Məhkəmə qərarları › İş №2(003)-1167/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1167/2022

03.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1167/2022 03.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayə orqanı) X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03.06.199*-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Beyləqan rayonu Eyvazallar kəndində anadan olub. Hal-hazırda o, yuxarıda qeyd edilən ünvanda öz ailə üzvləri ilə birlikdə yaşayır. X1 03.11.*011-ci il tarixdə Bakı şəhəri,Xəzər Rayon Məhkəməsinin qətnaməsi əsasında öz doğma qızı X7 oğlu Quluzadə (Hacızadə) Tural Rəşid oğlunu (nəvəsini) övladlığa götürmüşdür. Bildirmək istəyir ki, onun X1 06.05.*017-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda bacısı uşağı Quluzadə (Hacızadə) Tural Rəşid oğlu anadan gəlmə kəskin kəmağıllıq xəstəliyindən əzab çəkməklə əqli çatışmamazlığı diaqnozu ilə X*4 qeydiyyatdadır. Özünü sərbəst idarə edə bilmir. Xəstəliyi sağalan olmadığından o, 1-ci qrup ömürlük əlil hesab edilmişdir. Hal-hazırda Quluzadə (Hacızadə) Tural Rəşid oğlu onun himayəsində olmaqla onun bütün ehtiyaclarını ərizəçi ödəyir. Qeyd olunanlara görə də doğma bacısının oğlu Quluzadə (Hacızadə) Tural Rəşid məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin edilməlidir. Bu səbəbdən 03.06.199*-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ərizəçinin onun qəyyumu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X* Tural Rəşid oğlunın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ********** saylı, 17.0*.*0**-ci il tarixli arayışından görünür ki, 11.11.1995-ci il təvəllüdlü X*9 oğlunun etiologiyasından asılı olmayaraq kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud nəzərə çarpan inbesillik diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. İş materiallarında olan Xəzər rayon ƏSMM tərəfindən verilmiş 18.04.*011-ci il tarixli, *51*30 saylı vəsiqənini sürətindən görünür ki, X*9 uşaqlıqdan əlildir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsini *(003)-86/*011 saylı, 03.03.*011-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, 11 noyabr 1995-ci il ildə Bakı şəhərində doğulmuş X17 18 avqust 1953cü ildə Jdanov şəhərində doğulmuş X8 tərəfindən övladlığa götürülmüş hesab olunmuşdur. İş materiallarında olan 005*64 saylı, 1*.04.*011-ci il tarixli “Övladlığa götürmə” haqqında şəhadətnamənin sürətindən görünür ki, 11 noyabr 1995-ci il ildə Bakı şəhərində doğulmuş X3 Gülbahar Şahmar qızı tərəfindən övladlığa götürülmüşdür. İş materiallarında olan ölüm haqında şəhadətnamənin sürətindən görünür ki, X8 1*.05.*017-ci il tarixdə ağciyər fiberkavenozu səbəbindən Bakı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 11.11.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 atası X18, anası X4r. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1975-ci il tarixdə Jdanov şəhərində doğulmuş X5 anası X6r, atası isə X1*r. İş materiallarında olan seriya AA******* saylı şəxsiyyət vəsiqəsi məlumatlarının elektron çıxarışının surətindən aydın olur ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin *9.04.*0**ci il tarixli 1381 saylı rəyindən görünür ki, X13 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) qeyd olunur. Buna görə də X19 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. 11.11.1995-ci il təvəllüdlü X19 onda müəyyən edilmiş ağır dərəcəli əqli gerilik ilə əlaqədar öz hərəkətlərini ölçüb-biçmək onları idarə etmək iqtidarında deyil. Məhkəmə iclasında müəyyən edildi ki, X19 ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin **.0*.*0**-ci il tarixli 447 saylı rəyinə əsasən X19 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *8.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.*-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 3*1.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X19 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X19 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X19 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, 11.11.1995-ci il təvəllüdlü X19 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Məhkəmə eyni zamanda, ərizənin “ərizəçinin qızının üzərində qəyyum təyin edilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, ərizə həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.*-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.*-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin *17.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *16-**0, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi qismən təmin edilsin. 11.11.1995-ci il təvəllüdlü X19 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar