Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-944/2022 13.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı Qaradağ rayon X1 İcraiyyə Komitəsinin 20 oktyabr 1988-ci il tarixli, 20 nömrəli qərarının ona məxsus olması hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı Qaradağ rayon X1 İcraiyyə Komitəsinin 20 oktyabr 1988-ci il tarixli, 20 nömrəli qərarının ona məxsus olması hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə təqdim edərək məhkəmədən ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 263-264cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı Qaradağ rayon X1 İcraiyyə Komitəsinin 20 oktyabr 1988-ci il tarixli, 20 nömrəli qərarının ona məxsus olması hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər və iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-944/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-944/2022
13.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver