Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-113/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Qaz Şirkəti, “Qaz Kəmərləri” İdarəsinin cavabdeh X4 qarşı “Qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Qaz Şirkəti, “Qaz Kəmərləri” İdarəsi cavabdeh X4 qarşı “Qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin, 3,2ci km-də, 1-ci sırada, kəmərdən təxminən 35 metr aralı məsafədə, kəmərə perpendikulyar, uzaqlaşmaqla, Xəzər rayonu, Binə qəsəbəsi, Atıcılıq qəsəbəsi Badam bağları ünvanında, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin, həyətyanı sahəsinin mövcud yan hasarının üzərində 2 mişar daşı hündürlüyündə və 4.5 metr uzunluğunda həmçinin evin qabaq hissəsində 5,5 metr uzunluğunda yeni təməl qazıntısı və içərisində 2 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması faktı aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna- Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin, 3,2-ci km-də, 1-ci sırada, kəmərdən təxminən 35 metr aralı məsafədə, kəmərə perpendikulyar, uzaqlaşmaqla, Xəzər rayonu, Binə qəsəbəsi, Atıcılıq qəsəbəsi Badam bağları ünvanında, köhnədən inşa edilmiş, hasarlanmış, Vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və yardımçı tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edəsiniz. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində 5 saylı qarovulun 1-ci iş növbəsində saat 1315-də 3-4 saylı postların ərazisində (Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi Badam bağları ) Buzovna- Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin 3.2-ci km-də, 1-ci sırada, kəmərə perpendikulyar, uzaqlaşmaqla , kəmərdən təqribən 35 metr aralı məsafədə, Vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, içərisində yaşayış olan evin həyətyanı sahəsinin mövcud yan hasarının üzərində 2 mişar daşı hündürlüyündə və 4.5 metr uzunluğunda həmçinin evin qabaq hissəsində 5.5 metr uzunluğunda yeni təməl qazıntısı və içərisində 2 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu ev sahibinə izah edilərək görülən iş hal-hazırda saxlanıldı, sökülməsi tələb edilmiş lakin o, edilən xəbərdarlığa məhəl qoymayaraq sökməkdən imtina etmiş və görülən işl davam etdirəcəyini bildirmişdir. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmaması üçün həmin şəxsə yazılı şəkildə xəbərdarlıq teqdim edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/7642 №-li məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18” dekabr 2002-di tarixli 45 N-li Əmri ilə təstiq edilmiş və Azərbaycan Respublikasının ödliyyə Nazirliyinin 12” yanvar 200*-cü il tarixli 2*51 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.2., 6.3., 6.4., 6.7. bəndlərində göstərilənləri nəzərə alaraq Xəzər rayonu, Binə qəsəbəsi, Atcılıq qəsəbəsi Badam bağları ünvanında yerləşən mübahisə predmetini təşkil edən hasar tikilsinin və fərdi yaşayış evinin Buzovna-Ramana DŞ 250mm-lik yerüstü neft kəmərinin mühafizə zünasınin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1*-cu maddəsinin 2-ci bəndinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1***-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş“Qaztəchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.11-cibəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərininaparılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması qadağandır. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, ekspert rəyi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, X3 faktiki istifadəsində olan Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Atıcılıq qəsəbəsi Badam bağları ünvanında, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin neft kəmərinden 35 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikili Buzovna-Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən məhkəmə öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 11*.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 100,0 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri yəni 50,0 manat cavabdehdən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003*44, SFİFT Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə, cavabdeh X4 məxsus tikili yüksək təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyini və bu tikililərin inşası üçün müvafiq icazənin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsində neft kəmərinin mühafizə zonasında X5 tərəfindən qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülməli, tikinti materialarının kəmərin mühafizə zonasından çıxarılmalı, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 11*, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsində qaz kəmərinin mühafizə zonasında X5 tərəfindən qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülsün, tikinti materialarının kəmərin mühafizə zonasından çıxarılsın. İş üzrə ödənilmiş 100,0 (yüz) manat dövlət rüsumu cavabdeh X2 tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Neft Kəmərləri” İdarəsinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50,0 (əlli) manat X2 alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003*44, SFİFT Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-113/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-113/2023
03.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver