Məhkəmə qərarları › İş №2(102)-2728/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2728/2024

08.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2728/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Hassanzadeh Roqhayeh Norouzali qızına, X18, Cavabdeh7 Einollah oğluna, Cavabdeh5 Einollah qızına, Cavabdeh6 Einollah qızına, 1 saylı ünvan 6qayıt Regional Cavabdeh8ndə Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 6qayıt Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, bağışlama müqavilələrinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiy ası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Hassanzadeh Roqhayeh Norouzali qızına, X18, Cavabdeh7 Einollah oğluna, Cavabdeh5 Einollah qızına, Cavabdeh6 Einollah qızına, 1 saylı ünvan 6qayıt Regional Cavabdeh8ndə Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 6qayıt Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququ tanınaraq müvafiq vərəsəlik hüququ haqqında şəhadət namənin verilməsi” tələblərinə dair iddiası ilə bağlı mülki iş üzrə ünvan 6qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-521/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X9 ilə Cavabdeh4 Norouzali qızı xx.xx.1979-cu il tarixdə rəsmi nikah bağlamış və həmin nikahdan xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.1984-cü il təvəllüdlü Azimi Leyla və xx.xx.1986-cı il təvəllüdlü Azimi Ali adlı övladları doğulmuşdur.

2. Azimi X1 ilə qeyri rəsmi evliliyindən xx.xx.2002-ci il tarixdə İddiaçı doğulmuşdur.

3. Azimi Einollah xx.xx.2 007-ci il tarixdə X6 ilə bağlanmış alğı-satqı müqaviləsi əsasında ünvan 1 olan bağ evini almış və həmin ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınaraq MH seriyalı, №0009803 saylı çıxarışla rəsmiləşdirilmişdir.

4. Azimi Einollah xx.xx.2017-ci il tarixli etibarnamə ilə X12 mülkiyyətində olan Novxanı bağ massivində yerləşən 137 V saylı bağ evinə dair sərəncam verməyi etibar etmişdir.

5. X15 qeyd edilən etibarnamə əsasında xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlayaraq həmin bağ evini Azimi Einollahın adından İddiaçı bağışlamışdır.

6. X11 xx.xx.2018-ci il tarixdə Tehran şəhərində ölmüşdür. Onun vərəsələri olaraq nikahda olmuş arvadı-Cavabdeh4 Norouzalı qızı, övladları - X24, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğl u, Cavabdeh5 Einollah qızı və X16 qalmışlar.

7. Cavabdeh4 Norouzalı qızı, X24, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızı yuxarıda qeyd olunan etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddia qaldırmış və Qubadlı Rayon Məhkəməsinin 2(028)-346/2020 nömrəliı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 6qayıt şəhəri 4 saylı Notariat Kontorunda Einollah Azimi tərəfindən X12 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, Einollah Azimiyə məxsus ünvan 1-nin İddiaçı bağışlanması haqqında ünvan 6qayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edi lmiş və həmin müqaviləyə əsasən İddiaçı adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət olunmuşdur. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

8. Bundan sonra ünvan 6qayıt Cavabdeh8ndə Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamə” əsasında mərhum X2 qalmış arvadı Roghaye Hassanzadehin onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Miras əmlak kimi, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********90-11301 reyestr nömrəsi ilə Einollah Aziminin adına qeydə alınmış ünvan 6qayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən ümumi sahəsi 167,1 kv.m. olan bağ evi qeyd olunmuşdur.

9. Həmçinin ünvan 6qayıt Cavabdeh8 Notariat Ofisində V-90/2022 nömrəli vərəsəlik işi açılmış və Einollah Aziminin vərəsələri: arvadı- Roghaye Hassanzadeh, övladları – Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi 2V-125 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlakın ünvan 6qayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən ümumi sahəsi 167,1 kv.m. olan bağ evindən ibarət olduğu, hər birinin payının 1/6 hissədən ibarət olduğu, 1/6 hissədə İddiaçı payının açıq saxlandığı qeyd edilmişdir. 10. ünvan 6qayıt Cavabdeh8ndə Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 xx.xx.2022-ci il tarixli, 2V-125 re yestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Roghayen Hassanzadehə bağışlamışlar.

11. Bundan sonra ünvan 3 evin 11/12 hissəsi üzərində Roghayen Hassanzadenin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmış, bağ evinin 1/12 hissəsi açıq pay kimi qeyd olunmuşdur. 12. ünvan 6qayıt Şəhər Məhkəməsinin 2(060)-9286/2019 nömrəliı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Ali Aziminin, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Roghieh Hassanzadehin cavabdehlər İddiaçı, X8, üçüncü şəxslər ünvan 6qayıt 4 saylı Notariat Kontoru və DƏDRX-in ünvan 6qayıt şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsi nə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə” dair iddia tələblərinin rədd edilməsi qət olunmuşdur. 13. ünvan 6qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Roghieh Hassanzadehin apellyasiya şikayəti qismən təmin edilərək, ünvan 6qayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Roghieh Hassanzadehin ünvan 1 ünvanında yerləşən bağ evinə köçürülməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1505/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 6qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə dair mülki işin icraatı hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Oktay oğlu cavabdehlər Hassanzadeh Roqhayeh Norouzali qızına, X18, Cavabdeh7 Einollah oğluna, Cavabdeh5 Einollah qızına, Cavabdeh6 Einollah qızına, 1 saylı ünvan 6qayıt Regional Cavabdeh8ndə Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy i yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 6qayıt Ərazi İdarəsinə (bundan sonra cavabdehlər, yaxud ad, soyad, Notariat Ofisi, Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə ünvan 6qayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınaraq, müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən bağ evi iddiaçının babası (anası X7 atası) X3 məxsus olmuşdur. Babası tərəfindən həmin sahədə bir neçə tikili tikilmişdir. Tikilmiş tikililərdən-bağ evindən birinin ümumi sahəsi 45,52 kv.m, digəri isə 3 mərtəbəli yaşayış binası olmuşdur. 2007-ci il tarixdə atası Einollah Azimi bildirmişdir ki, Azərbaycanda 5 illik oturum icazəsi almaq üçün onun mülkiyyətində daşınmaz əmlakın olm ası zəruridir. Bu səbəblə babası Ağakişi Ağayev atası Einollah Azimi ilə alğı-satqı müqaviləsi bağlayaraq, ümumi sahəsi 45,52 kv.m. olan bağ evini Einollah Azimiyə satmışdır. Sözügedən alğı-satqı müqaviləsi bağlanılarkən atası tərəfindən Ağakişi Ağayevə hər hansı bir məbləğdə pul ödənilməmişdir. Ağakişi Ağayev 2008-ci il tarixdə vəfat etmiş, vəfat etməzdən əvvəl də həmişə bildirmişdir ki, Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evini nəvəsi - Einollah Aziminin oğluna vermək niyyətində olmuşdur. 2017-ci il tarixdə atası ilə anası Firəngiz Ağayeva arasında belə bir razılaşma olmuşdur ki, bağ evi bütövlükdə atasının adına qeydiyyata alınmasına razılıq verilir, o, (atası Einollah Azimi) isə həmin bağ evini oğluna bağışlayır. 16 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evi Einollah Aziminin oğlu olaraq iddiaçıya bağışlanmışdır. Lakin cavabdeh Roqhieh Hassanzadeh və digərləri tərəfindən iddiaçıya bağışlanmış və mülkiyyətində olmuş bağ evinə dair bir sıra məhkəmə mübahisələri açılmışdır. ünvan 6qayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roghieh Hassanzadehin cavabdehlər X8, İddiaçı və qeyrilərinə qarşı iddiaları ilə bağlı 2(060)-9286/2019 nömrəli mülki iş olmuş, ünvan 6qayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri kimi ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmin iddia üzrə icraat kassasiya instansiyasında dayandırılmışdır. Göründüyü kimi ünvan 6qayıt Şəhər Məhkəm əsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa da götürülməməmişdir. Lakin bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsi cavabdeh Roqhayeh Hassanzadehin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, 1/12 hissəsi isə açıq pay kimi saxlanılmış, bağ evinin 1/2 hissəsinə Roqhayeh Hassanzadehin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, həmin bağ evinin 1/2 hissəsinə dair isə Roqhayeh Hassanzadehin və digər şəxslərin adına xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və digər şəxslər öz miras paylarını Roqhayeh Hassanzadehə bağışlamışlar. Beləliklə də Roqhayeh Hassanzadeh ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsinə mülkiyyət hüququ əldə etmişdir.

17. Məhkəmə iclasında cavabdeh Roqhayeh Hassanzadehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən bağ evi Cavabdeh4 mərhum əri Einollah Azimiyə məxsus olmuşdur. Həmin ev onların nikahı dövründə 2007-ci ildə əldə edilməklə onların ümumi birgə mülkiyyətidir. Belə ki, həmin şəxslər 1979-cu ildən etibarən rəsmi nikahda olmuşlar və Einollah Azimi vəfat edənədək həmin nikah pozulmamışdır. 2017-ci ildə Einollah Aziminin səhhətində problemlər yaranmış, onkoloji xəstəlikdən əziyyət çəkmişdir. 2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəmişdir. Onun xəstəliyi öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum etmişdir. Müalicələrin təsiri olmamış və Einollah Azimi 10 may 2018-ci ildə vəfat etmişdir. Einollah Azimi vəfat etməmişdən əvvəl onun rəsmi nikahda olduğu Cavabdeh4, həmçinin rəsmi nikahdan anadan olmuş övladlarının hamısı daima həmin evə gəlib-getmişlər və Einollah Aziminin ailə üzvləri kimi orada qalmışlar. Einollah Aziminin vəfatından sonra onun vərəsələri öz aralarında miras əmlakların bölünməsi məsələsini həll etmək istəyən zaman məlum olmuşdur ki, mərhum Einollah Aziminin adından X12 etibarnamə vermiş və X15 da həmin etibarnaməyə əsasən ünvan 1ni xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Həmin bağışlama müqaviləsi Qubadlı Rayon Məhkəməsinin 2(029)346/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş, evə dair verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamə xx.x x.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra isə Einollah Aziminin mirasına dair 1 saylı ünvan 6qayıt Regional Cavabdeh8ndə Notariat ofisində qanun üzrə vərəsəlik müəyyən olunmuş, həmin ev mərhum Einollah Azimi ilə Cavabdeh4 ümumi birgə mülkiyyətlərində olduğundan notariat ofisi tərəfindən evin hissəsinə dair Cavabdeh4 adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, evin qalan hissəsi Einollah Aziminin miras kütləsinə daxil edilmiş və həmin mirasa dair vərəsəlik müəyyən olunmaqla vərəsələr arasında bölüşdürülmüşdür. Einollah Aziminin mirasından pay almaq hüququ olan cəmi 6 vərəsəsi var. Evin 50 faiz hissəsi 6 vərəsə arasında bölünmüş, 5 vərəsə öz miras payını qəbul etmiş, 4 vərəsə öz miras paylarını 1 vərəsəyə, yəni Cavabdeh4 bağışlamış, İddi açı payı isə açıq saxlanılmışdır. Beləliklə, iddiaçının mülki məcəllənin mirasın qəbul edilməsi ilə bağlı münasibətləri tənzimləyən 1243, 1246-cı maddələrinə istinad etməsi tamamilə əsassızdır. Çünki, qeyd edildiyi kimi mərhum Einollah Azimi vəfat edən zaman, yəni onun mirasının açıldığı vaxt ünvan 4 ünvanında yerləşən bağ evi onun miras kütləsinə daxil deyildi, həmin bağ evi qanunsuz və saxtakarlıq yolu ilə, onun ölümündən əvvəl ağır xəstə olmasından sui-istifadə edilməklə mənimsənilmişdir. X31 vəfat edən zaman həmin ev onun miras kütləsinə daxil olsaydı, vərəsələr həmin mirası mirasın qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına ərizə verməklə qəbul edəcəkdilər, yaxud faktiki üsulla qəbul edərək həmin evə sahiblənəcəkdilər. Lakin, həmin vərəsələr Einollah Azimi vəfat etdikd ən sonra həmin bağ evinə gələrkən evin İddiaçı məxsus olması bildirilərək həmin evə buraxılmamışlar və ünvan 6qayıt Şəhər Məhkəməsində qaldırılan iddia tələblərindən biri də, məhz həmin şəxslərin həmin bağ evinə köçürülmələri tələbi olmuşdur. Bundan başqa, Einollah Aziminin həyat yoldaşı və uşaqları daima həmin evə gəlib orada qalmışlar, hətta Əli Aziminin övladı da həmin bağ evində qeydiyyatda olmuşdur. Evin təmir-tikinti işlərində də mərhum Einollah Aziminin rəsmi nikahdan olan övladları yaxından iştirak etmişlər. Məlumdur ki, mirasın qəbul edilməsi vərəsənin mirasın qəbul edilməsinin formal üsulu ilə notariat orqanına müraciət etməsi, yaxud mirasın faktiki üsulu ilə mirasa sahiblənmək istiqamətində müəyyən hərəkətlər etməsi ilə şərtləndirilmişdir. Lakin, Ali Aziminin, Cavabdeh6, Cavabde h5, Cavabdeh7 və Cavabdeh4 mərhum Einollah Aziminin mirasını hər hansı üsulla qəbul etmək istiqamətində müvafiq iradə ifadəsi nümayiş etdirmələri və ya müəyyən hərəkət etmələri onların iradələrindən asılı olmayan səbəblərə görə, Nicat Novruzovun, Firəngiz Ağayevanın və İddiaçı qanunazidd əməllərinə görə mümkün olmamışdır. Bu səbəbdən də, həmin şəxslərin tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulan mirasın qəbul edilməsi müddəti ötürülməmişdir. 18. ünvan 6qayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X24, Cavabdeh7 Einollah oğlu, Cavabdeh5 Einollah qızı, Cavabdeh6 Einollah qızı cavabdeh qismində işə cəlb edilmişlər. 19. ünvan 6qayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-187/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnamə si ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilərək, Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması qət edilmiş, iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhad ətnamənin verilməsinə dair hissəsi təmin edilməmişdir.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən olunması və razılığının alınması istiqamətində iş düzgün aparılmamışdır. Miras qoyan Einollah Azimi vəfat etdikdən sonra iddiaçı ünvan 1 ünvanında yerləşən bağ evində faktiki yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirası nə faktiki olaraq, nə də 3 ay ərzində sözügedən mirası qəbul etmələri üçün notariat orqanına müraciət etməmişlər. Mirasın açıldığı zaman - 26 yanvar 2022-ci il tarixdə miras qoyan Einollah Aziminin övladı İddiaçı birinci dərəcəli vərəsə hesab olunduğu halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin almış vərəsələr bu barədə notariat kontoruna doğru məl umat verməmiş və miras əmlakı şəhadətnamə əsasında qəbul etmişlər. Mirasın açılmasından xeyli müddət 3 il 8 ay keçdikdən sonra, notariat ofisinin notariusu tərəfindən Roqhayeh Hassanzadehin və digərlərinin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin verməsini məhkəmə tamamilə qanunsuz hesab etmişdir.

21. Məhkəmə belə qeyd etmişdir ki, miras əmlak olan ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə dair ünvan 6qayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə qadağa mövcud olmuşdur.

22. Məhkəmə iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı ünvan 6qayıt Regional Cavabdeh8ndə notariat ofisinin üzərinə qoyulması hissəsində təmin etməmiş, bu hissədə mövqeyini belə əsaslandırmışdır ki, həmin və zifənin qoyulması məhkəmənin səlahiyyətinə aid olmamış və gələcəkdə bu məsələ ilə iddiaçı notariat kontoruna müraciət etmək iqtidarında olmuşdur.

23. Birinci instansiya məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1, 337, 354, 404, 1133, 1146, 1151, 1159-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58, 60-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdırr. Ap ellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

24. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətinin onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi təmin edildiyi hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbləri təmin edilməməlidir. ünvan 6qayıt Şəhər Məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, həmçinin mülki qanunvericiliyin vərəsəlik hüququ münasibətlərini tənzimləyən normalarını düzgün tətbiq etməmiş, nəticədə səhv nəticəyə gəlmişdir. Belə ki, ünvan 3 ünvanda yerləşən bağ evi Cavabdeh4 mərhum əri Einollah Azimiyə məxsus olmuş, həmin ev Cavabdeh4 ilə mərhum Einollah Aziminin birgə nikahları dövründə, 2007-ci ildə əldə edilməklə onların ümumi birgə mülkiyyətində olmuşdur. Həmin şəxslər 1979-cu ildən etibarən rəsmi nikahda olmuşlar və Einollah Azimi vəfat edənədək həmin nikah pozulmamışdır. Həmin şəxslərin birgə nikahlarından Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 adlı uşaqları anadan olmuşdur. Həmin bağ evinə dair ilkin olaraq Einollah Aziminin adına xx.xx.2007-ci il tarixli, ********* saylı Çıxarış verilmiş, sonradan həmin Çıxarış xx.xx.2018-ci il tarixli, ********** saylı Çıxarışla əvəz edilmişdir. 2017-ci ildə Einollah Aziminin səhhətində problemlər yaranmış, onkoloji xəstəlikdən əziyyət çəkmişdir. 2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəlmişdi, xəstəliyinə görə öz hərəkətlə rinin mənasını başa düşmək imkanından məhrum idi. Cərrahiyyə əməliyyatından sonra - 2017-ci ilin dekabrında “X30” diaqnozu ilə Tehran şəhərində müalicə olunmuş, sonradan ağ ciyər infeksiyasi və kəskin nəfəs darlığı ilə yanaşı həmçinin həkim tərəfindən şüurunun arabir dayanması diaqnozu da qoyularaq “Arad” xəstəxanasına yerləşdirilmişdir. Müalicələrin təsiri olmamış və Einollah Azimi 10 may 2018-ci ildə vəfat etmişdir. ünvan 6qayıt Şəhər Məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, cavabdehlər mirası qəbul etmək üçün 3 ay ərzində notariat orqanına müraciət etməmişlər. Lakin yuxarıda qeyd edildiyi kimi Einollah Aziminin mirası açılan vaxt mübahisəli bağ evi həmin şəxsin mülkiyyətində deyildi və qanunsuz yolla İddiaçı adına rəsmiləşdirilmişdi. Belə olan halda miras açıldığı vaxtdan, yəni Einollah Aziminin vəfat etdiyi vaxtdan 3 ay ərzində mirasın onun qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına müraciət etməklə qəbul edilməsi mümkün deyildi. Bundan başqa məhkəmə qeyd etmişdir ki, İddiaçı mirası faktiki qəbul etmişdir. Məhkəmənin həmin qənaəti də düzgün deyil, çünki İddiaçı miras açılan vaxt mübahisəli bağ evi qanunsuz yolla mülkiyyətinə keçirmişdi və həmin şəxs vərəsə kimi evə sahiblənmək üçün deyil, evin mülkiyyətçisi kimi yaşayırdı. Bundan başqa qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən İddiaçı vərəsəlik hüququndan məhrum edilməmişdi, əksinə payı açıq saxlanılmışdı və onun həmin payını qəbul etməyə heç kim mane olmurdu. Einollah Aziminin həyat yoldaşı və övladları daima həmin evə gəlib orda qalırdılar, hətta Ali Aziminin əmlakları (soyuducular, telev izorlar və digər məişət əşyaları) hazırda da həmin evdə yerləşir. Evin təmir-tikinti işlərində də mərhum Einollah Aziminin rəsmi nikahdan olan övladları yaxından iştirak etmişlər. Bununla da Einollah Aziminin qeyd olunan 5 nəfər vərəsələri mübahisəli bağ evini miras əmlak hesab edərək vərəsə kimi həmin mirası mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul edərək ona sahiblənmək və yiyələnmək, mirasın mülkiyyətçisi olmaq niyyətlərini ifadə etmişlər. Einollah Aziminin vəfatından sonra onun yuxarıda adları qeyd olunan 5 qanun üzrə vərəsəsi mirası onun qəbul edilməsinin formal üsulu ilə qəbul etmək istəyərkən mübahisəli bağ evinin qanunsuz və saxtakarlıq yolu ilə mənimsənildiyini müəyyən etmişlər və bundan sonra məhkəmə çəkişmələri olmuşdur. Ona görə də məhkəmənin həmin vərəsələrin mirası q əbul etməmələri, mirasa dair vərəsəlik hüquqlarının olmaması, mirasa dair yalnız İddiaçı vərəsəlik hüququnun tanınmalı olması barədə gəldiyi qənaət tamamilə qanunsuz və əsassızdır. Bundan başqa məhkəmə miras kütləsinin həcmini də düzgün müəyyən etməmiş, mübahisəli bağ evinin mərhum Einollah Azimi ilə Cavabdeh4 ümumi birgə nikahları dövründə əldə olunmaqla onların birgə mülkiyyətlərində olduğunu, buna görə də Cavabdeh4 mülkiyyət payının Einollah Aziminin miras kütləsinə daxil olmadığını nəzərə almamış, heç bir qanuni əsas olmadan həmin şəxsin adına həmin evin 1/2 hissəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmişdir. Qətnamədə qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materia lları ilə təsdiq edilmir. Beləliklə qeyd edilənlərə əsasən hesab edir ki, 1 saylı ünvan 6qayıt Regional Cavabdeh8ndə Notariat Ofisinin notariusu X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”, həmçinin Cavabdeh4 Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022ci il tarixli Çıxarış tam qanuni və əsaslıdır, Mülki Məcəllənin hər hansı tələbləri pozulmadan, o cümlədən İddiaçı vərəsəlik hüququ pozulmadan verilmişlər. 26. ünvan 6qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəm əsi) 2(105)-950/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Ayaz Mahmudov) cavabdeh Roqhayeh Hassanzadeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə qismən təmin edilməsi, iddia tələbinin mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edil məməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının mərhum Einollah Azimidən miras qalmış 1/2 hissə əmlaka vərəsəlik payının müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair düzgün nəticəyə gəlmişdir.

28. Məhkəmə ko llegiyası qeyd etmişdir ki, cavabdehlərə mirasın açılmasından 3 il 8 ay keçdikdən sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan başqa, iddiaçı birinci növbəli vərəsə olduğu halda onun barəsində notariat orqanına məlumat verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bağışlama müqaviləsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunduğundan onun əsasında verilmiş bağışlama müqaviləsi də etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu barədə gəlmiş olduğu nəticə ilə r azılaşmışdır.

30. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından müəyyən olunduğu kimi miras əmlak birgə nikah dövründə əldə olunduğudan həmin əmlakın 1/2 hissəsi Cavabdeh4 məxsus olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Ona görə də iddia tələbi xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab e dilməsinə dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

31. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsinə dair düzgün nəticəyə gəlsə də bunu əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi qeyd edilən çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş bağışlama müqaviləsinin əsasında verilmişdir. Şəhadətnamə və müqavilə etibarsız hesab olunduğundan onların əsasında verilmiş çıxarış ləğv olunmalıdır.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınmasına dair düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iddianı həmin hissədə təmin edərkən miras əmlakın kütləsini düzgün müəyyənləşdirməmiş, ünvan 1 ünvanında yerləşən bağ evinə dair tam şəkildə iddiaçının vərəsəlik hüququnu tanımışdır. Halbuki həmin ev mərhum X11 ilə Cavabdeh4 nikah dövründə əldə etdikləri birgə əmlak olduğundan həmin əmlakın 1/2 hissəsi Cavabdeh4 məxsus olmuşdur. Belə olduqda isə X5 qalan miras əmlak həmin evin 1/2 hissəsindən ibarət olmuşdur ki, məhz həmin əmlaka da iddiaçının vərəsəlik payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası vərəsəlik hüququnun tanınmasını vərəsəlik payının müəyyən edilməsi kimi hesab etmişdir.

33. Məhkəmə kollegiyası həmçinin q eyd etmişdir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1505/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 6qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-43/2922 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə dair mülki işin icraatı hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılmışdır. Bundan başqa iddiaçının vəkilinin məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərə əsasən, iddiaçı X22 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 6qayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ünvan 6qayıt şəhəri, Novxanı bağ massivi, ev 137 m ünvanındakı Einollah Azimiyə məxsus bağ evinin sahəsinə müvafiq düzəli ş edilərək, 45,52 kv.m. kimi qeydiyyata alınmasına, eləcə də bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş hazırda ünvan 6qayıt İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili bildirmişdir ki, həmin sənədləri təqdim etməkdə məqsədi iş üzrə icraatın dayandırılmasını xahiş etmək deyil. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin işə baxılması ilə əlaqədar olaraq hazırkı mülki işin icraatının dayandırılmasına lüzum olmamışdır. Belə ki, işlər üzrə tərəflər başqa olmuşdur. Bundan başqa ərizədən görünür ki, iddiaçının mübahisələndirdiyi əmlakın ümumi sahəsi 307,7 kv.m. olmuşdur. Hazırkı mülki iş üzrə mübahisəli miras əmlakın ümumi sahəsi is ə 167,1 kv.m. olmuşdur.

34. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139, 139-1, 225, 354, 404, 1133, 1146, 1151, 1159, 1162-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58, 60-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 80, 88, 106.1, 217.4, 220.5, 384.0.1, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat.

35. Qətnamədən iddiaçı (vəkil Nümayəndə Oktay oğlu) və Cavabdeh4 (Vək il3) kassasiya şikayətləri vermişlər.

36. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi, “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin həmin hissədə təmin edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 6qayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roghieh Hassanzadehin cavabdehlər X8, İddiaçı və qeyrilərinə qarşı “bağışlama müqaviləsinin hissəvi etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəs inə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun etibarsız hesab edilməsi və mənzildən çıxarma barədə” iddiaları ilə bağlı 2(060)-9286/2019 nömrəliı mülki iş olmuşdur. ünvan 6qayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roghieh Hassanzadehin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək, ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Məhkəməyə təqdim etdiyi sübutlardan və işin hallarından da məlum olduğu kimi ünvan 6qayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-9286/2019 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı hələ ki, qəbul edilm əmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddia tələbini “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində də təmin etməli idi.

38. Cavabdeh4 kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Einollah Aziminin mirası açılan vaxt mübahisəli bağ evi həmin şəxsin mülkiyyətində olmamış və qanunsuz yolla iddiaçının adına bağışlama yolu ilə rəsmiləşdirilmişdir. Belə olan halda miras açıldığı vaxtdan, yəni Einollah Aziminin vəfat etdiyi vaxtdan 3 ay ərzində mirasın onun qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına müraciət etməklə qəbul e dilməsi mümkün olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən mirası faktiki qəbul etməsi barədə məhkəmə kollegiyasının mövqeyi də tamamilə əsassızdır. Çünki iddiaçı miras açılan vaxt mübahisəli bağ evi qanunsuz yolla onun mülkiyyətinə keçmişdi və həmin şəxs vərəsə kimi evə sahiblənmək üçün deyil, evin mülkiyyətçisi kimi yaşayırdı. Bundan başqa, qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən iddiaçı vərəsəlik hüququndan məhrum edilməmiş, əksinə payı açıq saxlanılmış və onun həmin payını qəbul etməyə heç kim mane olmamışdır. Yəni, işdə olan şəhadətnamənin surətindən də görünür ki, vərəsələrdən biri İddiaçı qeyd edilmişdir. İddiaçının adı vərəsələrin adları siyahısında qeyd edilməsinə baxmayaraq, notariat orqanına müraciət etməmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddiaçının tələbin i təmin etməmiş və iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Lakin məhkəmə kollegiyası vərəsəlik hüququnun tanınmasına dair iddia tələbinin apellyasiya baxışının predmeti olmamasına baxmayaraq bu hissədə baxaraq qanunsuz qərar vermişdir. Apellyasiya instansiya məhkəməsi MPM-in 372-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarın tələblərini pozaraq apellyasiyanın predmeti olmayan hissədə işə baxaraq qanunsuz qətnamə qəbul etmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3962/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdeh Roqhayeh Hassanzadehin kassasi ya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, xx.xx.2022-ci il tarixdə bağlanmış “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması tələblərinə aid hissədə (birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə İddiaç ı vərəsəlik hüququnun tanınmasının ləğv edilməsi” hissəsində, “cavabdeh Roqhayeh Hassanzadehn adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə İddiaçı mərhum Einollah Azimidən miras qalmış 1/2 hissədə əmlaka vərəsəlik payının müəyyən edilməsi” hissəsində, habelə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv olunması” tələbinin və “vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı ünvan 6qayıt Regional Cavabdeh8ndə notariat Ofisinin üzər inə qoyulması” tələblərinin rədd olunmasına aid hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə mülki məcəllənin qanun üzrə vərəsəliyi tənzimləyən normaları, habelə ər-arvadın nikah müddətində əldə edilmiş əmlakın rejimi ilə bağlı normaları tətbiq olunmalıdır.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş, miras qalmış bağ evinin birgə nikah müddətində əldə edildiyinə görə həmin evdən sağ qalmış arvadın payını 1/2 hissədə müəyyən etmişdir. Məhkəmənin gəldiyi bu nəticə Mülki Məcəllənin 225.1 və 1162ci maddələrinə uyğundur. Buna g örə də iddiaçının miras qalmış bağ evindən sağ qalmış arvadın (cavabdeh Roqhayeh Hassanzadein) payının 1/2 hissədə müəyyən edilməsi hissəsinin ləğv olunması barədə dəlilləri əsassızdır. Həmçinin qeyd olunmalıdır ki, daşınmaz əmlaka dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllənin 140-cı maddəsi). Buna görə də iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququ ilə bağlı gətirdiyi dəlillər, Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olmadığı üçün qəbul olunmur.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu və rəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu baxımdan cavabdehlərin yalnız mübahisəli Novxanı bağ massi vi, 137V saylı bağ evini faktiki cəhətdən ələ keçirib ona sahib durması, idarə edib təsərrüfat aparmasının araşdırılması kifayət etmir.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər İran Respublikasında yaşayırlar. Bu baxımdan, mərhum X26 Respublikasında miras əmlakın qalıb qalmaması, qalıbsa həmin əmlakın cavabdehlər tərəfindən qəbil edilib-edilməməsi araşdırılmalı idi. Lakin məhkəmə tərəfindən bu cür araşdırma aparılmamışdır.

45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər miras əmlak olan evlə bağlı əqdlər bağlamaq səlahiyyətini ehtiva edən xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin və evin bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız sayılması barədə iddia qaldırmış və həmin iddia bağışlama müqaviləsinin etibarsız sayılmasına aid hissədə tə min olunmuşdur. Həmin iddia, Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 vərəsələr kimi mübahisəli evə münasibətdə bu iddianı verməyə subyektiv hüququ tanınmaqla həll oluna bilərdi. Həmin iş üzrə qətnamədə məhkəmə gəldiyi nəticəni əsaslandırarkən başqa əsaslarla yanaşı həm də qeyd etmişdir ki, “Azimi Einollah xx.xx.1979-cu ildə Roqayenlə ailə qurmuşdur və həmin nikahdan onların uşaqları var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın”. Göründüyü kimi, məhkəmə aktı ilə cavavdehlərin miras qalmış əmlakın hüququ rejimi ilə bağlı iddiası təmin edildiyindən, onların miras əmlaka münasibət də iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozulması təşkil etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilən qətnamə hazırki iş üzrə MPM-in 82.3-cü maddəsinə görə preyudisial əhəmiyyətə malik olmasa da, iş üzrə digər sübutlarla yanaşı araşdırılmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin mirası qəbul edib-etməmələri məsələsinə hüquqi qiymət verilərkən göstərilən qətnaməyə istinad etməmiş və nəzərə alınmamışdır.

46. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat. 47. ünvan 6qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(105)-521/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Lalə Rəhimli) cavabdeh Roqhayeh Hassanzadeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – 1 saylı ünvan 6qayıt Regional Cavabdeh8ndə Notariat Ofisinin notariusu X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, сavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə İddiaçı vərəsəlik hüququnun tanınması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüünvan 6unun cavabdehlər Roqhayeh Hassanzadeh, Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilməsinə dair hissədə ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi qət olunmuşdur.

48. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və baxılan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəl ik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə Mülki Məcəllənin qanun üzrə vərəsəliyi tənzimləyən normaları, habelə ər-arvadın nikah müddətində əldə edilmiş əmlakın rejimi ilə bağlı normaları tətbiq olunmalıdır.

49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehlər Roqhayeh Hassanzadehin, Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 miras qalmış əmlakın hüququ rejimi ilə bağlı iddiası təmin edildiyindən, onların miras əmlaka münasibətdə iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozulması təşkil etmişdir. Yalnız həmin məhkəmə aktından sonra onlar vərəsəlik hüquqlarını həyata keçirmək üçün notariat orqanına müraciət etmişlər. Əks halda isə mübahisəli miras əmla kla bağlı bu hüququn həyata keçirilməsi mümkün olmayacaqdı.

50. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən olunması və razılığının alınması istiqamətində işin düzgün aparılmaması, mirasın açılmasından xeyli müddət 3 il 8 ay keçdikdən sonra, notariat ofisinin notariusu tərəfindən Roqhayeh Hassanzadehin və digərlərinin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verməsini qanunsuz hesab etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir.

51. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİl hissəsinə uyğunluğunun yoxlanılm asına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərara görə, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

52. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin əsaslılığı sübuta yetirilmə diyindən, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi” və сavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən və onların etibarsız hesab olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi iddianı - 1 saylı ünvan 6qayıt Regional Cavabdeh8ndə Notariat Ofisinin notariusu X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi, сavabdeh Roqhay eh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

53. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, miras əmlak olan mübahisəli ev üzərində İddiaçı da vərəsə kimi payı mövcuddur, hətta mübahisələndirilən xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin özündə də İddiaçı payının açıq saxlanılması bilavasitə göstərilmişdir. Odur ki, təkrarən iddiaçının ünvan 1 ünvanında yerləşən bağ evinə vərəsəlik hüququnun tanınması barədə məhkəmə qətnaməsinin çıxarılmasına məhkəmə kollegiyası zərurət görmür. İddiaçı müvafiq notariat ofisinə müraciət etməklə açıq qalmış öz payını qəbul edə bilər.

54. Apellyasiya instansiya məhkəməsi öz mö vqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə, 129-cu maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 139.1, 139.3, 139-1.1.4, 225.1, 354.2, 1133, 1146, 1151.1, 1159.1.1, 1162, 1243.1, 1243.2, 1243.3, 1246-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 8, 14.2, 88, 89, 217.4, 372, 384, 385, 402 və 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

55. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayət i verərək, apellyasiya instansiyası məhkəməsinin 16 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin bütünlüklə təmin olunmasını xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin mahiyyətindən də göründüyü kimi mübahisə cavabdehlərin vərəsəlik hüquqlarının tanınması ilə bağlı olmamışdır. Mübahisə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qanuni olub-olmaması ilə bağlıdır. Mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Konstitusiya Məhkəməsinin məlum qərarı qəbul edilmədiyindən və hazırkı hüquqi mövqe mövcud olmadığından, hesab edilmişdir ki, Məhkəmə Kollegiyasının həmin qərara istinad edərək, birinci instansiya məhk əməsinin qətnaməsini ləğv edərək, iddia tələbimizi rədd etməsi tamamilə əsassız olmuşdur. Cavabdehlərin yalnız mübahisəli Novxanı bağ massivi, 137V saylı bağ evini faktiki cəhətdən ələ keçirib ona sahib durması, idarə edib təsərrüfat aparmasının araşdırılması kifayət etmir. Baxılan işdən görünür ki, cavabdehlər İran Respublikasında yaşayırlar. Bu baxımdan, mərhum X23 Respublikasında miras əmlakın qalıb qalmaması, qalıbsa həmin əmlakın cavabdehlər tərəfindən qəbul edilib-edilməməsi araşdırılmalı idi. Lakin məhkəmə tərəfindən bu cür araşdırma aparılmamışdır.” Göstərilən halın aydınlaşdırılması ilə bağlı məhkəmə kollegiyası tərəfindən müvafiq sorğu verilsə də, sorğunun cavabı gözlənilmədən tələm-tələsik məhkəmə araşdırması yekunlaşdırılaraq, tamamilə əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh Roqhayeh Hassanzadeh, nə də digər cavabdehlər ünvan 1 ünvanında yerləşən bağ evinə dair mirası nə formal üsulla, nə də ki qeyri-formal üsulla qəbul etməmişlər. Miras qoyan-atası Einollah Azimi vəfat etdikdən sonra yalnız o –İddiaçı ünvan 1 ünvanında yerləşən bağ evində faktiki yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Qeyd etdiyi kimi cavabdeh Roqhayeh Hassanzadeh və digərləri mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmişlər. Atasından miras qalmış ünvan 1 ünvanında yerləşən bağ evinə dair hər hansı bir vərəsəlik hüquqlarının olmamasına baxmayaraq, cavabdeh və digər şəxslər notariat kontoruna müraciət edərək, qanunsuz qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Belə ki, mirasın açılmasından xeyli müddət-3 il 8 ay keçdikdən sonra, Notariat Ofisinin notariusu tərəfindən Roqhayeh Hassanzadehin və digərlərinin adına “Qanun üzrə Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verməsi tamamilə qanunsuz olmuşdur. Həmçinin qeyd etdiyi kimi ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə dair qadağa mövcud olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

57. Cavabdeh Roqhayeh Hassanzadeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək bildirmişdir ki, artıq uzun müddətdir ki, o, mərhum həyat yoldaşından qalan əmlakdan istifadə edə bilmir, Firəngiz Ağayeva və onun dostu Nicat Novruzov əlbir olaraq, ona və övladlarına bağ evinə daxil olmağa mane olurlar. O, iddiaçının kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

58. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

59. Maddə

29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

60. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

61. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

62. Maddə 337.4. Et ibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

63. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

64. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

65. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

66. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

67. Maddə 1146. Miras qoyan ın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

68. Maddə 1159.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

69. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

70. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

71. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıq da hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.

72. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qü vvədən düşmüş hesab edilsin.

73. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

76. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə ke çirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

83. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

84. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sax laya bilər.

85. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

86. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

87. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

88. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

90. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qəbul edildiyi dövrdə hazırkı işin məhkəmənin icraatında olduğunu nəzərə alaraq, həmin qərarın nəticə hissəsinə istinadla onun hazırkı işə tətbiq edilməli olduğu barədə düzgün qən aətə gəlmişdir.

91. Həmin qərarda Konstitusiya Məhkəməsi hesab etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

92. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

93. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

94. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkə məsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

95. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətb iq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

96. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. ünvan 6qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-521/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar