Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1124/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası – X2 məhdud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun doğma atasıdır. Yusif Süleymanov xx.xx.1949-cu il tarixdə Laçın rayonunun Fərraş kəndində anandan olmuşdur. X8 daim kənar şəxsin qulluğuna və nəzarətinə ehtiyacı var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyası tərəfindən verilən sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan da göründüyü kimi, X5 beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, baş beyinin hər iki hemisferində keçirilmiş işemik insultu davamlı qalıqları diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Qeyd edim ki, hər dəfə xidmət müəssisələrinə müvafiq müraciətlər edərkən məndən rəsmi sənədlər tələb olunur bu hal isə mənə ciddi maneələr yaradır. Hal-hazırda mənim himayəmdədir və məndən başqa ona qulluq edən yoxdur. Bu səbəbdən X1nun məhdud fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat verdi və X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-cı ildə doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan 02/02 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Cəsur”döşərgəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan məlumat vərəqəsindən görünür ki, X5 müddətsiz birinci dərəcəli əlildir (diaqnoz: beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri. Baş beyinin xroniki işemiyası. Arteriyaların cırılması. Baş beyinin hər iki hemisferində keçirilmiş işemik insultu davamlıqalıqları). İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1024 nömrəli rəyində qeyd edilmişdir ki, X4 Keçirilmiş insultdan sonra meydana gələn ağır dərəcəli demensiya müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hal- hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs uzun müddət arterial təzyiq xəstəliyindən əziyyət çəkməsi, təxminən on iki il əvvəl insult keçirməsi, müxtəlif xəstəxanalarda müalicələrdə olması, keçirdiyi insultdan sonra nitqi və hərəki funksiyaları pozulması, getgedə yaddaşında zəifləmələr biruzə verməsi, bununla əlaqədar nevropatoloq nəzarətində olmaqla müalicələr qəbul etməsi, X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Baş beynin hər iki hemisferasında keçirilmiş işemik insultun davamlı qalaıqları, sağ tərəfli hemiparez, yerişin pozulması. Baş beynin xr "işemiyası” diaqnozu ilə adı göstərilən mərkəzdə stasionar müalicədə olması, xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri. Baş beyinin xroniki işemiyası. Arteriyaların cırılması. Baş beyinin hər iki hemisferində keçirilmiş işemik insultu 3-cü davamlıqalıqları” diaqnozu ilə ona müddətsiz 1 qrup əlillik təyin edilməsi, son dövrlərdə aldığı müalicələrə baxmayaraq proqressiv yaddaş zəifliyi davam edir, yuxusu pozulmuş, fikirlərini bildirməkdə çətinlik çəkməsi, çaşqınlıq halları keçirməsi, bəzi hallarda ailə üzvlərini tanımaması, gecələri tez-tez oyanması, daim yataqda olması, hazırda həkimterepevt və nevropatoloqun təyin etdiyi müalicələri qəbul etməsi, həmçinin hal-hazırki müayinə zamanı aşkar edilən ağır ifadəli demensiya əlamətləri və s.) sübut edir. İl Yekun hissəsi: Müki iş materiallarını və ambulator məhkəmə - psixtatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik Ekspertizası qoyulmuş sualıarı aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1949-cu il təvəllüdlü X5 ağıl zəifliyi və ya psixi (ruhi) xəstəlikdən əziyyət çəkirmi? Cavab: X4 Keçirilmiş insultdan sonra meydana gələn ağır dərəcəli demensiya müəyyən edilir. 2-ci sual: xx.xx.1949-cu il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını başa düşürmü və ya öz hərəkətlərinin faktiki xarakterini dərk etməklə onu idarə etmək iqtidarındadırmı? Cavab: X2 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X4 müəyyən edilən Keçirilmiş insultdan sonra meydana gələn ağır dərəcəli demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X5 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X5 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1949-cu il tarixdə Laçın rayonu, Fərraş kəndində doğulmuş X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1124/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1124/2024
13.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver