Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1039/2024 23.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona Maraqlı şəxs 20 avqust 1999-cu il tarixli, 096 №-li sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna tərəvəzçilik-südçülük sovxozunda fərdi mənzil tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X1 olan sənəddə yanlışlığa yol verilməsinin, soyadının “Sadıqova” əvəzinə “Sadıxova”, atasının adının isə “Sadıq” əvəzinə “Sadıx” qeyd edilməli olmasının, həmin sənədin ona, Ərizəçi məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Ona Maraqlı şəxs 20 avqust 1999-cu il tarixli, 096 №-li sərəncamı əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna tərəvəzçilik-südçülük sovxozunda fərdi mənzili tikintisi üçün 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə\ aid olan arxiv sənədində onun soyadı Sadıqova, adı Dürdanə, atasının adı isə Sadıq kimi qeyd edilmişdir. Lakin ona məxsus şəxsiyyət vəsiqəsində onun soyadı Sadıxova, adı Dürdanə, atasının adı isə Sadıx kimi qeyd edilmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna tərəvəzçilik-südçülük sovxozunda fərdi mənzil tikintisi üçün ayrılmış 0,10 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidntinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 3 iyun 2003-cü il tarixli əmrinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin X1 qeyd olunmuş X2 məxsus sənədlərin Ərizəçi məxsus olması ilə bağlı ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin faktın müəyyən edilməsinin ona mirasın qəbulu üçün lazım olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları Ərizəçi 0,10 hektar torpaq sahəsinin ayrılması haqqında Maraqlı şəxs 20 avqust 1999-cu il tarixli sərəncamının və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Tərəvəzçilik-südçülük sovxozunun 30 nömrəli, 03 iyun 2003-cü il tarixli əmrinin Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi 0,10 hektar torpaq sahəsinin ayrılması haqqında Maraqlı şəxs 20 avqust 1999-cu il tarixli sərəncamının və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Tərəvəzçilik-südçülük sovxozunun 30 nömrəli, 03 iyun 2003-cü il tarixli əmrinin xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 0,10 hektar torpaq sahəsinin ayrılması haqqında Maraqlı şəxs 20 avqust 1999-cu il tarixli sərəncamının və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Tərəvəzçilik-südçülük sovxozunun 30 nömrəli, 03 iyun 2003-cü il tarixli əmrinin xx.xx.1954cü il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1039/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1039/2024
23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver