Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1153/2024 22.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi X18 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, X19, X20 və Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və adlarına yeni vərəsəlik şəhadətaməsində paylarının tanınması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 69-da 7saylı Notarial kontoru tərəfindən verilmiş 2022-ci ildə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və X3 və İddiaçı2 adlarına yeni vərəsəlik şəhadətnaməsində paylarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Mərdəkan qəsəbəsində Əzizbəyov küçəsi 69 ünvanında məhrum atadan miras qalmış fərdi yaşayış evinin vərəsəlik işi ilə əlaqədar 7 saylı notarial kontorda qızlarının payı nəzərdən qaçırılmışdır. Hətda o, İddiaçı2 rəsmi müraciət etsədə atasından miras qalmış mülkdən ona pay ayrılmamışdır. Lakin, qardaşları X30, X31 və X26 miras payı qəbul etmişlər və məhrum atasından miras qalmış fərdi yaşayış evinin tam şəkildə özgənikiləşdirmişlər. Lakin o və bacısı X1 paylarını 7 saylı notarial kontorundan verilmiş şəhadətnamədə gösdərilməmişdir. Bu səbəbdəndə onlar paylarının alınmasında bugünə kimi şəhadətnaməni əldə etmək üçün çətinlik çəkirlər. İşə baxılması zamanı X22, X31 və X32 iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Həmçinin iddiaçılar iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum X4 miras qalmış ünvan 4 saylı evə dair Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən X8 və X11 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-246 reyestr nömrəli və X12 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-255 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onların mərhum X4 miras qalmış ünvan 4 saylı evə dair 1/5 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. X36 cavabdeh X11 hüquqi varisi kimi işə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi X37 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, anası İddiaçı2 onun anasıdır. ünvan 4 saylı evdə hazırda X22 və X32 yaşayır. Anası isə onunla Buzovna qəsəbəsində yaşayır. Həmin ev dədə-baba yurdu olmuş, anası evlənənə kimi orada yaşamışdır. Bildiyinə görə anası 1990-cı ilə kimi həmin ünvanda yaşamışdır. Atası Rusiya Federasiyasında işləməyə getdiyindən anası ilə babasına məxsus evdə yaşamışlar. X3 onun xalasıdır. Xalasıda babasına məxsus evdə yaşamışdır. Xalası ailə qurduqdan sonra köçmüşdür. Xalası da ailə qurduqdan sonra bir müddət orada yaşamışdır. İş üzrə cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisinin notariusu Fuad Səfərov məktubla məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, iş üzrə İddiaçı1, cavabdehlər X8 və X20, cavabdeh X11 hüquqi varisi X27 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş üzrə İddiaçı1, cavabdehlər X5 və X12, cavabdeh X11 hüquqi varisi X21, cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 iddiası təmin edilməməli, İddiaçı2 iddiası isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sonun müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1978-ci il tarixdə ölmüş X4 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən ( Vərəsə vərəsəliyə çağırıldığı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra miras qəbuluna yol verilmir. Miars onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər səbəblərindən sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notarial qaydada vermək imkanları xaricindədir. Yazılanları nəzərə alaraq, məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etməsi xahiş olunmuşdur. - Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sonuncunun müraciətinə cavab olaraq bildirilmişdir ki, X4 qalmış miras əmlaka dair Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göstərilənləri nəzərə alaraq müraciətinin təmin edilməsi imkan xaricindədir. Məhkəyə müraciət edə bilməsi izah edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş, atası X23, anası isə X33r. -Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X13 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş, atası X24, anası isə X35r. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, atası X28, anası isə X2r. -Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X14 arasında xx.xx.1974-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Yarməmmədova” soyadı verilmişdir. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15, xx.xx.2020-ci ildə ölmüşdür. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3, xx.xx.2022-ci ildə ölmüşdür. Məhkəmə sorğusu əsasında Bakı şəhəri 25 saylı Notariat ofisi tərfindən təqdim edilmiş 2V-245 və 2V-255 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik işinin təsdiq edilmiş materiallarından görünür ki: -X6 (xx.xx.2022-ci il tarixli ərizəsi əsasında) və X19 (xx.xx.2022-ci il tarixli ərizəsi əsasında) xx.xx.1978-ci il tarixdə vəfat etmiş – X4 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 189.1 kv/m olan fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixdə hər birinin 1/3 payı olmaqla Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən 2V-246 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - X20 (xx.xx.2022-ci il tarixli ərizəsi əsasında) xx.xx.1978-ci il tarixdə vəfat etmiş – X4 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 189.1 kv/m olan fərdi yaşayış evinə xx.xx.2022-ci ildə 1/3 payı olmaqla Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən 2V- 255 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - X29 xx.xx.1978-ci ildə ölmüşdür (ölüm haqqında şəhadətnamənin surətindən görünür). -Mirzəyev Həsən-Ağa Qəmbər oğlu ilə X47 arasında xx.xx.1951-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. - X41 xx.xx.1999-cu ildə ölmüşdür (ölüm haqqında şəhadətnamənin surətindən görünür). -seriya FM, 036316 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 69 saylı fərdi yaşayış evi X16 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 ailə tərkibi – atası X28 (xx.xx.1995-ci ildə ölüb), anası X3 (xx.xx.2022-ci ildə ölüb), qızı Yarməmmədova Fatimeyi-Zəhra Davud qızından ibarətdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X31 xx.xx.2023-cü il tarixdə ölmüş, X36 onun oğludur. İşin araşdırılmış hallarından müəyyən edilir ki: -X29 xx.xx.1978-ci ildə ölmüşdür. X17, X32 və X31 onun oğulları, X3 və İddiaçı2 isə onun qızlarıdır. -iş üzrə iddiaçı isə İddiaçı1, X1 qızıdır. X3 xx.xx.2022-ci ildə ölmüşdür. Həmçinin İddiaçı1 atası X28 xx.xx.1995-ci ildə ölmüşdür. -mərhum X4 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 189.1 kv/m olan fərdi yaşayış evi miras qalmışdır. -Miras qalmış əmlaka dair Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə X6 və X19 hər birinin 1/3 payı olmaqla 2V-246 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2022-ci ildə isə 1/3 payı olmaqla X20 2V- 255 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibəti, 1978-ci ildə, yəni iş üzrə tərəflərin atası X7 xx.xx.1978-cu il tarixdə ölməsindən sonra yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də, hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün Azərbaycan Respublikasında qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 1964-cü ildə qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin: - 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. -528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. -529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. -532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. -533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. -552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. -556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. -561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. -562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Həmin Məcəllə ilə istər vəsiyyət üzrə, istərsə qanun üzrə mirasın qəbulu üçün də 6 aylıq müddət müəyyən olunmuşdur. Göründüyü kimi X7 xx.xx.1978-ci ildə ölməsi ilə mübahisəli ev üzrə miras açılmışdır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən vərəsəliyin açıldığı tarixdən, yəni xx.xx.1978-ci ildən 6 ay keçənə kimi notariat orqanına mirasın qəbul edilməsi ilə bağlı müraciətin olunması müəyyən edilmədiyindən onların mirası faktiki qəbul edib-etməməsi halı müəyyənləşdirilməlidir. İşin hallarından müəyyən olunur ki, miras qoyan X7 qızı, iş üzrə İddiaçı2 xx.xx.1979cu il tarixdə ailə qurmuşdur. Bununla da müəyyən olunur ki, o, miras qoyanın ölümündən sonra miras əmlakı yiyələnməklə nikaha daxil olduğu tarixədək həmin evdə yaşamışdır. Ona görə də məhkəmə hesab edir ki, atasından qalmış miras əmlak faktiki olaraq İddiaçı2 tərəfindən qəbul edilmişdir. İş üzrə digər İddiaçı1 (miras qoyanın qızı olmuş və miras qoyan şəxs öldükdən sonra ölmüş X1 qızı) iddiasını isə məhkəmə əsassız hesab edir. Belə ki, İddiaçı1 anası X3, onun ölümündən sonra isə İddiaçı1 tərəfindən miras əmlakdan yiyələnmələri müəyyən edilməmişdir və bu barədə mötəbər sübutlar mövcud deyil. İş materiallarından isə görünür ki, X3 xx.xx.1974-cü il tarixdə nikaha daxil olmuş, yəni vərəsəliyin açıldığı tarixdən xeyli müddət əvvəl nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra, yəni vərəsəlik açıldıqdan sonra miras əmlakın faktiki qəbul etmələri barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Sadalanlara əsasən iş üzrə müəyyən edilir ki, xx.xx.1978-ci ildə ölmüş X4 miras qalmış əmlak İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bu səbəbdən onunda miras əmlaka dair payı müəyyən edilməlidir. Lakin iş üzrə mirasın qoyanın vərəsələri olan X6, X20 və X19 miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi vaxtı bu hallar notariat ofisi tərəfindən nəzərə alınmamış və əsassız olaraq İddiaçı2 bu barədə imtina edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, X4 miras qalmış ünvan 4 saylı evə dair Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən X8 və X11 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V- 246 reyestr nömrəli və X12 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-255 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli və İddiaçı2 miras qalmış əmlaka payı müəyyən edilməlidir. Bu zaman məhkəmə, hal-hazırda miras qalmış əmlaka dair hüquqları olan qanun üzrə vərəsələrin dörd şəxsdən ibarət olmasının müəyyən edilməsini, iş üzrə tətbiq edilmiş Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payların bərabər olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı2 miras qalmış əmlaka dair ¼ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı1 iddiası təmin edilməməli, İddiaçı2 iddiası təmin edilməli, X4 miras qalmış ünvan 4 saylı evə dair Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən X8 və X11 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V- 246 reyestr nömrəli və X12 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-255 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, İddiaçı2 atası X4 miras qalmış ünvan 4 saylı evə dair ¼ (dördə bir) hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı1 cavabdehlər X8, X19 və X20 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlaka payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı2 cavabdehlər X8, X19 və X20 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlaka payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. X4 miras qalmış ünvan 4 saylı evə dair Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən X8 və X11 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-246 reyestr nömrəli və X12 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-255 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. İddiaçı2 atası X4 miras qalmış ünvan 4 saylı evə dair ¼ (dördə bir) hissədə payı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-1153/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1153/2024
22.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver