Məhkəmə qərarları › İş №2(002)-95/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-95/2021

09.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-95/2021 09.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X3, Cavabdeh, Cavabdehin vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilmiş ərazinin boşaldılması, ağacların başqa yerə köçürülməsi, çınqılın təmizlənməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qaradağ rayon Ələt Bələdiyyəsinin Cavabdeh qarşı «qanunsuz zəbt edilmiş ərazinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, hər hansı bir sənədləşmə işi aparmadan ona aidiyyatı olmayan ərazidə əkilmiş ağacların çıxarılaraq, öz həyətyanı sahəsinə köçürülməsi və Cavabdeh tərəfindən qeyri-qanuni hasarlanmış 400 kv.m ərazinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra 28 sentyabr 2020-ci il tarixli məhkəmə baxış iclasında iddiaçının əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra əsl İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması, ümumi gediş-gəliş yolunda onun darvazasının qarşısında əkdiyi ağacların başqa yerə köçürülməsi, tökülmüş çınqılların təmizlənərək, yolun əvvəlki vəziyyətə qaytarılması, ona, ailəsinə vurduğu maddi və mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2016-cı ilin may ayında yaşamaq üçün torpaq sərəncamından, tikililələrə aid heç bir sənədi, qeydiyyatı olmadan ona qarşı iddialar irəli sürmüş, iki qonşuya qarşı məhkəmədə iddia qaldırmışdır. 2017-ci ild tarixində ümumi gediş-gəlişi yolun 6 metr eninə 40 metr uzununa 180 kv m. Sahəni heç bir sənədi icazəsi olmadan qanunsuz olaraq zəbt etmişdir. bununla da torpaq sahəsini zəbt edərək, Fərmanın tələblərini kobudcasına pozmuşdur.Onun darvazasının qarşısında tamamilə bağladığına görə o, məcbur olub məhkəməyə mürcaiət edibdir.Həmin əraziyə baxış keçirildi. Ondan sonra həmin ərazidə sahəni zəbt edərək, ağaclar əkmişdir. Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaısnda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin ümumi gediş-gəliş yolunu zəbt etdiyini, ora ağaclar əkdiyini, çınqıl tökdüynü, bu halın isə onun gediş-gəlişinə mane olduğunu, neçə ildir onunla münasibətinə görə bütün əsəb, stress keçirtdiyini, buna görə də ona həm də mənəvi ziyan vurulduğunu, cavabdehin müvafiq Fərmanın tələblərini pozduğunu, bununla da həm də onun hüquqularını pozduğunu bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin və iddiaçının izahatının məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında tərəflər arasında başqa məhkəmə prosesinin də olduğunu, bununla bağlı məhkəmə qətnaməsinin də olduğunu bildirərək, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaısnda iddia tələbinə etiraz edərək, etirazını onunla əsalandırmışdır ki, onun özünə məxsus torpaq sahəsi və yaşayış evinin olduğunu, buna dair də sənədlərinin olduğunu, məhkəməyə həmin sənədləri təqdim etdiyini, onun həmin plana-sxemə zidd heç bir hərkət etmədiyini, habelə cavabdehin onunla ümumi giriş-çıxış yolunun olmadığını, belə ki, cavabdehin həyətinin onun həyəti olan istiqamətə girişçıxış qapısı olmamalıdır, həmin halı ekspert rəyi də təsdiq edir, belə olan halda hansı maneədən söhbət gedə bilər, cavabdehin evinin giriş-çıxış qapısının tamamilə fərqli istiqamətdə olduğunu, həmin sahənin isə ona aidiyyatı olmadığını, onun cavabdehə məxssu heç bir torpaq sahəsini zəbt etmədiyini, cavabdehin evinin girişçıxış qapısının qarşısında heç bir ağac əkmədiyini, heç bir çınqıl tökmədiyini, bu halların da ekspert rəyində ətraflı əks olunduğunu bildirərək, iddia tələbinin təmin eidlməməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etdi. Cavabdehin vəkili cavabdehin etirazının məzmununa uyğun izahat verərək, iddia tələbinə etiraz edərək, iddiaçıya məxssu yaaşyş sahəsinin Əzizbəyov küçəsində yerləşdiyini, onun həmin küçəyə giriş-çıxış qapısının olduğunu, lakin bundan əlavə onun Dəmiryolçular küçəsinə də əlavə üç giriş-çıxış qapısını qoyduğunu, iddiaçı tərəfindən ona məxsus sahə ilə bağlı heç bir sənəd təqdim etmədiyindən, həmin giriş-çıxış qapısının iddiaçıya məxsu evin texniki pasportunda qeyd edilmiş plan-sxemə uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmayıb, habelə müvafiq ekspertiza tədqiqatı zamanı da cavabdehə məxsus yaşayış sahəsi və torpaq sahəsində onun plan-sxeminə uyğun olmayan heç bir hal aşkar edilmədiyini bildirərək, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli 2(002)-182/2018 saylı qətnaməsi ilə , Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi, 25 saylı evin və Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı evin giriş qapısından bayırda ( yəni küçəyə çıxış olan həyətdə ) tikinti və yenidənqurma işləri aparılaraq, 17 saylı evin həyətiningiriş-çıxış yolundan (darvazadan) 1,0-1,30 metr aralıda, mişar daşından, metal borudan və metal tordan istifadə etməklə qanunsuz inşa olunmuş hasar Cavabdeh hesabına sökülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi, 25 saylı sahə xüsusi mülkiyyət növündə Cavabdeh adına 20.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən verilən 26/1159 nömrəli, 15.07.2019-cu il tarixli sənədin məzmunundan görünür ki, araşdırma zamanı şikayətçinin qeyd etdiyi Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi ev 25 ünvanının qarşısında olan ərazidə köküstə yaş halda, diametri 4 sm olan 18 ədəd şam ağacı, diametri 12 sm olan 1 ədəd Palma ağacı , 6 ədəd Liqustr və 4 ədəd dekorativ kol sayılaraq ümumilikdə 29 ədəd ağac və kol bitkisi qeydiyyata götürülmüşdür. İş materiallarına əlavə olunmuş 10/729 nömrəli 21 iyun 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı ev fərdi yaşayış sahəsinə faktiki olaraq Əzizbəyov küçəsindən br giriş-çıxış qapısı , Dəmiryolçu küçəsindən üç giriş-çıxış qapısı mövcuddur. Mübahisəli giriş-çıxış qapısı Dəmiryolçu küçəsinə tərəf quraşdırılmaqla cavabdehin hasarına perpendikulyar olaraq yerləşir. Həmin qapının önündə qapıdan 1,7 metr aralıda ağaclar əkilmişdir və yerə çınqıl tökülərək düzləşdirilmişdir. İş materiallarında İddiaçıya məxsus torpaq sahəsinə dair texniki pasport sənədi əlavə edilmədiyindən həmin qapıların texniki pasportda qeyd olunub-olunmadığını müəyyən etmək mümkün olmadı. ünvan 1 ünvanında cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüləri, konfiqurasiyası və yerləşmə vəziyyəti iş materiallarında olan texniki pasport sənədinə uyğundur. Həmin torpaq sahəsinin Əzizbəyov küçəsinə giriş qapısı mövcud deyil. Cavabdehə məxsus giriş- çıxış qapısı Dəmiryolçu küçəsinə tərəf olmaqla texniki pasportda qeyd olunan yerdə quraşdırılmışdır. İddiaçıya məxsus mübahisəli giriş qapısının önündə olan ağacların və yerə sərilmiş çınqılın iddiaçının giriş-çıxışına hər hansı maneə yaradıb-yaratmamasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla tikinti-texniki ekspertizanın predmetinə aid deyil.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə hazırki mülki iş üzrə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, sübutetmə yükü də məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdeh tərəfin ona məxsus torpaq sahəsinin zəbt edilməsi, ona məxsus darvazanın qarşısnda ümumi yola giriş-çıxışa mane olan ağacların əkilməsi, çınqılın tökülməsi, bunun nəticəsində ona mənəvi ziyan vurulması kimi halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmə iddia tələbinin zəbt edilmiş torpaq sahəsinin boşaldılması hissəsi ilə onu qeyd etməyi zəruri hesab edir ki, bu hissədə iddia tələbinin qanuni əsası kimi istinad edilən Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərədə tutulmuş normanın dispozitiv şərtlərinin mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən məhz ona məxsus torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddi atələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ümumi yola gediş-gəliş üçün mane olan ağacların başqa yerə köçürülməsi və tökülmüş çınqılın təmizlənməsi hissəsi ilə bağlı hesab edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi qeyd edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı məhz cavabdeh tərəfindən əkilmiş ağacların və tökülmüş çınqılın iddiaçının ümumi yola giriş-çıxışına mane olmasına əsas verən hər hansı halın müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin 5000 manat məbləğində maddi və mənəvi ziyanın vurulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçı məhz cavabdeh hərəkətləri nəticəsində ona 5000 manat məbləğində maddi ziyan vurulduğunu bildirsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. bununla da, məhkəmə araşdırması zamanı məhz cavabdehin hüquqzidd təqsirli hərəkətləri nəticəsində qeyd edilən məbləğdə maddi ziyanın vurulması, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümükün olmamışdır ona görə də məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində də əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydiəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsin də təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilmiş ərazinin boşaldılması, ağacların başqa yerə köçürülməsi, çınqılın təmizlənməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə köçürülməliidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilmiş ərazinin boşaldılması, ağacların başqa yerə köçürülməsi, çınqılın təmizlənməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul əsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar