Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-993/2023 01.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X43 oğlunun katibliyi, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X11 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlər agentliyi 3 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı, (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müəyyən edilməklə) « Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi miras payların müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 934/69 saylı arayışdan görünür ki, X22 və X19 arasında nikah Qaradağ Rayon qeydiyyat şöbəsində xx.xx.1956-ci il tarixdə 270 nömrəli akt qeydi ilə qeydə alınmışdır;
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı Baş idarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində X12 xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir.
3. Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 228338 nörməli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.
4. Bakı şəhəri 45 saylı DNK-nın 2V-1-145 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 2 X6 adına qeydiyyatdan keçmiş; Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-in ******* nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 50.25 m2, yaşayış sahəsi 24,0 m2, yardımçı sahəsi 26.25 m2, 2 otaqdan ibarət, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində X6 xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
5. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 073018 nörməli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
6. Bakı şəhər 45 saylı Notariat Kontoru tərəfindən verilmiş 159/122V-45 nömrəli notariat işinin materiallarında olan Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, xx.xx.2020-ci ildə vəfat etmiş X6 axrıncı daimi yaşayış yeri ünvan 2 olmuş və ölərkən aşağıdakı ailə üzvləri ilə birlikdə yaşamışdır: Cavabdeh1, X32, X33, Cavabdeh1 Elnur oğlu, X40.
7. 3 saylı Bakı Asan Xidmət Mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan - oğlu Cavabdeh1dur və o miras əmlakdan tam hissədə 1/1 pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013cü il tarixdə X9 verilmiş **********81-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 50.25 kv/m, yaşayış sahəsi 24 kv/m, yardımçı sahəsi 26.25 kv/m, 2 otaqlı mənzildən ibarətdir.
8. 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisində imzalanmış, xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi və ərizələrə əsasən, İddiaçı3 və İddiaçı4 04 fevral 2020-ci il tarixində vəfat etmiş X4 qalmış bütün əsaslarla onlara çatan miras paylarını X14 bağışlamışlar.
İddia tələbi
9. İddiaçılar İddiaçı1, İddiaçı2, X11 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlər agentliyi 3 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı 3 saylı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində 11 avqust 2022-ci il tarixdə reyestrdə 2V-812 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 2, 2 saylı mənzilə bütün vərəsələrin yəni, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 miras paylarını müəyyən etməklə onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin qeyd edilən notariat ofisinə həvalə edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 2, 2 saylı mənzilə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov prospekti, ev 2, 2 saylı mənzil növbəlilik qaydasında dövlət tərəfindən ailəsinə verilmişdir. Həmin mənzil X1nun adına ilkin hüquqi qeydiyyatdan keçmişdir. X1 30 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mübahisəli mənzil 45 saylı DNK-ın 2V-1-45 reyestr nömrəli xx.xx.2013-cü tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2nın adına qeydiyyatdan keçmişdir. X29 04 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mübahisəli mənzil Bakı 3 saylı “ASAN Xidmət” mərkəzinin notariusu X23 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixi 2V-812 reyestr nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçməklə hazırda onun mülkiyyətindədir. Bu iş üzrə cavabdeh ona qardaşları Cavabdeh1 onlara yalan vədlər verərək onları aldatmışdır. Mübahisəli ev fin tipli olmaqla əlavə olaraq 12 sot həyətyanı torpaq sahəsinə malikdir. Cavabdeh onlara bildirmişdir ki, mənzil adına rəsmiləşdirildikdən sonra digər vərəsələrin payını həmin torpaq sahəsini də sənədləşdirdikdən sonra verəcəkdir. Ona görə də, vərəsələrdən İddiaçı3 və İddiaçı4 mənzilə dair miras paylarından cavabdehin xeyrinə imtina etmişlər. Lakin mənzil cavabdehin adına rəsmiləşdirildikdən sonra cavabdeh torpağı verməkdən imtina etmişdir. Digər tərəfdən mübahisəli mənzillə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsi tam müəyyən edilməmişdir. 5 nəfər vərəsə olduğu 3 vərəsə olduğu qeyd edilmişdir. Həmin vərəsələr yəni, İddiaçı2 və İddiaçı1 vərəsə olduqları halda onların dairəsi müəyyən edilməmiş və vərəsəliyə cəlb edilməmişdirlər. Belə olan halda, onların vərəsə kimi hüquqları pozulmuşdur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşlar. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.
11. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1248.2, 1321.1, 1321.2, 1321.3, 1322, 337.1, 347.1, 354.1-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz
12. Cavabdeh1 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
13. Cavabdeh1 etirazı belə əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov prospekti, ev 2,mənzil 2 atası X12 mülkiyyətində olmuş, atası 30 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ev vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasında X2nın adına qeydiyyatdan keçmişdir. Anasının sağlığında iddiaçılar olan bacı və qardaşları ailə quraraq mübahisəli mənzildən daimi olaraq köçüb getmişlər. Bacısı İddiaçı1 1976-ci ildən ailə quraraq köçüb getmiş, qardaşı İddiaçı2 1990-cı ildən, qardaşı İddiaçı3 ev alıb verilmiş və evdən çıxmış, bacısı İddiaçı4 isə 1985-ci ildən ailə quraraq evdən köçüb getmişlər. Evin axırıncı uşağı kimi evdə anası ilə o qalmışdır. Atası və anası vəfat edənə qədər onlara o baxmışdır. İddiaçıların mənzillə heç bir əlaqələri olmamışdır. X2 04 fevral 2020ci il tarixdə vəfat etmişdir.Anasının vəfatında sonra mənzilə dair vərəsəlik şəhadətnaməsi xx.xx.2022-ci ildə almış və hazırda mənzil onun adına qeydiyyatdan keçmişdir. Əgər iddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlak tələb etmək istəyirdilərsə o zaman anasının vəfatından sonra müraciət etməli idilər. O, vərəsəlik haqqında şəhadətnaməni xx.xx.2022-ci ildə anasının vəfatından iki il altı ay sonra almışdır İddiaçılar heç vaxt həmin mirası əmlakı faktiki qəbul etməmişlər, eləcə də, qanunda nəzərdə tutulmuş müddətdə miras əmlakı almaq üçün müraciət etməmişlər. Lakin onun tərəfindən vərəsəlik şəhadətnaməsi aldıqdan altı aydan da artıq müddət keçdikdən sonra iddiaçıların iddia qaldırmaqları tam əsasızdır. Anasının vəfatından sonra vərəsəliyi o qəbul etmiş və miras əmlakı o idarə etmişdir. İddiaçıları nə qanuni və nə də faktiki olaraq miras əmlakı qəbul etməmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, guya “o onlara yalan vəd verərək onları aldatmışdır. Belə ki, mübahisəli ev fin tipli olmaqla əlavə olaraq 12 sot həyətyanı torpaq sahəsinə malikdir. Güya o bildirmişdir ki, mənzili adına rəsmiləşdirildikdən sonra vərəsələrin payını həmin torpaq sahəsini də sənədləşdirəndən sonra verəcəkdir. Ona görə də vərəsələrdən İddiaçı3 və İddiaçı4 dair paylarından onun xeyrinə imtina etmişlər”. Bununla bağlı bildirir ki, o mübahisəli mənzildə ailəsilə birlikdə yaşayır. Heç bir bacı və qardaşı onunla birlikdə həmin mənzildə yaşamırlar. O evin sonuncu övladıdır. Valideynlərinə də sağlıqlarında o baxmış və onlar da bu mənzildə övlad olduğundan və daima həmin mənzildə yaşadığından ona qalmasına razı olmuşlar. Miras əmlak 50,25 kv.m sahədən ibarət mənzildir. O miras əmlakı hər hansı bir şərt qarşılığında qəbul etməmişdir. İddia ərizəsindən də görünür iddiaçıların evin onun adına vərəsəlik şəhadətnaməsi əsasında keçməsindən məlumatları olmuşdur. Lakin iddiaçıların isə miras əmlakla heç bir əlaqələri olmamışdır. Miras əmlakı qəbul etmək niyyətləri də olmamışdır. Qanunun tələbinə görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkət vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Yəni rəsmi üsulla vərsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verir və miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsulla isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Odur ki, göstərilənlərə əsaəsn iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
14. Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyas Məhkəməsinin Plenumunun qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272, 1273.1, 1262, 1263, 666.1, 1145, 1243.2, 1243.3, 1246-ci maddəsinə istinad etmişdir.
15. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, cavabdeh Röşən Mənsimov qardaşıdır. Mərhum ata-ana cavabdehə ev verəcəkdilərsə sağ olan zaman verərdilər. Cavabdeh atasını qocalar evinə yerləşdirmək istəmişdir, atası sağlığında həmin evin Rövşənə qalmasını istəmədiyini bildirmişdir. Mübahisəli ev əvvəl atalarının adına olmuş, ataları vəfat etdikdən sonra ev analarının mülkiyyətinə keçmişdir. X30 vəfat edərkdən yasında iştirak etmişdir. Mübahisəli evdən başqa yaşayış evi vardır və həmin evi də çoxdan tərk etdiyini təsdiq edir, lakin hesab edir ki, bu həmin evdən ona pay verilməsinə maneə deyildir. Cavabdeh1 həmişə qardaş-bacısına hücum etmiş, bu səbəbdən də, hazırkı iddianı qaldırmışlar və imkan verə bilməzlər ki, miras əmlak təkcə Rövşənə qalsın. Ataları vəfat etdikdən sonra qalan həmin evin analarının tam mülkiyyətinə keçməsini mübahisələndirmirlər, miras əmlakın kütləsinə mübahisəli evdən başqa heç bir əmlak daxil olmamışdır. O, özü sözügədən evdə yaşamır və həmin evin yaxşılaşdırılmasına hər hansı xərc çəkməmişdir. X30 vəfat edəndən sonra evlə bağlı notariat ofisinə müraciət etməmişdir, çünki evlə bağlı qanuni əldə etmə müddətini bilməmiş, həm də o zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlədiyinə görə miras əmlakı qəbul etməklə bağlı məsələlərə ayırmağa vaxtı olmamışdır. Cavabdeh1 sözgedən evi öz mülkiyyətinə keçirdikdən sonra bundan xəbərləri olmuş, notarius vərəsəlik işinin açılması ilə bağlı onlara heç bir məlumat verməmişdir. Məhkəməyə gec müraciət etməsinin səbəbi isə evə dair sənədlərin toplanması olmuşdur.
17. İddiaçı3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, anası vəfat edəndən sonra evlə bağlı notariat ofisinə getməmişdir. Cavabdeh Rövşən ona evdəki payından onun xeyrinə imtina edəcəyi təqdirdə evin yerləşdiyi torpaq sahəsindən pay verəcəyini vəd etmiş, o da Rövşənin bu sözünə inanaraq notariat ofisinə gedərək evdəki payında qardaşı Cavabdeh1 adına imtina etmişdir. Hazırda həmin evdə yaşamır, evin kommunal ödənişlərini o ödəməmişdir, lakin anasının yasında iştirak etmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsini və evin satılmasını istəyir.
18. İddiaçı1 məhkəmənin hazırlıq iclaslarında iştirak edərək iddianı müdafiə etmiş və bildirmişdir ki, ünvan 2 onun ata evidir, 1977-ci ildə ailə quraraq həmin evdən köçmüşdür. Qardaşı Valeh də, o da həmin evdən çoxdan köçsələr də, analarının dəfnində iştirak ediblər. Mübahisəli evdə vərəsə kimi payları olmuşdur. Qardaşları Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış verilən zaman onun vərəsə payı nəzərə alınmamışdır. Digər vərəsələrdən qardaşı Əliasan və bacısı Təranənin isə aldadılaraq paylarından imtina etdirildikləri barədə məlumatı vardır. Böyük qardaşları Yasər Mənsimov vəfat etmiş, digər qardaşı Saleh isə uzun illərdir Gürcüstanda yaşayır. Göstərilənlərə əsasən qardaşı Rövşənin adına verilmiş şəhadətnamə və çıxarışın ləğv edilməsini və özünün payının tanınmaısnı xahiş edir.
19. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçıların və cavabdhein anaları Şərəbanı Mənsmimova vəfat edərkən miras əmlak mübahisəli mənzil olmuş, onun övladlarından X47 Mənsimovadan əvvəl vəfat etmiş, X31 yaşamaqla mirası qəbul etməmiş, İddiaçı4 isə Türkiyədə yaşayır və hüquqlarını ona etibar etmişdir. Mübahisə üzrə vərəsə payları düzgün müəyyən edilməmişdir. Belə ki, ünvan 2 üzərində vərəsələr Əliasan və Təranənin payı aldadılaraq Rövşənə bağışlanmış, digər vərəsələr Şəfiqə və Valehin payı isə notarius tərəfindən nəzərə alınmamışdır. Odur ki, qnaun üzrə Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilərəkmiras paylarının müəyyən edilməsini xahiş edir.
20. Cavabdeh1 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, yazılı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, cavadehlər miras əmlakı qəbul etməmiş, mübahisəli evdə uzun illər yaşamamışlar. Belə ki, bacısı İddiaçı1 1977-ci ildən ailə quraraq ata evindən çıxmış, qardaşı İddiaçı2 uzun illərdir həmin evdə yaşamamış, ata və anasına baxmamış, qardaşı Əliasan orada yaşasa da sonradan öz arzusu ilə çıxmış, İddiaçı3 və İddiaçı4 öz arzuları ilə notariat ofisinə gedərək miras paylarından onun xeyrinə imtina etmişlər, bu zaman yetkin insana təsir etmək, aldatmaq inandırıcı deyil. O, torpaq sahəsi bağışlamaqla bağlı kiməsə vəd verməmişdir, belə ki, miras əmlak özü 50,25 kv.m ümumi sahədən ibarət evdən ibarətdir. Digər tərəfdən qanun üzrə vərəsələrdən Təranə və Saleh xarici ölkədə yaşamaqla miras evə maraqları yoxdur. Əliasan və Təranə miras evə dair paylarından imtina etmişlər və o, xx.xx.2022-ci il tarixdə notariusa müraciət edərək evə dair vərəsəlik şəhadətnaməsi və onun əsasında çıxarış almışdır. Anaları 2020-ci ildə vəfat edəndən sonra miras evə dair heç bir iddiaları olmayan qardaş bacıları sonradan aralarında yaranmış müəyyən ixtilafa görə qisas almaq məqsədilə hazırkı iddianı qaldırmışlar. Bunu onların özləri də izahatlarında etiraf edirlər. O isə 1968-ci ildə anadan olandan həmin evdə yaşamış, ataanasına baxmış, onların yasını keçirmiş, dəfn xərcini çəkmişdir. İddiaçılar isə dəfnə qonaq kimi gəlmişlər. İddiaçıların onun 2022-ci ildə evi öz mülkiyyətinə keçirməsindən xəbərləri olub, buna həmin zaman etiraz etməmişlər, indi isə evdən pay tələb edirlər. Göstərilənlərə əsasən hesab edir ki, iddia əsasız olmaqla təmin edilməməlidir.
21. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddiaya etiraz etmiş və öz izahatında bildirmişdir ki, mübahiəli ev ilk olaraq tərəflərin atası X16 aid olmuş, ata 2007-ci ildə vəfat etmiş, bundan sonra ev tərəflərin anası Mənsimov Şəhrəbanunun mülkiyyətinə keçmiş, 2021-ci ilin avqust ayında anaları da vəfat etmişdir. Şəhrəbanu Mənsimova vəfat etdikdən sonra tərəflərdən heç biri evə dair pay tələbi irəli sürmür, miras əmlakı bilərək qəbul etmirlər. Cavabdeh1 isə doğulan gündən həmin evdə yaşamaqla həm faktiki, həm rəsmi mirası qəbul etmişdir. Belə ki, cavabdeh 1 il 8 ay sonra həmin evə dair çıxarış almış və həmin zaman tərəflər arasında mirasla bağlı mübahisə olmamışdır. Hətta iddiaçılardan İddiaçı3 və X17 notariat ofisində miras payından imtina etməsi barədə ərizə yazıb. X50 vəfat etdikdən 1 il 8 ay sonra cavabdehin adına sənədləşdirilib, həmin müddət ərzində cavabdeh iddiaçıların evdən pay tələb edə biləcəkləri üçün gözləyib. Cavabdeh vərəsəlik haqqında şəhadətnamə aldıqdan sonra həmin sənədin əsasında da evə dair çıxarış alıb. Notarius miras əmlaka dair payla bağlı iddiaçılara məlumat versə də, 6 ay ərzində onlardan heç bir cavab gəlmədiyinə görə notarius, bunu miras paydan imtina kimi qəbul edərək vərəsəlik işini açmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırkı mübahisədə iddiaçı tərəflər həm 3 aylıq, həm də 6 aylıq müddətlər ötürüldüyündən hüquqları itmişdir. Bndan başqa, iddiaçıların öz izahatlarının məzmunundan da aydın olur ki, onlar mirasın açılmasından xəbərləri olmuş, lakin mirası şüurlu şəkildə qəbul etməmişlər və hazırda aralarındakı konflikt səbəbindən cavabdehin adına olan çıxarışı ləğv etdirmək niyyətinə düşüblər. Odur ki göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir.
22. Məhkəmə tərəfindən qanun üzrə vərəsələrdən X10 və X24 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində hazırkı mülki işə cəlb edilmişlər.
23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X10 məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddiaçıların və Cavabdeh1 bacısıdır, o da anası Şərəbanı Mənsimovanın qanun üzrə vərəsələrindən biridir. Mübahisəli evə dair bir vərəsə kimi payından qardaşı Rövşənin xeyrinə imtina edir, bu məqsədlə o, notariusa getməmiş və miras əmlakı qəbul etməmişdir. Çünki ailə quraraq ata evindən çoxdan çıxmışdır. Həmin evdə qardaşı Rövşən yaşamış, ata anasına o, baxmışdır, bunu qonşular və hər kəs də təsdiq edə bilər. Anası vəfat etdikdən sonra miras əmlaka Rövşən nəzarət etmiş, dəfni xərclərini Rövşən çəkmişdir. İddiaçılardan Əliasan və Təranəyə hansısa torpaq söz vermə məsələsi barədə o heç bir şey eşitməmiş, belə bir söhbət olmamışdır. Digər vərəsələr Valeh və Şəfiqə isə uzun illərdir həmin evdə yaşamamaqla, yalnız qonaq kimi analarının yas mərasiminə gəlmişlər. Anaları vəfat edəndən sonra isə miras əmlakı qəbul etməmişlər, indi isə arlarında mübahisə düşdükdən sonra qisas almaq üçün mübahisələndirirlər. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsini xahiş edir.
24. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlər agentliyi 3 saylı Bakı Asan Xidmət Mərkəzinə və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X18 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, onlar nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə həmin cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Prosesin digər iştirakçılarının ifadələri
25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadə verərək bildirdi ki, tərəflərin atası olan Mənsimov Qaryağdı əmisidir. Onlar həmişə eşitmişlər ki, Mənsimov Qaryağdı evi oğlu Rövşənə verəcək, evdə də həmişə Rövşən yaşayıb, indi də orada Rövşən yaşayır. İddiaçıların özlərinin ayrıca evləri var, onlar mübahisəli evdə illərdir yaşamırlar, ev iddiaçılara verilməyib, cavabdehə verildiyi barədə eşitmişdir.
26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadə verərək bildirdi ki, mübahisəli evdə 9 il yarım gəlin olmuşdur, İddiaçı3 həyat yoldaşı olmuş, sonradan ayrılmışlar. Mübahisəli evdə iddiaçılar əvvəllər yaşayıb, daha sonra evdən köçüblər, indi illərdir evdə yaşamırlar, evdə indi cavabdeh Rövşən yaşadığını bildirmişdir.
27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadə verərək bildirdi ki, Cavabdeh1 qonşusu olduğunu, evdə hazırda da Rövşən yaşadığını, iddiaçılar evdə yaşamırlar, ara-sıra evə qonaq kimi gəlirdilər. X5 baxırdı, onun yasında olduğunu, dəfn xərclərini Rövşən ödədiyini, İddiaçı2 anasının yasında görmədiyini bildirmişdir.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. 9.3-cü maddəsinə əsasən, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.
29. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
30. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
31. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 41. M 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
32. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
33. 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
34. 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
35. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
36. 1257.2-ci maddəsinə əsasən, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
37. 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.
38. 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
39. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
40. 1273-cü maddəsinə əsasən, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
41. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
42. 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
44. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
45. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
46. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
48. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
50. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
51. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
53. İddia əsassızdır.
54. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
55. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.
56. Məhkəmə qeyd edir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).
57. İşin mübahisəsiz halları bundan ibarətdir ki, miras qoyan X13 xx.xx.2020-ci ildə vəfat etmiş və miras açılmışdır. Vəsiyyətnamə olmamışdır. Qanun üzrə vərəsələr (miras qoyanın övladları) aşağıdakı şəxslərdən ibarət olmuşdur: İddiaçı2, İddiaçı3, İddiaçı4, Şəfiqə Mənsimova, Saleh Mənsimov, Lalə Mənsimova, Cavabdeh1. Miras qoyanın övladlarından Yasər Mənsimov miras açılan zaman sağ olmamışdır.
58. Miras əmlakın mübahisə edilən kütləsinə - ümumi sahəsi 50.25 m2, yaşayış sahəsi 24,0 m2, yardımçı sahəsi 26.25 m2, 2 otaqdan ibarət, ünvan 2 daxildir.
59. Qanun üzrə vərəsələrdən İddiaçı4 və İddiaçı3 11.082-22-ci il tarixdə notarial müqavilə bağlayaraq öz miras paylarından Cavabdeh1 xeyrinə imtina etmişlər. ünvan 2-yə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi və bu əsasla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar hazırkı iddianı qaldıraraq cavabdehin adına olan həmin şəhadətnamə və çıxarışı mübahisələndirərək miras paylarının müəyyən edilərək onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin notariat ofisinə həvalə edilməsini tələb edirlər.
60. İşdə olan Bakı şəhər 45 saylı Notariat Kontoru tərəfindən verilmiş 159/122V-45 nömrəli notariat işinin materiallarında olan sənədlərdən və işin faktiki hallarından göründüyü kimi, iddiaçılar analarının 2020-ci il tarixdə vəfat etməsi barədə məlumatlı olmuş, lakin mirasın çağırıldıqlarını bildikləri vaxtdan mirası nə faktiki, nə rəsmi qəbul etməmişdirlər. Belə ki, qanun üzrə vərəsələrdən İddiaçı2, Saleh Mənsimov və Şəfiqə Mənsimova miras əmlakı faktiki qəbul etməmiş və notariat orqanına vaxtında müraciət etməmiş, İddiaçı3 və İddiaçı4 miras paylarından Cavabdeh1 xeyrinə imtina etmiş, qanun üzrə vərəsələrdən Lalə Əbdürrəhmanova isə üçüncü şəxs qismində icraata cəlb edilərək miras əmlakdan qardaşı Cavabdeh1 xeyrinə imtina etdiyini hər hansı tələbinin olmadığını bildirmişdir.
61. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir.
62. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir.
63. Göstərilənlərdən əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
64. X20 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
65. Məhkəmə göstərilən qərardakı hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçılardan İddiaçı1 və İddiaçı2 mirası qanunla müəyyən edilmiş müəddətdə qəbul etməmələri üzrlü səbəblərdən baş verməmişdir. Belə ki, miras açıldığı vaxtdan iddiaçıların cavabdehlə aralarında mübahisə yaranan zamana qədər miras əmlaka dair iddiaları olmamış, iddiaçılar özlərinin ayrıca mənzillərinin olduğunu, uzun illər mübahisəli evdə yaşamadıqlarını bildirmişlər və həmin iddiaçıların məhkəmə iclaslarında verdikləri izahatlarından iddia qaldırmaqda məqsədlərinin miras əmlakdakı paya olan hüquqlarını realizə etmək deyil, qardaşları Cavabdeh1 “cəzalandırmaq” olduğunu aydın olur. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd edilənləri iddiaçılar İddiaçı2 və İddiaçı1 aid hissədə mirası qəbul etmə müddətinin üzrsüz səbəbdən ötürülməsi kimi qiymətləndirir.
66. Məhkəmə iddiaçılardan İddiaçı3 və İddiaçı4 miras payından imtina etmələri barədə notarial müqavilə bağlayarkən aldadılmaları ilə bağlı bildirdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçıların həmin dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir.
67. Belə ki, mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.
68. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
69. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
70. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
71. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; - Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
72. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya torpaq payı vəd etməsi müqabilində mübahisəli evə dair miras payından onun xeyrinə imtina etməsi barədə iddiaçıların bildirdikləri həm mötəbər sübutlarla təsdiq edilməmişdir, həm də həmin halın iddiaçıların (Əİddiaçı3 və İddiaçı4) miras payından imtina etməsinin etibarsızlığına səbəb olması Mülki Məcəllənin 339.2ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun deyildir.
73. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar miras əmlakı qanunla müəyyən edilmiş qaydada qəbul etmədikləri üçün Cavabdeh1 vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun adına verilmiş çıxarışın ləğvi və miras paylarının bölünməsi ilə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
74. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
Nəticə
76. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X11 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlər agentliyi 3 saylı Bakı Asan Xidmət Mərkəzinə (üçüncü şəxslər X8, X24 və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı « Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payların müəyyən edilməsi» barədə iddia tələbi rədd edilməlidir.
77. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, X11 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlər agentliyi 3 saylı Bakı Asan Xidmət Mərkəzinə (müstəqil təlb irəli sürməyən üçüncü şəxslər X8, X24 və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) qarşı Bakı 3 saylı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində 11 avqust 2022-ci il tarixdə reyestrdə 2V-812 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 2, 2 saylı mənzilə bütün vərəsələrin yəni, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 miras paylarını müəyyən etməklə onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin qeyd edilən notariat ofisinə həvalə edilməsi; Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 2, 2 saylı mənzilə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova