Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1198/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maştağa rayon X4 İcariyyə Komitəsinin xx.xx.1955-ci il tarixli, 18 nömrəli protokolunda hüquq sahibinin adı göstərilmiş “X5” X14 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, keçmiş Maştağa rayon ZDS İK-nin xx.xx.1955-ci il tarixli, 18 saylı qərarına əsasən mərhum atası X10 Buzovna qəsəbəsində 282 e nömrəli ümumi sahəsi 400 kv metr olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Hazırda həmin ünvan Buzovna qəsəbəsi, Abbas Xələfov küçəsi ev 27-də yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abbas Xələfov küçəsi, ev 27-ə dair Maştağa rayon X4 İcariyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1955-ci il tarixli şəxsi mülkiyyət hüquqi ilə ev dəftəri mərhum atası X10 məxsus olmuşdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təqdim edilən sənədlərdə ad və ata adında uyğunsuzluq mövcuddur. Belə ki , Maştağa rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1955-ci il tarixli ,18 nömrəli protokolunda hüquq sahibinin adı “X5” kimi göstərilmişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin mərhum atasına məxsus olmaşı faktının müəyyən edilməsini xahiş edir. Ərizəçi xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ilkin ərizəsinin xahiş edirəm hissəsini Maştağa rayon X4 İcariyyə Komitəsinin xx.xx.1955-ci il tarixli 18 nömrəli protokolunda göstərilmiş hüquq sahibinin “X15” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. O, Svetlana ilə bir yerdə böyümüşdür. X20 Svetlananın atasıdır. Sənədlərdə Svetlananın adı səhvə yol verilərək, müxtəlif cür yazılmışdır. O, ərizəçinin mərhum atasını tanıyırdı. O, mərhumu X3 tanımışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respubliası Əmlak X17 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, hüquq sahibi mərhum X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abbas Xələfov küçəsi, ev 27 yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə tərəflərindən baxılmış, müraciətlə əlaqədar olaraq bildirirlər ki, təqdim edilən sənədlərdə ad və ata adında uyğunsuzluq mövcuddur. Belə ki, Maştağa rayon X4 İraiyyə Komitəsinin xx.xx.1955-ci il tarixli, 18 nömrəli protokolunda hüquq sahibinin adı “X12“ kimi göstərilmişdir. Bundan əlavə vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu sənədlər toplusuna əlavə olunmamışdır. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Fərdi yaşayış evi yerləşmə cizgisində qeyd olunan mövqeyə uyğun inşa edilməyib. Bundan əlavə, fərdi yaşayış evində inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmadığını bildirmişdirlər. İş materiallarında olan Azərbaycan Respubliası Milli Arxiv İdarəsinin Bakı filialının vətəndaş Ərizəçi ünvanlanmış xx.xx.2021-cci il tarixli BA-01519-2021 saylı məktubundan görünür ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli müraciətə əsasən keçmiş Maştağa rayon ZDS İk-nin arxiv fondu üzrə xx.xx.1955-ci il tarixli, 18 saylı protokolunda X8 ad və ata adı Rzaya Heybətqul kimi qeyd edilmişdir. İş materiallarında olan evlənmək (nikah) haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X11 xx.xx.1954-cü ildə rəsmi nikaha daxil olmuşlar və bu nikah 638534 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Buzovna qəsəbəsində dünyaya gəlmiş, valideyinləri X14 və X9r. İş materillarında olan Maştağa rayon X4 İcraiyyə komitəsinin evi olmayan işçi və qulluqçulara həyatyanı orpaq sahəsi verilməsi haqqında xx.xx.1955-ci il tarixli, 18 saylı protokolundan görünür ki, Maştağa rayon X1 İcraiyyə Komitəsi qeyd edir ki, vətəndaş X2 fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 xx.xx.1979-cu il tarixdə xroniki pnevmoniya xəstəliyindən ölmüşdür. Göründüyü kimi, ərizəçinin mərhum atasının adı və ata adı sənədlə xx.xx.1955-ci il tarixli 18 saylı protokolda müxtəlif cür yazılmışdır. Belə ki, iş materiallarında olan evlənmək haqqında şəhadətnamədə “X15”, Maşatağa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə Ərizəçi ata qarafasında ata adı “X15” Ölüm haqqında şəhadətnamədə “X15” kimi göstərilmişdir, yəni hərif səhvi olmuşdur. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Maştağa rayon X4 İcariyyə Komitəsinin xx.xx.1955-ci il tarixli 18 nömrəli protokolun ərizəçinin mərhum atası X13 məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Qeyd edilən sənəddə ərizəçinin atasının adının və ata adının səhvən “X5” kimi göstərilməsi və həmin sənədlərin ərizəçinin mərhum atasına məxsus olması faktının müəyyən edilməsinin atasından miras qalmış əmlakın vərəsəlik qaydasında qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maştağa rayon X4 İcariyyə Komitəsinin xx.xx.1955-ci il tarixli 18 nömrəli protokolunun X13 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1198/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1198/2023
12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver