Məhkəmə qərarları › İş №2(003)-1152/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1152/2025

02.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1152/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il təvəllüdlü həyat yoldaşı X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olunmasını istədiy şəxs xx.xx.1965-ci il təvəllüdlü X4 onun əridir. O,ərizəçinin himayəsində olmaqla onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8, R.Sadıqov küçəsi, ev *8 ünvanında yaşayır. X1 199*-ci ildə 1-ci Qarabağ döyüşlərində baş-beyin travması (kontuziya mənşəli) almışdır, *008-ci ildən “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi diaqnozu ilə Bakı şəhər Xəzər rayonu *9 saylı Birləşmiş şəhər xəstəxanasının Ruhi Xəstəliklər kabinetində müşahidədədir. Onun daim başqasının köməyinə ehtiyacı vardır. Özünü idarə edə bilmir. O, öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət edərək X1nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və özünün ona qəyyum təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəninn məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X1* Bakı Baş Səhiyyə X10 Şəxsi 4 nömrəli Birləmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 1685 saylı arayışdan görünür ki, X4 “Üzvi mənşəli (X7 zamanı aldığı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, ictimai təhlükəli davranışla və koqnitiv funksiyaların enməsi ilə. Demensiyanın başlanması istisna edilmir. Kənar şəxslərin qulluğuna ehtiyacı var” diaqnozu ilə dispanser müşahidədir. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı Asan Xidmət Mərkəzi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 451084 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında olan 1*.07.*0*1-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *618 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.05.*0*4-cü il tarixli, 16*9 və 1630 nömrəli arayışlaedan görünür ki, Ərizəçi X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8, R.Sadıqov küçəsi, ev *8 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X11 831 saylı, 13 mart *0*5-ci il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X3 demensiya (ağıl zəifliyi) müəyyən edilir. X4 psixi vəziyyətinıə görə öz hərərkətlərinin mənasını başa düşmək və öz hərərkətlərinşüurlu idarə etmək iqtidarına malik deyil. X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.*-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *8.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.*-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*0.*-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*1.*-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.*-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *17.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ona qəyyum təyin edilməsi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *16-**0, **7, *33, 305.1.3-cü, 3*1.* və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi əri xx.xx.1965-ci il tarixdə Oğuz rayonunda doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X* üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar