Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1129/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 885,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında atasın məxsus yaşadığı ünvan 1 ünvanına məxsus qaz sayğacına dair əsassız olaraq ******* saylı 30 mart 2020-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən aktdan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum oldu ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında 295,20 manat məbləğində qaz borcu hesablanmışdır. Lakin bütün bunlara baxmayaraq əvvəlki illərədə əsasssız olaraq borc hesablanmış və ümumilikdə 885,60 manat borc yazılmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı və belə bir niyyəti olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq 885,60 manat məbləğində borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o heç vaxt qaz sayğacına müdaxilə etməmiş və ümumiyyətlə heç həmin mənzildə təbii qazdan istifadə etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən dəfələrlə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə olunmuş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçının abonent hesabına köçürülmüşdür. Hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan iddiaçının abonent hesabından (kod **********00060) görünür ki, abonentə 885,60 manat borc hesablanmışdır. İş materiallarında olan 30.03.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və 30.03.2020-ci il tarixli itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanmış və həmin akta əsasən Cavabdehnə 2952 m3 həcmində qazdan istifadəyə görə zərər hesablanmışdır. İş materiallarında olan yerli baxış kecirilməsi ilə bağlı tərtib edilmiş aktda qeyd edilmişdir ki, yerli baxış zamanı qaz borusunun ana xəttində sayğac müəyyən edilməmiş, borunun qaynaq olunaraq evə qaz xəttinin ləğv olunması müəyyən edilmişdir. Otaqlara baxış zamanı qazla çalışan məişət əşyası, habelə kombi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki işin materiallarından görünür ki, iddiaçıya məxsus evə verilə qaz xəttinə müdaxilə olunmuş və həmin evə sayğacdan kənar qaz xətti çəkilmişdir. Həmin qaz xətt Cavabdeh əməkdaşları tərəfindən aşkar edilərək ləğv edilmiş və itirilmiş qaz sərfinə uyğun olaraq hesabat aparılmaqla akt təritib edilmişdir. Həmçinin məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı sayğacdan kənar xəttdən istifadə edildiyi və sonradan ləğv edilmiş olduğu aşkar edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 885,60 manat borcun silinməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 885,60 manat borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1129/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1129/2021
13.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver