Məhkəmə qərarları › İş №2(003)-1030/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1030/2025

30.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1030/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı, X16, X7, X17, X27, Nümayəndə, X13, X41, X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı, X16, X7, X17, X27, Nümayəndə, X13, X41, X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evi və torpaq sahəsinə dair əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasa vərəsəlik hüququnun tanınması və miras əmlakda payının tam hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X16, X7, X17, X27, Nümayəndə, X13, X41, X21 iş üzrə maraqlı şəxslər qismində cəlb edilmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirərək xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evi və torpaq sahəsinə dair əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10 onun anasıdır. Anasından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarış əsasında ona məxsus olmuşdur. O, daimi olaraq anası ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ sahəsində yaşamış və hazırda da yaşayır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – X7, X16 onun bacıları, digər üçüncü şəxs X17 vəfat etmiş bacısı X11 əridir. Sonuncu xx.xx.2017-ci il tarixdə etmişdir. Cavabdeh Bakı şəhəri 7 saylı Notariat Ofisinə miras əmlaka dair vərəsəlik hüququ şəhadətnamənin verilməsi üçün müraciət etsəm də, cavabdeh əsassız olaraq xx.xx.2024-cü il tarixdə bundan imtina edərək qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxılmasını bildirmişdir. Həmçinin faktiki qəbulu təsdiq edən sənədlər təqdim edilmədiyi, vərəsələr arasında ixtilafların olduğunu bildirmişdir. Bundan başqa miras əmlakdan vərəsəyə çatası payları müəyyən etmək üçün məhkəməyə müraciət edilməsini tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, həmin əmlak 2014-cü il tarixdə anasının adına qeydiyyata alınmışdır. Eyni zamanda qeyd etmişdir ki, doğulandan, yəni 1973-cü il tarixdən hazırki müddətədək həmin ünvanda yaşayır. Hazırda onunla birlikdə qızı da həmin ünvanda yaşayır. Həmin ünvanda onlardan başqa X41 və X21 da yaşayırmış. X22 hazırda ərdədir. Təxminən 9-10 il olar ki, X22 ərə gedib. Lakin digər şəxs yəni, X41 hazırda həmin ünvanda anası X12 ilə birlikdə yaşayır. Lakin Zülfiyyə köçüb getmişdir. Hazırda həmin ünvanda faktiki olaraq 3 nəfər o, Əli və Züleyxa yaşayır. İddiaçı həmçinin bildirdi ki, qızı da ərdə olduğu üçün hazırda həmin ünvanda yaşamır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 bildirdi ki, o, iddiaçının bacısıdır. İddiaçı həmin ünvanda doğulduğu andan yaşayır. Lakin o isə 1993-cü ildən gəlin köçdüyü üçün həmin ünvanda faktiki olaraq yaşamır. Hazırda həmin ünvanda, yəni ünvan 2aq 3 nəfər, yəni Esmira, Əli və Əlinin anası Züleyxa yaşayır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 bildirdi ki, o, iddiaçının bacısıdır. İddiaçı həmin ünvanda doğulduğu andan yaşayır. Lakin o isə 1982-ci ildən gəlin köçdüyü üçün həmin ünvanda faktiki olaraq yaşamır. Hazırda həmin ünvanda, yəni ünvan 2aq 3 nəfər, yəni Esmira, Əli və Əlinin anası Züleyxa yaşayır. Məhkəmə iclasında iştirak edən Şahid bildirdi ki, o iddiaçının qonşusudur. O, 1973cü ildən Esmiragilin qonşuluğuna gəlin köçmüşdür. Qeyd edir ki, hazırda həmin ünvanda, yəni ünvan 3 Əlinin anası Züleyxa və bacısı Zülfiyyə həmin ünvanda yaşayır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, həmin şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontor məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məktub ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün şəxslərin izahatını və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE 08630354 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 14264669 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 06649595 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 07942748 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AA2965976 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE 19138832 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X27 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildiriş xəbərdarlıq qəbzlərindən görünür ki, sözügedən ünvan üzrə GCZ0088663 saylı qaz sayğacı İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli bildiriş xəbərdarlıq qəbzlərindən görünür ki, sözügedən ünvan üzrə A030819539M68106 saylı işıq sayğacı Gözəl Mirzəyevanın adına qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışdan görünür ki, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ sahəsi ünvanı xx.xx.2014-cü il tarixdə **********76-11301 reyestr nömrəsi ilə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 404 saylı məktubdan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığından və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmadığından, eyni zamanda miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 668487 saylı, xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə ağciyər çatışmazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 82 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbə nümayəndəliyi tərəfindən verilmiş İİİ-ЖГ № 417643 saylı, xx.xx.1988-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 3 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan İİE № 249413 saylı, xx.xx.1956-cı il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Gözəl Ağamoğlan qızı ilə xx.xx.1956-cı il tarixdə Maştağa rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2319 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 888996 saylı, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2017-ci il tarixdə durğunluq ürək çatışmazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 519 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Lenin Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş АЗ № 329794 saylı, xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X35 və X10 olan X24 xx.xx.1963-cü il tarixdə Bakı şəhəri, Lenin rayonu, Buzovna qəsəbəsində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə 38 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş XİX-ЖГ № 333240 saylı, xx.xx.1995-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 377 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş XVİİİ-ЖГ № 463245 saylı, xx.xx.1994-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1994-cü il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 438 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İİ-ЖГ № 458464 saylı, xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 177 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan İİİ-ЖГ № 257155 saylı, xx.xx.1982-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sevda Qubad qızı ilə xx.xx.1982-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 279 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan İİ-ИЕ № 093080 saylı, xx.xx.1960-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1960-cı il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 363 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan İİİ- ЖГ № 463149 saylı, xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1975-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 211 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan XVİ- ЖГ № 274466 saylı, xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü il tarixdə 07 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 2318 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evində qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-12-5/2-183/2025 saylı məktubdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evində qeydiyyatsız yaşayır. Məhkəmə iclasında müəyyən olundu ki, miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ sahəsi ünvanı RX seriyalı ******* saylı çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə **********76-11301 reyestr nömrəsi ilə X4 adına qeydiyyata alınmışdır. X10 xx.xx.2014-cü il tarixdə, onun həyat yoldaşı X35 xx.xx.1988-ci il tarixdə ölmüşdür. İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət etsə də, lakin Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən müəyyən edilmiş müddət keçdiyindən, şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi müddətinin buraxılmasının üzrlü sayılması, buraxılmış müddətin bərpa edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən notariusun imtinasının əsassız sayılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1248.1-ci maddəsinin tələbinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Beləliklə, İddiaçı vərəsə statusunun notariat qaydasında rəsmiləşdirilməsinin müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəbdir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ sahəsində yaşaması, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi faktı həm mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatı, həm şahidin ifadəsi, eləcə də təqdim edilmiş müvafiq sənədlər (yaşayış yeri haqqında arayış, bildiriş xəbərdarlıq qəbzləri) ilə təsdiq edilir. Məhkəmə, göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri 07 saylı Notariat Ofisinin notariusunun İddiaçıa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xx.xx.2024-cü il tarixli 404 saylı imtinası əsassız sayılmalı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ sahəsindən ibarət mirasın qəbul edilməsi müddətinin buraxılması üzrlü sayılmaqla buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Bakı şəhəri 07 saylı Notariat Ofisinin xüsusi notariusunun İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xx.xx.2024-cü il tarixli 404 saylı imtinası əsassız sayılsın. İddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ sahəsindən ibarət mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü hesab edilərək həmin müddət bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar