Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-94/2022 13.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh oğluna qarşı «özbaşına tikilmiş qanunsuz tikintikinin sökülməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «özbaşına tikilmiş qanunsuz tikintikinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Qaradağ rayonu,Qobustan qəsəbəsi,Salyan yolu, 32A saylı evin ətrafında Cavabdeh tərəfindən inşa edilmiş tikili qanunsuz tikili hesab edilməklə cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu,Qobustan qəsəbəsi,Salyan yolu bina 32A ətrafında yerləşən sahəni Qobustan bələdiyyəsinin razılığı ilə abadlaşdırmışdır.Bu barədə Qobustan bələdiyyəsindən şəhadətnamə də almışdır.Lakin sonradan cavabdeh həmin ərazini zəbt edərək hasara almışdır.Dəfələrlə ondan həmin hasarın sökülməsini və orada inşa edilməsi üçün tökülmüş daşların götürülməsini tələb etsə də,onlar ona sənəd göstərib gua həmin sahənin onlara aid olmasını bildirmişlər.Lakin həmin sənədlər düzgün olmamaqla həmin ərazini hasara alması tamamilə qanunsuzdur.Onların həmin ərazini abadlaşdırılmağına maneə olurlar.Odur ki,həmin tikili qanunsuz hesab edilməklə onun hesabına sökülməlidir. Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasına teleqram ünvanlayaraq, həmin vaxta başqa məhkəmə prosesi olduğu üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etdi. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclaısnda iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb edərək, bu barədə yazılı ərizə yazaraq, iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdr ki, iddiaçı onları əsasız yerə süründərməçiliyə məruz qoyur, işi uzatmaqda da məqsədi onları bezdirmək, yormaq olduğunu, onların hazırda istifadə etdikləri sahə ilə bağlı müvafiq sənədləri olduğunu, onu da məhkəməyə təqdim etdiklərini, heç ekspertizanın keçirilməsini də təmin etmədiklərini, xidmət haqqını ödəmədiklərindən ekspertizanın baş tutmadığını, biz istiyirdik ki ekspet gəlib baxsın özü də müəyyən etsin ki onların yaşadığı yer haradır, iddiaçı ilə həmin yerin heç bir əlaqəsi olmadığını bildirərək, iddia tələbinin əsasız iddia tələbinin təmin eidlməməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında ərəlfərin sahələrinin üst-üstə düşmədiyini, hər iki tərəfə təqdim edilmiş sənədlər mövcuddur, həmin sahələr fərqli yerlərdir, 32A saylı sahənin ətrafı tamamilə boş yerdir, orada cavabdeh heç bir tikili tikməmişdir,cavabdehlərin istifadə etdiyi sahə isə həmin xəritədə koordinatlarla qeyd edilib, hər iki shaənin korrdinatlarından da görünür ki, ayrı-ayrı sahələrdir, faktiki olaraq da həmin sahələr bir-birindən ayrı sahədə yerləşdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvan üzrə Qobustan Bələdiyyəsi tərəfindən İddiaçı yerli büdcəsinin vergi ödəiyicisi qismində uçota alınmış və bu barədə 18.05.2021-ci il tarixli 84 № li şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş 10/5185 nömrəli 11 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki,2(002)-2346/2021 saylı mülki iş üzrə tərəflərindən 20.09.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssi rəyinin Mərkəzə təqdim olunması barədə məhkəməyə 11.10.2021-ci il tarixli 10/5185 saylı vəsatət göndərilmişdir.Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi bu günədək Mərkəzə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasaən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinəəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə hazırki mülki iş üzrə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, sübutetmə yükü də məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. Həmçinin, məhkəmə onu qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan sahə bələdiyyə mülkiyyətində olmaqla, iddiaçının müvəqqəti istifadəsinə verilmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi istinad edilən Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərədə tutulmuş normanın dispozitiv şərtlərinin mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən məhz onun istifadəsində olan sahədə cavabdeh tərəfindən qanunsuz tikili tikilməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əalvə məhkəmə araşdırması çərçivəsində müvafiq ekspertiza təyin edilsə də, həmin ekspertizanın da keçirilməsi də təmin edilməmişdir. Bununla da məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının istifadəsində olan sahədə tikili tikilməsi və bununla da iddiaçının əmlak hüquqların pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə həmin sahənin mülkiyyətçisi qismində çıxış edən Qobustan Bələdiyyəsinin nümayəndəsinin veridiyi izahatında iddiaçının istifadəsinə verilmiş sahədə cavabdeh tərəfindən hər hansı tikili tikilmədiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh oğluna qarşı «özbaşına tikilmiş qanunsuz tikintikinin sökülməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «özbaşına tikilmiş qanunsuz tikintikinin sökülməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-94/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-94/2022
13.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver