Məhkəmə qərarları › İş №2(003)-1035/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1035/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1035/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X1 və İstismarı Birliyinin 22 fevral 1999-cu il tarixli 22243 saylı müqaviləsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 20 saylı evdə öz ailə üzvləri ilə birlikdə yaşayır. 22 fevral 1999-cu il tarixdə Bakı şəhəri X1 və İstismarı Birliyi tərəfindən 22243 saylı bağ icarə müqaviləsinə əsasən 0,12 ha torpaq sahəsi ayrılmaqla onun istifadəsinə verilmişdir. Həmin toqpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Ryestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət etmişdir. Sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, onun adına olan Bağlar Təsərrüfatı tərəfindən verilən müqavilədə adı “Şahətdin”, soyadı “Əliyev”, atasının adı isə “Sərdar” oğlu kimi qeydə alınmış, lakin digər sənədlərdə adı, soyadı, atasının adı “Ərizəçi” kimi qeyd edilmişdir. Bu səbəbdən də torpağı sənədləşdirməklə onun adına sənədin verilməsi mümkün deyil. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri X1 və İstismarı Birliyi tərəfindən verilmiş 22243 saylı müqavilənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan sənədin əsasında onun atasına verilmiş torpaq sahəsi atasının faktiki istifadəsindədir. Həmin torpaq sahəsində ev tikilməklə ərizəçi hal-hazırda həmin evdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 18*.*-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçinin qızıdır. Atasının adı Ərizəçidur. Qeyd olunan sənəddə atasının adı səhvə yol verilərək, müxtəlif cür yazılmışdır. Belə ki, Bakı şəhəri X1 və İstismarı Birliyinin 22 fevral 1999-cu il tarixli 22243 saylı müqaviləsində “X*” kimi yazılmışdır. Bu səhvlərə görə atası sənədləşmə işləri apara bilmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 30*.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respubliası Əmlak X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən “780v” saylı torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə tərəflərindən baxılmış, müraciətlə əlaqədar olaraq bildirirlər ki, təqdim edilən torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.1999-cu il tarixli, 22243 nömrəli müqavilədə hüquq sahibinin adı “Şahətdin” qeyd edilsə də, etibarnamədə “Şaitdin” qeyd olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi atası X12, anası X2r. İş materiallarında olan bağın icarəyə verilməsi haqqında 22 fevral 1999-cu il tarixli, 22243 №-li müqavilənin surətindən görünür ki, Şüvəlan qəsəbəsində 0,12 ha torpaq sahəsi ayrılmaqla X3 istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki işin materiallarından görünür ki, qeyd edilən faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malkidir, lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri X1 və İstismarı Birliyinin 22 fevral 1999-cu il tarixli 22243 saylı müqaviləsinin Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Bakı şəhəri X1 və İstismarı Birliyinin 22 fevral 1999-cu il tarixli 22243 saylı müqaviləsində ərizəçinin adının səhvən “Şahətdin” kimi göstərilməsi və həmin müqavilənin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin ona verilmiş bağ sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata ala bilməsinə dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri X1 və İstismarı Birliyi tərəfindən verilmiş 22243 saylı müqavilənin xx.xx.1947-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 30*, 307, 3*8, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri X1 və İstismarı Birliyi tərəfindən verilmiş 22243 saylı müqavilənin Ərizəçi məxsus olması fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar