Məhkəmə qərarları › İş №2(003)-1114/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1114/2024

28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1114/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 25 saylı notariat ofisi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 25 saylı notariat ofisi göstərilməklə) – Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun və notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubunda hüquq sahibi kimi "X7" qeydinin ölüm haqqında şəhadətnamədə adı qeyd olunan xx.xx.2000-ci il tarixdə vəfat etmiş X1 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 onun atasıdır. 0, xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Atası, o və ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A ünvanında yaşamış, birgə təsərrüfat aparmış, o və ailə üzvləri həmin evdə daimi olaraq yaşayaraq hazırda da pasport qeydiyyatındadırlar. Atasının soyadı, adı, ata adı X3sa da evə dair texniki pasportda ata adında yalnışlıq vardır. Belə ki, atasının ata adı "Mamedoviç" kimi yazılmışdır. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvana dair torpaq sahəsinin və fərdi yaşayış evinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. İdarənin xx.xx.2023-cü il tarixli məktubla bildirmişlər ki, təqdim olunmuş sənədlər arasında mərhumun soyadında uyğunsuzluq vardır. Belə ki, xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"-də hüquq sahibinin adı kimi "X2” qeyd olunsa da xx.xx.2023-cü il tarixli, x/o 561/23 saylı məktubunda hüquq sahibi kimi "X7" göstərilmişdir. Bu səbəbdən ərizəmin icrası mümkün olmamamışdır. Həmçinin tövsiyyə olunmuşdur ki, "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməmdə müvafiq düzəliş ediləcəyi təqdirdə müraciətimə yenidən baxılacaqdır kimi qeyd edilmişdir. Daha sonra o, xx.xx.2023-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"-də müvafiq düzəlişin edilməyi ilə bağlı Bakı şəhəri 25 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 25 saylı notariat ofisinin 09 yanvar 2023-cü il tarixli cavab məktubunda müraciəti təmin edilməsinin mümkün olmadığı, məsələ ilə bağlı hüquqi əhəmiyyət faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunmağı tövsiyyə olunmuşdur. Göstərilən faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda hüquq sahibi kimi “X7” qeydinin ölüm haqqında şəhadətnamədə adı qeyd olunan xx.xx.2000-ci il tarixdə vəfat etmiş X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 25 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır və onunla birlikdə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A ünvanında yerləşən evdə yaşayır. Həmin ev Səfər Məmmədovun atası X1 məxsus olub. Səfər Məmmədovun atasının adı Məmmədzaid olub. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A ünvanında yerləşən ev atasına məxsus olmuş Həmin evdə hal-hazırda qardaşı Ərizəçi yaşayır. Məməmədov Səfər onun atası olmuşdur. Məmmədov Səfərin atasının adı Məmməzaid olub. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ seriyalı, 023460 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 25 saylı notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsə BAKİ, şüVƏLAN QƏS., 8 mart Küç., ev 22A ünvanında qeydiyyatda olan Ərizəçi (ŞV: AZE 0*******; xx.xx.2005, ƏZİZBƏYOV RPİ; FİN: xxxxxxx) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2000-ci il tarixdə vəfat etmiş X7-dən mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyamn miras əmlakına baki, şüvəlan QƏS,, 8 mart küç., ev 22A ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1 -ci və 8-ci, "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq etmiş X7-ə məxsus göstərilən əmlaka Çıxarış verilməsi Sizdən xahiş olunur. İş materiallarında olan Bakı şəhəri 25 saylı notariat ofisinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 2V-329 reyestrlə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə hüquq sahibinin adı “X7” kimi düzəliş olunması ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, Xəzər qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsində mərhumun adı “X2” kimi qeyd olunduğundan müraciətinizin təmin edilməsi mümkün olmamışdır.Məsələ ilə bağlı hüquqi əhəmiyyət faktı müəyyən olunması üçün məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən “X9”-ə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X6 adına XX.05.1969-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin atasının adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə və Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşlarının pasportunda “X2” kimi göstərilsə də Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən “X9”-ə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda “X9” kimi qeyd edilmişdir. Ərizəçinin adının, soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının ata adında olması Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən “X9”-ə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.2000-ci ildə vəfat etmiş X1 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən “X9”-ə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid XX.05.1969-cu il tarixli pasportun xx.xx.2000-ci ildə vəfat etmiş X1 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən “X9”-ə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid XX.05.1969-cu il tarixli pasportun xx.xx.2000-ci ildə vəfat etmiş X1 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar