Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1084/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona (abonent kodu: **********00040) əsassız hesablanmış 15997.68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək borc hesablanmışdır. Qeyd edir ki, sözügedən aktlardan heç bir xəbəri olmamış və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında mərhum atası X8 barəsində 15997.68 manat məbləğində qaz borcu hesablanmışdır. Bildirir ki, atası X8 1992-ci ildə vəfat etmiş və o vaxtdan o, öz ailəsi ilə birlikdə yaşayır. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı, heç vaxt belə bir niyyəti olmamışdır. Məlumat üçün bildirir ki, qaz sayğacını 2020-ci ildə apararaq yenidən 2024-cü ildə geri quraşdırmışlar və bu müddət ərzində bu qədər qaz borcu hesablanmışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında bildirdi ki, 2021-ci ilin sonlarında qaz xəttini öz hesabına çəkmişlər. Onların ünvanında sayğac olmayımış, buna kimi qış aylarından sayğacdan kənar qaz xəttindən istifadə etmişlər. Buna baxmayaraq onların ünvanında sayğac olmaya-olmaya onlara borc yazılmışdır. Ona kimi qaz balonundan istifadə etmişlər. Onlara məxsus olan sayğac ünvanlarından sökülərək başqa yerə istifadə edilmişdir. Ünvana onun atasına məxsusdur. Orada isə hazırda əmisi oğlu, öz ailəsi ilə birlikdə yaşayır. Həmçinin bildirdi ki, barəsində inzibati tənbeh tədbiri tədbiq edilmiş X4 əmisinin arvadıdır. İş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı izahatında bildirmişdir ki, 2019-2021-ci illərdə qış aylarında qazdan istifadə etmişlər. Sonra sayğacı söküb aparmışlar. Bundan sonra qazdan istifadə etməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək iddiaçının ünvanında təbii qazdan qeyri-qanuni xəttdən istifadə edilmiş və buna görə aktlar tərtib edilmişdir. Buna sübutda həmin ünvanda X3 barəsində Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ******* saylı “İnzibati tənbeh vermək haqqında” qərarıdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, atası X8, anası X2r. -ölüm haqqında şəhadətnamənin surətindən X8 xx.xx.1992-ci ildə ölmüşdür. -İddiaçı Cavabdeh İB-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, bu məktubda sayğacın aparıldığı, yeri qaytarılmadığı bildirilmiş və sayğacın geri qaytarılması xahiş olunmuşdur. -Bakı Regional qazın satışı Departamentinin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi, ev 2 ünvanında, **********00040 nömrəli abonent kodlu abonentin 125 manat debitor borcunun mövcud olduğu və G-4 markalı ******* nömrəli qaz sayğacının dəyəri və mövcud olan 125 manat debitor borcu ödənildiyi təqdirdə yaşayış evində qaz sayğacının quraşdırılması məsələsinə baxıla bilməsi bildirilmişdir. - xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi halı müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında **********00040 nömrəli abonent kodu olan istehlakçı tərəfindən vurulmuş ziyanın həcmi 8856 m3 (8856 m3 x 0,10 manat = 885,60 manat) həcmində hesablanmışdır. - xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi halı müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında **********00040 nömrəli abonent kodu olan istehlakçı tərəfindən vurulmuş ziyanın həcmi 5400 m3 (5400 m3 x 0,12 manat = 648 manat) həcmində hesablanmışdır. - xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi halı müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında **********00040 nömrəli abonent kodu olan istehlakçı tərəfindən vurulmuş ziyanın həcmi 5400 m3 (5400 m3 x 0,12 manat = 648 manat) həcmində hesablanmışdır. -xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi halı müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında **********00040 nömrəli abonent kodu olan istehlakçı tərəfindən vurulmuş ziyanın həcmi 16740 m3 (16740 m3 x 0,12 manat 2008,8 manat) həcmində hesablanmışdır. -**********00040 nömrəli abonent kodlu abonent Babayev Rahibin adına olan saldosundan görünür ki, abonentə ümumilikdə 16137,68 manat məbləğində borc hesablanmışdır. Həmin abonent saldosundan görünür ki, 2013-cü ilədək qazdan istifadəyə görə ödənilməmiş borca görə 125 manat məbləğində borc hesablanmışdır. Həmçinin həmin abonent saldosundan və iş materiallarında olan aktlardan görünür ki, aktlar əsasında 2022-ci ilin iyul ayında 2427,84 manat, oktyabr ayında 1088,64 manat, noyabr ayında 734,40 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 734,40 manat, mart ayında 734,40 manat, aprel ayında 734,40 manat, iyun ayında 734,40 manat, avqust ayında 362,88 manat, sentyabr ayında 181,44 manat, oktyabr ayında 246,24 manat, noyabr ayında 274,32 manat, dekabr ayında 306,72 manat, 2024-cü ilin yanvar ayında 306,72 manat, fevral ayında 306,72 manat, aprel ayında 488,16 manat, may ayında 181,44 manat məbləğində ümumilikdə 11303,28 manat məbləğində borc hesablanmışdır. -Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının rəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokola əsasən müəyyən edilmişdir. X4 tərəfindən yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi, ev 2, mənzil 4 ünvanında sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qoşularaq 274,10 manat məbləğində təbii qazın talanması, xx.xx.2024-cü il tarixində aşkar olunmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. (2022-ci ilin may ayından qüvvədə olan) bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1 (2022-ci ilin may ayından qüvvədə olan) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4-cü bəndinə əsasən qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk olaraq iddia tələbinə daxil olan 2022-ci ilin iyul, oktyabr, noyabr, dekabr aylarında, 2023-cü ilin yanvar, fevral, mart, aprel, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 2024-cü ilin yanvar, fevral, aprel, may aylarında tərtib edilmiş aktlar əsasında iddiaçıya məxsus ünvanın abonent hesabına hesablanmış məbləğlərə münasibətdə qeyd edir ki, həmin aylarda aktlar əsasında iddiaçıya məxsus ünvanın abonent hesabına dəymiş ziyanların (pul məbləğlərinin) hesablanması əsassız olmuşdur. Belə ki, yuxarıda sadalanan 2022-ci ilin may ayından qüvvədə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun maddələrindən görünür ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt lar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir. Göstərilən qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinə daxil olan 2022-ci ilin iyul, oktyabr, noyabr, dekabr aylarında, 2023-cü ilin yanvar, fevral, mart, aprel, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 2024-cü ilin yanvar, fevral, aprel, may aylarında tərtib edilmiş aktlar əsasında iddiaçıya məxsus ünvanın abonent hesabına hesablanmış cəmi təşkil edən 11303,28 manat məbləğində borc silinməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçıya məxsus ünvanın abonent hesabına 2021-ci ilin oktyabr ayında akt əsasında hesablanmış 504 manat məbləğində olan borcda silinməlidir. Belə ki, həmin borc akt əsasında hesablanmasına və bu akt cavabdeh tərəfindən tərtib edildiyindən onun əsasında mövcud olmuş halları sübut etmək cavabdehin üzərinə düşməsinə baxmayaraq, nə aktın özü məhkəməyə təqdim edilmiş, nə həmin akt əsasında 504,0 manat məbləğində borcun hesablanmasının əsaslı olması məhkəmədə sübut olunmamışdır. Məhkəmə, iddia tələbinə daxil olan 2021-ci ilin sentyabr ayında (885,60 manat), noyabr ayında (648) manat, dekabr ayında (648) manat və 2022-ci ilin mart ayında (2008,80 manat) tərtib edilmiş akt əsasında hesablanmış borcların silinməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, işin araşdırılmış hallarından (iddiaçının məhkəmə iclaslarında verdiyi izahatından və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən) görünür ki, iddiaçıya məxsus ünvanda 2021-ci ilin sentyabr, noyabr, dekabr aylarında və 2022-ci ilin mart ayında təbii qazdan qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə edilmişdir. Lakin bu zaman məhkəmə hesab edir ki, iddiaçıya məxsus ünvanda qanunsuz qaz xəttindən istifadəyə görə aktlar əsasında dəymiş ziyanla bağlı hesablama aparılarkən aktlar üzrə orta günlük iş rejimi 24 saat olmaqla, 90 günə görə (2 akt üzrə) hesablanmalar aparılmışdır. Eyni zamanda qeyd olunan qaz avadanlıqları üzrə hesablama aparılarkən yay-qış vaxtları nəzərə alınmamaqla hesablamalar aparılmışdır. İş materiallarında olan aktlardan görünür ki, həmin aktların 1- yay aylarında təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadəyə görə, 3-ü isə isə qış aylarında istifadəyə görə hesablanmışdır. Bundan başqa qeyd olunan ünvanda zərər hesablanarkə aktların 2-si üzrə 30 günə görə hesablansada dıgər iki akt üzrıə müvafiq olaraq 90 günə görə hesablanma aparılmışdır. Məhkəmə bir aya görə itirilmiş təbii qazın hesablanması qaydasını araşdıraraq hesab edir ki, dəymiş ziyan hesablanarkən istehlakçıya məxsus evdə yay aylarında 1 ədəd PQ-4 və QSSQ-dən, qış aylarında isə əlavə olaraq iran sobasından və dəmir sobadan istifadə olunduğu nəzərə alınmalı, yay ayları üçün PQ-4 qaz üçün və QSSQ üçün orta günlük iş rejmi 12 saat, qış ayları üçün PQ-4 qaz üçün və QSSQ üçün orta günlük iş rejmi 12 saat, iran sobası və dmir soba üçün (qış ayları) 24 saat müyyən edilməklə 30 günə görə dəymiş ziyan hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yay aylarında itirilmiş təbii qazın dəyərinin 1 akt üzrə bir ədəd PQ-4 qaz sobası və QSSQ-ə görə 972 kub metr (1.2x12x30=432, 1.5x12x30=540), qış aylarında itirilmiş təbii qazın dəyərinin 3 akt üzrə bir ədəd PQ-4 qaz sobası, QSSQ-ə, dəmir sobaya və iran sobasına görə 3060 kub metr (1.2x12x30=432 kub.m, 1.5x12x30=540 kub.m,1.4x24x30=1008 kub.m,1.5x24x30=1080 kub.m,) olmaqla hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, araşdırılan yay ayları üçün tərtib olunmuş 1 akt üzrə 97,2 (972 kub.m x0.10 (2021-ci ilin sentyabr ayı üçün) manat, qış ayları üçün tərtib olunmuş 3 aktın hər biri üzrə 1101,6 (3060 kub.m x 0.12) manat hesablanmaqla, cəmi 1198,8 (97,2 manat + 1101,6 manat) məbləğində borcun hesablanması ədalətli və ağlabatandır. Bu səbəbdən məhkəmə hesab edir ki, 2021-ci ilin sentyabr, noyabr, dekabr aylarında və 2022-ci ilin mart ayında qeyri-qanuni xətt vasitəsilə qazdan istifadəyə görə hesablanmış cəmi 4190,4 manat borcun hesablanması əsaslı deyil. Lakin bu borcun 1198,8 manat məbləğində təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 2021-ci ilin sentyabr, noyabr, dekabr aylarında və 2022-ci ilin mart ayında qeyri-qanuni xətt vasitəsilə qazdan istifadəyə görə hesablanmış cəmi 4190,4 manat məbləğində borcun 2991,16 (4694,4 -1198,8) manatı silinməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə müəyyən olunur ki, iddiaçıya məxsus ünvanda istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qaza görə 125 manat məbləğində borc vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə də əsassızdır. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı hesab edilməklə, eyni zamanda iddianın 15997,68 manat məbləğində borcun silinməsi tələbindən ibarət olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məxsus ünvana (abonent kodu: **********00040) hesablanmış borcdan 14673,88 manat (15997,68 manat – 125 manat debitor borc - 1198,8 manat silinməli olmayan məbləğ) məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsaəsn hazırkı iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azaddır. Ona görə də məhkəmə, iddia tələbinin təmin edilməsi hissəsinə mütənasib olaraq hesab edir ki, cavabdehdən 134 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh tərəfindən **********00040 nömrəli abonent hesabına hesablanmış 14673,88 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin cavabdehdən dövlət rüsumuna görə 134 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən **********00040 nömrəli abonent hesabına hesablanmış 14673,88 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 134 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1084/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1084/2025
22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver