Məhkəmə qərarları › İş №2(003)-1001/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1001/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1001/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunlaəsaslandırmışdır ki, "Azərmaş” MMC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFLE221618 ban nömrəli qara rəngli avtomobil 10600,0 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən X5 illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 22488,0 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488,0 manatın 16700,0 manatı əsas məbləğ təşkil edir. 27 fevral 2021-ci il tarixdə X5, X11 və İddiaçı MMC arasında MAS-2999 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə X11, Cavabdeh və İddiaçı MMC arasında MAS-2999 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 sentyabr 2021-ci il tarixdə 401 manat məbləğində olmuşdur. Cavabdeh 02 noyabr 2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 yanvar 2022-ci il tarixə 1112.18 manat gecikdirilmiş əsas, 873.56 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 273.79 manat dəbbə pulu, ümumilikdə 2259.53 manat borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddianın qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAVVO1HHFLE221618 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMCyə geri qaytarılmasını və Cavabdeh xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq müqaviləsi" üzrə lizinq obyektinin yararsız vəziyyəti düşdüyü 25 yanvar 2022-ci il tarixə 1112,18 manat əsas, 873,56 manat mükafat və 273,79 manat dəbbə pulu, cəmi 2259,53 manat borcun və ödənilmiş 43,0 manat dövlət rüsumunun İddiaçı MMC–nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi X12 iddia ərizəsinə dəqiqləşmə verərək, Azərmaş” MMC ilə bağlanmış 02 noyabr 2020-ci il tarixli MAS-2999 saylı “Daxili İzinq” müqaviləsi ləğv edilməsini və Cavabdeh 02 noyabr 2020-ci il tarixli MAS2009 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 18 fevral 2022-ci il tarixə 1345.29 manat gecikdirilmiş əsas, 1038.12 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 808.75 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilə 2390 manat dəymiş zərər, ümumilikdə 5552.16 manat borc və ödənilmiş 76.63 manat dövlət , füsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbələrini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “"Azərmaş” MMC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFLE221618 ban nömrəli qara rəngli avtomobil 16700,0 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən X5 illik 19% hesablanmaqla 48 aylıq müddətə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay sabit məbləğ olmaqla 397,67 manat, pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27 fevral 2021-ci il tarixdə X5, X11 və İddiaçı MMC arasında MAS-2999 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, X2 Bəhrəm Mehtibala oğlunun istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə X11, Cavabdeh və İddiaçı MMC arasında MAS-2999 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, Rzazadə X6 Namik Nafik oğlunun istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhviltəslimini aparmışlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili Lizinq“ müqaviləsiüzrə xx.xx.2022-ci il tarixə iddiaçıya 1345,29 manat əsas, 1038,12 manat mükafat və həmin günə hesablanmış 808,75 manat dəbbə pulu, cəmi 2259,53 manat borcu vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Siqnal” İLİİ-nin 4 saylı mühafizə olunan duracağına yerləşdirilib. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı MMC hazırkı iddia üzrə 76,63 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "Azərmaş” MMC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFLE221618 ban nömrəli qara rəngli avtomobil 16700,0 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən X5 illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 22488,0 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 27 fevral 2021-ci il tarixdə X5, X11 və İddiaçı MMC arasında MAS-2999 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə X11, Cavabdeh və İddiaçı MMC arasında MAS-2999 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədəCavabdeh xx.xx.2020-ci il tarixli MAS-2999 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən, borcu yaranmışdır. Lizinq obyekti xx.xx.2022-ci il tarixdə mühafizə olunan duracağa yerləşdirilmişdir.İddiaçı hazırki ddia üzrə 43,0 manat dövlət rüsumu ödəmişdir. İş üzrə iddiaçı lizinq obyektiniCavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas və faiz (mükafat) məbləğlərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundansonra MM-in) 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-cimaddəsinəəsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-cimaddəsinəəsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyini icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq məbləği və faiz (mükafat) məbləğinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2649 və 9/2709 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2999 saylı lizinq müqaviləsi üzrə Cavabdeh 25 fevral 2022-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 2.438,29 manat məbləğində müəyyən olunur. O cümlədən xx.xx.2022-ci il tarixə sualda soruşulan tarixə əsas borc üzrə 1224,55 manat, mükafat borcu üzrə 1213,74 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2020-ci il tarixli MAS-2999 saylı lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 1224,55 manat əsas borc və 1038,0 manat mükafat borcu cavabdehdəm tutulmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2022-ci il tarixli 9/2649 və 9/2709saylı rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 808,75 manat cərimə cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 50,0 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddianın dəymiş zərərin ödənilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh sahiblik və istifadəsində olduğundan, həmin avtmobilinə dəymiş ziyan Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Qeyd edilən Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 2320,0 manat məbləğində müəyyən olumuşdur. Belən halda məhkəmə hesab edir ki, Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2320,0 manat ziyan Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixli MAS-2999 saylı daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödəniş etməmiş və bununlada iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqaviləyə xitam verilməsi məqsədi ilə də iddiaçı cavabdehə yazılı müraciət etmiş, lakin heç bir cavab almamışdır.Buna görədə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2999 saylı daxili lizinq müqaviləsi ləğv edilməlidir. Məhkəmə həmçinin iddianın 76,63 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən almaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanunamüvafiq olaraq müəyyən edilir». Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin olunduğundan iddiaçının xeyrinə cavabdehlərdən birgə qaydada 76,63 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri 150 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyərindən 150,0 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X4, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlirki, xx.xx.2020-ci il tarixli MAS-2999saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, iddiaçıya lizinq ödənişləri üzrə iddia edilən miqdarda borcunun yaranması, cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması tam təsdiq olunduğundan, bununla da iddiaçının pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yarandığından, iddiaçı cavabdehlə müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunduğundan, xx.xx.2020-ci il tarixli MAS-2999 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 1224,55 manat əsas borc, 1038,0 manat mükafat, 50,0 manat cərimə (dəbbə borcu), 2320,0 manat ziyan və ödənilmiş dövlət rüsumuna görə 76,63 manat olmaqla, ümumilikdə 4709,18 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli MAS-2999 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 1224,55 manat əsas borc, 1038,0 manat mükafat, 50,0 manat cərimə (dəbbə borcu), 2320,0 manat ziyan və ödənilmiş dövlət rüsumuna görə 76,63 manat olmaqla, ümumilikdə 4709,18 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza xərci kimi 150,0 (bir yüz əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X4, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar