Məhkəmə qərarları › İş №2(003)-1107/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1107/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1107/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) – Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət edərək X5 adına olan Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 19/1806 saylı qərarın o, Ərizəçi məxsus olması məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin 19/1806 saylı qərarına əsasən 600 kv.m torpaq sahəsi ayrılmışdır.Ərizəçi xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş və xx.xx.1998-ci il tarixdə X12 ilə rəsmi nikaha girərək rəsmi ailə qurmuşdur. Hal hazırda yuxarıda qeyd edilən torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhri Ərazi İdarəsinə müraciət etmişdir. Orda sənədlərini nəzərdən keçiriərək ona bildirmişlər ki, doğum haqqında şəhadətnamədə adı Səxavət, soyadı Məmmədova atasının adı İslam qızı kimi qeydə alınmış lakin Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin 19/1806 saylı qərarında adı atasının adı və soyadı X3 qeyd edilmişdir. Bundan sonra qeyd edilən qərara Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən düzəliş edilməsi ilə bağlı müraciət etmiş, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən düzəliş edilsə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpağın sənədləşdirməklə Ərizəçi adına verməkdən imtina etmişdir.Ərizəçi o vaxtlar buna əhəmiyyət vermədiyini bildirmiş, X10 adına olan Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin 19/1806 saylı qərarının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. xx.xx.1990cı il tarixdə Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin 19/1806 saylı qərarında torpaq sahəsi bacısı X6 verilmiş lakin qərarda səhvən X2 qeyd edilmişdir. Qərarda qeyd olunan X8 ilə X9 eyni şəxslərdir. Qeyd olunan torpaq sahəsi Binə rayonundadır və ərizəçinin istifadəsindədir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun 20 ildir qonşusudur və onu Ərizəçi kimi tanımışdır. Qeyd olunan torpaq sahəsi Binə rayonundadır və ərizəçinin istifadəsindədir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZ seriyalı, 1085s205 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuş, onun doğum haqqında şəhadətnaməsində adı “Səxavət”, soyadı ”Məmmədova” atasının adı ”İslam” qızı kimi qeyd edilmişdir. İş materiallarında olan nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə ilə X9 arasındakı nikah xx.xx.1998-ci il tarixdə, 88 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin 19/1806 saylı qərarın surətindən görünür ki, “X15” oğlu kimi qeyd edilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətində Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan yerləşmə sxemindən görünür ki, Əzizbəyov rayon XDS İK-nın 19,1806 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Binə qəsəbəsində vətəndaş Əliyeva (Məmmədova) Səxavət İslam qızına ayrılmış 106 nömrəli torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, qeyd olunan torpaq sahəsi Əliyeva (Məmmədova) Səxavət İslam qızına ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başcısının Aparatı tərəfindən Ərizəçi Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 19/1806 saylı qərarın təsdiqlənmiş surəti göndərilmiş və X1 adına olduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubunda Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli 3/52/2-Ə-662-112/2023 nömrəli arxiv arayışında olduğu kimi Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 19/1806 saylı qərarı ilə vətəndaş X5 adına Binə qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bu səbəblə ərizənin icrası mümükün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin atasının adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, “Əliyeva (Məmmədova) Səxavət İslam qızı” kimi göstərilsə də Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 19/1806 saylı qərarında X3 qeyd edilmişdir. Ərizəçinin Adının, atasının adının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız soyadında və oğlu kimi yazılması olması Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 19/1806 saylı qərarın Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Belə ki, ərizəçi nikaha girdiyi 1998-ci il tarixə kimi Məmmədova soyadını daşımış, yalnız bu tarixdən sonra Əliyeva soyadını qəbul etmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş qeyd olunan torpaq ahəsinin yerləşmə sxemindəndən görünür ki, həmin sənəd Əliyeva (Məmmədova) Səxavət İslam qızına verilmişdir. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 19/1806 saylı qərarın Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 19/1806 saylı qərarın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar