi ≪Sporrong və Lonnrotun İsvecrə qarşı≫ məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mulkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi; habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə və X9 Konvensiyasına görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı iddia tələbi təmin edilməli Cavabdeh1 ərazisində yerləşən 280 hektar torpaq sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair xx xxx 2020-ci tarixli icarə müqaviləsi (müqavilənamə) və xx xxx 2020-ci il tarixli 04 saylı iclas protokolu etibarsız hesab edilməli və həmin iclas protokolu əsasında verilmiş qərar ləğv edilməli və həmin torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsinə Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 ərazisində yerləşən 280 hektar torpaq sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair xx xxx 2020-ci tarixli icarə müqaviləsi (müqavilənamə) və xx xxx 2020-ci il tarixli 04 saylı iclas protokolu etibarsız hesab edilsin, həmin iclas protokolu əsasında verilmiş qərar ləğv edilsin. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsinə Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1048/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1048/2020
01.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver