Məhkəmə qərarları › İş №2(003)-101/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-101/2022

21.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-101/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız sayılması və çıxarış qeydinin ləğv edilməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız sayılması və çıxarış qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X19 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 249/667 saylı bağ sahəsinin yerdə qalan 0,12 ha hissəsinə dair bağlanmış 631 saylı müqavilənin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 249/667 saylı bağ sahəsinə dair (0.12 hektar hissəsinə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********42 nömrəli, 29 mart 2021-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 29 mart 2021-ci il tarixli çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra DƏDRX) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsinə dair, 18 iyun 2011-ci il tarixli çıxarış verilmişdir. Həmçinin Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 mart 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 1200, kv m torpaq sahəsi ona ayrılmış və faktiki istifadəsində olmuşdur. Həmçinin qonşuluqda yerləşən torpaq sahəsinə dair Cavabdeh1 DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsinə dair 02 oktyabr 2018-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 mart 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində faktiki istifadəsində olan 1200 kv m torpaq sahəsi ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinə olan yolu Cavabdeh1 bağlamış, bundan sonra mübahisə yaranmışdır. Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 mart 2004-cü il tarixli, sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində İddiaçı ayrılmış və faktiki istifadəsində torpaq sahəsi olduğu halda həmin torpaq sahəsinə dair çıxarışın əldə edilməsi sual doğurmuşdur. Məsələylə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə vəkil tərəfindən ünvanlanan sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 249/667 saylı bağ sahəsi üzərindəki tikililərə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsinin X19 arasında xx.xx.1987-ci il tarixli 631 saylı müqavilə bağlanmışdır. Daha sonra icarədarın və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılığına əsasən sözügedən bağ sahəsinin tikili olan hissəsi X5 adına keçirilmiş və onunla 0,12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinə dair 14 dekabr 1990-cı il tarixli, 20573 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında sözügedən bağ sahəsi 21 avqust 2018-ci il tarixdə X3 adına qeydiyyata alınmış, 29 avqust 2018-ci il tarixdə 2V-97 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2018-ci il tarixdə isə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X6 mülkiyyətində olan Şüvəlan qəsəbəsi 0,12 hektar torpaq sahəsi olan 249/667 saylı bağ sahəsi 4Ə-273 reyestr nömrəli, 23 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 631 saylı müqavilə əsasında ayrılmış 249/667 saylı bağ sahəsinin yerdə qalan 0,12 ha hissəsi xx.xx.2021-ci il tarixdə X7 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi xx.xx.2021-ci il tarixli 2V-112 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 26 fevral 2021-ci il tarixdə X8 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 249/667 saylı bağ sahəsi 4Ə-477 reyestr nömrəli 17 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 29 mart 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Bütün bu əməliyyatlara baxmayaraq mübahisəli bağ sahəsi bu günə kimi onun faktiki istifadəsində olmuş, buna dair Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 mart 2004-cü il tarixli sərəncamı verilmişdir. Bu fakt isə mübahisəli bağ sahəsinə dair aparılmış bütün əməliyyatların etibarsızlığı üçün əsasdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun öz torpağına dair bütün sənədləri var. Torpaq onun adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. İddiaçı özünə məxsus ayrıca evi və torpaq sahəsi vardır. İddiaçı ona məxsus torpağı da istəyir. O, həmin torpağı almaq üçün ona müraciət edib, lakin o, bununla razılaşmamışdır. Belə olan halda iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 mart 2004-cü il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 1200 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi barədə xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şüvəlan Bələdiyyəsinin 25 saylı qərarı əsasında İddiaçı Şüvəlan qəsəbəsində 1200 kv.m torpaq sahəsi satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi X8 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X17 arasında bağlanmış 631 saylı, xx.xx.1990-cı il tarixli “249/667 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin surətindən görünür ki, Şüvəlan qəsəbəsində 0,12 ha torpaq sahəsi X9 icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1990-cı il tarixli, 20573 nömrəli müqavilə“249/667 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin surətindən görünür ki, sözügedən bağ sahəsinin tikili olan hissəsi X2 adına keçirilmiş və onunla 0.12 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2V-97 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş- X2 vərəsəsi X12r və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 24 saylı notariat ofisində 23 sentyabr 2018-ci il tarixli AN-İ ******* saylı reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X21 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 249/667 saylı bağ Cavabdeh1 satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi (0,12 ha) Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 İradə Nağı qızı ilə xx.xx.1978-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 05 noyabr 1998-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin AA saylı 594904 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi mərhum X13 məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi (0,12 ha) X7 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı Asan Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-112 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş- X7 vərəsəsi X14r və o, miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi (0,12 ha) X8 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı Asan Xidmət mərkəzində notariat ofisində 17 mart 2021-ci il tarixli 4Ə-477 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X22 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 249/667 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Cavabdeh1 satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi (0,12 ha) Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin AA saylı 302265 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi Cavabdeh1 məxsus olmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər RPİ–nin 1-ci PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ərizəsi əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı,xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsi (0,0954 ha) İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin AA saylı 031403 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsi İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda deyilir: “Qeyd olunan bağ sahəsinə dair məlumatın verilməsi barədə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 249/667 saylı bağ sahəsinə dair məlumatın verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X19 arasında xx.xx.1987-ci il tarixli, 631 nömrəli müqavilə bağlanılmışdır.Daha sonra icarədarın və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə əsasən sözügedən bağ sahəsinin tikili olan hissəsi X2 adına keçirilmiş və onunla 0.12 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsinə dair xx.xx.1990-cı il tarixli, 20573 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında sözügedən bağ sahəsi xx.xx.2018-ci il tarixdə X3 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, 2V-97 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2018-ci il tarixdə isə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X6 mülkiyyətində olan Şüvəlan qəsəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsi 4Ə-273 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 631 nömrəli müqavilə əsasında ayrılmış, 249/667 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsi xx.xx.2021-ci il tarixdə X10 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi xx.xx.2021-ci il tarixli, 2V-112 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə X8 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsi 4Ə-477 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021 -ci il tarixdı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.Sorğunuzla əlaqədar olaraq bildiririk ki, sənəd surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər.” İş materiallarına əlavə edilmiş Xəzər rayon Şüvəlan Bələdiyyəsinin məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü ildə verilmiş 25 nömrəli Hacıbaba oğluna ayrılmış torpaq sahəsinin sənədləri, təqdim edilmiş torpaq sahəsinin sxemi və baş plandan çıxarışın həmin torpaq sahəsinə aid olub-olmaması haqqında bələdiyyədə mövcud olan arxiv içərisində vətəndaş İddiaçı adına heç bir arxiv sənədi aşkarlanmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/3041 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 631 saylı müqavilə və müqavilənin əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən 631 saylı müqavilə əsasında ayrılmış 249/667 saylı bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır, lakin Cavabdeh1 adına 29 mart 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinin yerləşmə koordinatları qeyd edilməklə yerində faktiki vəziyyəti müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Cavabdeh1 adına 29 mart 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinin istifadə olunan faktiki sahəsi 1502 kv.metrdir və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsinin istifadə olunan faktiki sahəsi 952 kv.metrdir və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsi ilə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinin qonşu sərhədinə bitişik sahə cavabdeh tərəfindən zəbt edilməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 631 saylı müqavilə və müqavilənin əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edlmədiyindən 631 saylı müqavilə əsasında ayrılmış 249/667 saylı bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə yerləşən 631 saylı müqavilə əsasında ayrılmış 249/667 saylı bağ sahəsi ilə Cavabdeh1 adına 29 mart 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinin ayrı-ayrı sahələr olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bağlar Təsərrüfatı İdarəsi ilə X19 arasında bağlanmış xx.xx.1987-ci il tarixli 631 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi X7 icarəsinə verilmişdir. Sonradan həmin bağ sahəsi müvafiq olaraq 0,12 ha və 0,12 ha olmaqla X7 və X5 adına özəlləşdirilərək onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin bağ sahələri müvafiq olaraq X15 və X16 qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Həmin bağ sahələrinə dair iş üzrə Cavabdeh1 ilə alqı-satqı müqavilələri bağlanılmaqla, hal-hazırda cavabdehin mülkiyyətindədir. İddiaçı tələbini cavabdehə məxsus bağ sahəsini ona məxsus bağ sahəsinə gediş-gəliş yolunu bağlaması ilə əsaslandırsa da, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə keçirilmiş ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi halı isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona məxsus bağ sahəsinə gediş-gəliş yolunu zəbt etməsi halının təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, eyni zamanda da ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi halının müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının bu barədə bildirdikləri işin hallarına uyğun deyildir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki tələbi Cavabdeh1 qarşı yönəltsə də, işin müəyyən edilmiş hallarından da göründüyü kimi bağ sahəsinə dair mübahisəli müqavilə Bağlar Təsərrüfatı İdarəsi ilə X19 arasında bağlansa da, iddiaçı hazırki tələbi həmin müqavilənin etibarsızlığı ilə bağlı tələbə cavab verməli olmayan şəxs olaraq hazırki iş üzrə Cavabdeh1 yönəltmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 50,0 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbi əsassızdır. Məhkəmə həmçinin iddianın mübahisəli bağ sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Ona görə ki, verilmiş çıxarış törəmə hüquq münasibəti olub, bağ sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsindən törənmişdir. Alqı-satqı müqaviləsinin ləv edilməsinə dair iddia tələbi rədd edilməli olduğundan, iddianın mübahisəli bağ sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsi də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız sayılması və çıxarış qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə– keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X19 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 249/667 saylı bağ sahəsinin yerdə qalan 0,12 ha hissəsinə dair bağlanmış 631 saylı müqavilənin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 249/667 saylı bağ sahəsinə dair (0.12 hektar hissəsinə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********42 nömrəli, 29 mart 2021-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 29 mart 2021-ci il tarixli çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin) ləğv edilməsi barəsində iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar