Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1016/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi ilə, İddiaçının nümayəndəsi İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi, aktdan irəli gələn 820,80 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 820,80 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Yuxarıda qeyd olunan ünvanda yeni tikilmiş fərdi yaşayış evini təbii qaz ilə təchiz etmək üçün Cavabdeh Xəzər rayon şöbəsinə bir neçə dəfə müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixdə birliyin əməkdaşları küçədəki qaz xəttindən — mənzilə gedən qaz xəttini çəkmiş, lakin qaz sayğacını quraşdırmamışlar. Novruz bayramı ərəfəsi olduğu səbəbindən yeni tikilmiş fərdi yaşayış evində quraşdırılmış istilik sisteminin yoxlanılması zərurəti yarandığından əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşından tezliklə qaz sayğacının quraşdırılması xahiş olunmuşdur. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşı bayramdan sonra qaz sayğacının quraşdırılacağını söz vermiş, lakin kombi sisteminin yoxlanılması üçün müvəqqəti olaraq sayğacdan kənar qazdan istifadə edilməsinə də şifahi razılıq alınmışdır. Bu səbəbdən qaz xəttindən qaz sayğacının birləşməli olduğu xətti rezin boru ilə birləşdirilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, cəmi 8 gün sayğacdan kənar təbii qazdan istifadə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı Regional Qazın Satışı Deportamentinin Xidmət - 2 qrupunun üzvlərinin keçirdiyi yoxlama zamanı küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttinin rezin boru ilə birləşməsi faktı aşkar edilmiş və rezin boru ləğv edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən, Xəzər rayonu, Buzovna qəsəbəsi, Leyla Bədirbəyli küçəsi, Yeni Massiv ünvanına ZENNER G4T MEXANİKİ tipli, **********0 saylı sayğac quraşdırılmış, 10225416 saylı plomb vurulmuş, **********00155 saylı abonent kodu verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt həmin günü təqdim edilməmişdir. Bundan əlavə Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə heç bir müqavilə bağlanmamışdır. xx.xx.2020-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” ******* saylı akt tərtib olunmuş, aktda abonentin qeydiyyatının yeni olması qeyd edilmiş və həmin akt abonentin nümayəndəsinə təqdim edilmişdir. Yeni quraşdırılmış qaz sayğacı və qaz xətti küçədə yerləşdiyindən ona edilmiş müdaxilə (əgər belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) iddiaçı tərəfindən edilməsi belə aşkarlanmamışdır. Bildirir ki, iddiaçı tərəfindən qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğacdankənar qeyri-qanuni qaz xəttinə müvəqqəti qoşulma razılaşdırma əsasında baş tutmuşdur. Hal-hazırki iş üzrə yaranmış mübahisə abonentin mənzilinə qaz sayğacının vaxtında quraşdırılmaması olmuşdur. Cavabdehin səhlənkarlığı nəticəsində abonent məcburiyyət qarşısında müvəqqəti olaraq qaz xəttinə sayğac quraşdırılmadan qoşulmuşdur. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 12:43-də çəkilmiş foto-şəkildə artıq rezin boru ləğv edilmişdir, lakin rezin boru vasitəsi ilə istifadə olunan xəttin nə vaxt aşkar edildiyi və foto-şəkilinin nə vaxt çəkildiyi təqdim edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 14:47-də çəkilmiş foto-şəkildə artıq qaz sayğacının quraşdırıldığını və qaz sərfiyyatının 00046 m3 olması öz əksini tapmışdır. Lakin, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* saylı aktda sayğacda olan ilkin göstərici 00691 m3 qeyd edilmişdir. Cavabdehin daha bir saxtakarlığı xx.xx.2020-ci il tarixdə “dəymiş ziyanın hesablanması və ödənilməsi" barədə tərtib edilmiş ******* saylı aktda öz əksini tapmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə birliyin əməkdaşları küçədəki qaz xəttindən mənzilə gedən qaz xəttini çəkmiş, lakin qaz sayğacını quraşdırmamışlar. xx.xx.2020-ci İİ tarixdə isə Bakı Regional Qazın Satışı Departamentinin Xidmət qrupunun üzvlərinin keçirdiyi yoxlama zamanı küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttinin rezin boru ilə birləşməsi faktı aşkar edilmiş və rezin boru ləğv edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən həmin ünvana ZENNER G4T mexaniki tipli, **********0 saylı sayğac quraşdırılmışdır. Lakin, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* saylı aktda 3 ay müddətini tətbiq etməklə, yaz fəslini nəzərə almadan 8208 m3 dəymiş ziyan hesablanmışdır. Abonentin saldosunda 2021-ci il üçün həmin dövrdə edilmiş sərfiyyat öz əksini tapmışdır. Cavabdeh "Azəriqaz" İB abonenti qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparmadan şişirdilmiş rəqəm yazmışdır. Beləliklə, 01 fevral 2022-ci il tarixdə abonentin saldosunu aldıqda ona məlum olmuşdur ki, təbii qazın iİtirilməsinə görə, əsassız olaraq iddiaçının hesab koduna 1032,80 manat borc yazılmışdır. Ümumi sərfiyyat 3601 m3 olduğu halda, 485.0 manat ödəniş olmuşdur. Son illərdə cavabdeh Azəriqaz İB üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq abonentlərin kənar xətdən istifadə etməyi üçün şəralt yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma barədə tərtib edilmiş qeyri-qanuni aktın ləğvini tələb edir. Belə olan halda hazırkı iddia tələbinin əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin birlikdə götürülmüş 1092 (əsassız varlanma) maddəsi təşkil edir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, həmin akt birtərəfli qaydada tərtib edilmiş və iddiaçı həmin aktı imzalamamışdır. İddiaçı tərəfindən imzalanmamış həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar təqdim edilmədiyi səbəbindən cavabdehin aktı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində də qeyd edildiyi kimi xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, cəmi 8 gün sayğacdan kənar təbii qazdan istifadə olunmuşdur. Qeyd edilən ünvanda akt tərtib edilən vaxtı yaşayış olmamışdır. Həmin mənzildə istilik sistemi (kombi) çəkildiyindən, lakin cavabdeh təşkilata dəfələrlə edilmiş müraciətlərə baxmadan evə təbii qazın verilməsi təmin olunmadığından, həmin istilik sisteminin işləyib-işləmədiyini yoxlamaq üçün 8 gün sayğacdan kənar təbii qazdan istifadə olunmuşdur. Lakin, ondan sonra heç vaxt qaz xəttinə müdaxilə etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 2020-ci ildə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyinə görə Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akt üzrə iddiaçının borcu 820,80 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə qonşudur. İddiaçıya məxsus yeni tikilmiş evdə təmir işləri aparılan zaman iddiaçının oğlu Eltəkin ora tez-tez gəlirdi. Lakin iddiaçı 2020-ci ildə orada yaşamamışdır. İddiaçı tərəfindən müraciət edilməsinə baxmayaraq, iddiaçının evinə təbii qazdan istifadə edilməsi üçün sayğac qoyulmadığından və yeni çəkilmiş istilik siteminin necə işlədiyini yoxlamaq məqsədilə sayğacdan kənar təbii qazdan bir həftə ərzində istifadə olunmuşdur. Daha sonra cavabdeh tərəfindən qeyri-qanuni qoşulma aşkar edilmiş, kənar xətt kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 digər şahid X4 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” aktın surətindən görünür ki, ünvan 3 ünvanına ZENNER G4T MEXANİKİ tipli, **********0 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. Odur ki, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00155 sayla qeydiyyata alınmış abonent koduna 820,80 manat qaz sərfiyyatına görə borcu vardır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, iddiaçıya akt əsasında 820,80 manat məbləğində borc hesablanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, cəmi 8 gün sayğacdan kənar qaz xəttindən istifadə etdiyini bildirir. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən 820,80 manat ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Eyni zamanda məhkəmə araşdırılması zamanı iddiaçının abonent hesabına 2020-ci ilin may ayında hesablanmış 820,80 manat borcun nədən ibarət olması, hansı səbəbdən iddiaçıdan tələb olunması barədə sübutlar məhkəməyə təqdim edilməməklə həmin borcun əsaslı olaraq iddiaçıdan tələb edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş aktda iddiaçı tərəfindən cavabdehə 820,80 manat dəyərində ziyanın dəyməsi qeyd olunsa da, dəymiş ziyanın qeyd olunan məbləğdə olmasına dair cavabdeh tərəfindən sübutlar məhkəməyə təqdim edilmədi. İddiaçı məhkəmə iclasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, cəmi 8 gün müddətində sayğacdan kənar təbii qazdan istifadə etməsini etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən qəbul edildiyindən, məhkəmə hesab edir ki, sayğacdan kənar təbii qazdan istifadə olunmuş günlərin sayına görə cavabdehə dəymiş ziyanın məbləği akt üzrə hesablanmış dəymiş ziyanın məbləğindən çıxılmalı, qalan borc iddiaçının abonent hesabından silinməlidir. Belə ki, cavabdeh tərəfindən tərtib olunmuş aktda dəymiş ziyanın məbləği 90 gün üçün hesablanmışdır. Həmin cədvələ əsasən hesablama apardıqda 8 gün müddətində sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində 72,96 manat (1,2x24x8=230,4 m3; 2,6x24x8=499,2 m3; 230,4+499,2=729,6 m3 ; 729,6x0,10=72,96 manat) məbləğində cavabdehə ziyan dəyməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2020-ci ilin may ayında iddiaçının abonent hesabına (abonent kodu **********00155) hesablanmış 747,84 (820,80- 72,96=747,84 manat) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00155) hesablanmış 747,84 (yeddi yüz qırx yeddi manat səksən dörd qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30,0 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(003)-1016/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1016/2022
30.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver