Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1208/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış məbləğin hesab kodundan silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona əsassız hesablanmış (**********00090 saylı abonent) 10076,0 manat bocun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayıram. Sözü gedən fərdi yaşayış evi cavabdehlə bağlanmış müqavilə əsasında təbii qazla təchiz edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqında” akt tərtib olunmuşdur. Qaz sayğacım çıxarıldıqdan sonra labarotoriyaya aparılmışdır. Daha sonra ona bildirmişlər ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqqında” müxtəlif tarixlərdə aktlar tərtib olunmuşdur. Həmin aktlar xx.xx.2018-cil tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək davam edir və bu aktlar hər ay tərtib olunmuşdur. Tərtib olunmuş aktların sayı 33 dür. Həmin aktlarda “sayğacdan kənar vasitə ilə təbii qazdan qeyri-qanuni istifadə edilir” yazılmışdır. Cavabdehə müraciət edərək aktın, saldonun və digər sənədləri istədikdən sonra əldə etmişdir. Sənədləri əldə etdikdən sonra məlum olmuşdur ki, xx.xx.2018-cil tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək 33 “Təbii qazdan istifadə qaydalarının pozulması haqqqında” akt tərtib olunmuş və aktlar əsında 10 076 manat cərimə olunmuşdur. O heç vaxt sayğaca müdaxilə etməmiş, qazdan qeyri-qnuni istifadə etməmiş. Bundan başqa hesabdan çıxarışdan göründüyü kimi o hər ay ödənişləri etmişdir. Hər 1 ay ərzində qanunsuz olaraq bu qədər məbləğin yazılması gülüncdür. Daha sonra iddiaçı iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış (**********00090 saylı abonent) 7286,2 manat bocun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddianın əsassız olduğunu bildirdi və rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş sənədlər abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00090 sayla qeydiyyata alınmış abonent koduna 11512,17 manat məbləğində akt üzrə borc hesablanmışdır. İddiaçı məxsus **********00090 sayla qeydiyyata alınmış ünvan üzrə Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, - xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 295,2 manat; xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 295,2 manat; - xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,2 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,6 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,2 manat; - xx.xx.2019-ci il tarixli, ******* saylı akt əsasında 32,4 manat; - xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,2 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2019-ci il tarixli, ******* saylı akt əsasında 142,2 manat; - xx.xx.2019-ci il tarixli, ******* saylı akt əsasında 32,4 manat; - xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,2 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasında 295,2 manat; - xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat; - xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat; xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-ci il tarixli, ******* saylı akt əsasında 32,4 manat; - xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 388,8 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,8 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,4 manat; - xx.xx.2019ci il tarixli, ******* saylı akt əsasında 142,2 manat; - xx.xx.2019-ci il tarixli, ******* saylı akt əsasında 32,4 manat; - xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32,4 manat dəymiş ziyan hesablanmış aktların tərtibində istehlakçı İddiaçı iştirak etməmişdir. Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (halhazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz(qaynaq izi) və əlavə xətt aşkar edilmədi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1954/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh **********00090 saylı istehlakçı hesabına hesablanmış 2944,72 manat borc məbləğinin cavabdeh tərəfindən ödənilməsi haqqında iddia ərizəsi təmin edilmişdir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.3-cü ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1-ci ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.2. iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdehndə **********00090 saylı abonə kodu olan təbii qazdan istifadə edir. Cavabdehin nümayəndələri tərəfindən müxtəlif tarixlərdə sayğacdan kənar qeyri-qanuni istifadə etməsi ilə bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 10076,0 manat məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. İddiaçı saldo üzrə 7286,2 manat borcun silinməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi üzrə iddiaçıya zərər cavabeh təşkilat tərəfindən 2018-2021-ci illər ərzində akt əsasında hesablanmışdır. Həmin zərərin hesablanmasına əsas olmuş aktlardan xx.xx.2021-ci il tarixli, ******* saylı akt; - xx.xx.2021ci il tarixli, ******* saylı akt; - xx.xx.2018-ci il tarixli, ******* saylı akt; - xx.xx.2018-ci il tarixli ******* saylı akt; xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli, ******* saylı akt; - xx.xx.2019-ci il tarixli, ******* saylı akt; - xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2018-ci il tarixli ******* saylı akt; xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-ci il tarixli, ******* saylı akt; - xx.xx.2019-ci il tarixli, ******* saylı akt; - xx.xx.2020-ci il tarixli, ******* saylı akt; - xx.xx.2020-ci il tarixli ******* saylı akt; xx.xx.2021-ci il tarixli ******* saylı akt, xx.xx.2020-cu il tarixli, ******* saylı akt; - xx.xx.2021-ci il tarixli, ******* saylı akt; xx.xx.2021-ci il tarixli, ******* saylı akt; - xx.xx.2021-ci il tarixli ******* saylı akt; xx.xx.2019cu il tarixli ******* saylı akt, xx.xx.2019-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; - xx.xx.2020-ci il tarixli, ******* saylı akt;- xx.xx.2020-ci il tarixli ******* saylı akt; xx.xx.2020-ci il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-ci il tarixli, ******* saylı akt; - xx.xx.2019-ci il tarixli, ******* saylı akt; xx.xx.2019-ci il tarixli ******* saylı akt məhkəməyə təqdim olunmuşdur. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, borcun hesablanmasına əsas olmuş akt məhkəməyə təqdim edilmədi. Həmçinin məhkəmə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi evə quraşdırılmış sayğacın (kod: **********00090) və qaz xəttinin (borusunun) üzərində hər hansı müdaxilə izi, yaxud əvvəllər edilmiş müdaxilə izinin mövcud olub-olmamasını yoxlanması üçün mülki iş üzrə məhkəmə-trassoloji ekspertizası təyin etmişdir. Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qanunsuz akt əsasında iddiaçıya təbii qazın sərfinə dair hesabladığı pulun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən qaz sərfinə görə iddiaçıya həmin dövr üçün hesablanmış borc silinməlidir. Məhkəmə qeyd edir ki, normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür və qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən Azərqaz İB-in nümayəndələri tərəfindən istehlakçıya sifarişli poçt vasiəsilə qaz sayğacına müayinə keçirmək barədə rəsmi bildirş göndərməli, bundan sonra sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti .000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 92,86 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 92,86 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 110,0 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu **********00090 olan) hesablanmış 7286,2 manat məbləğində borc silinməli, 92,86 manat məbləğində dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 110,0 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evə (abonent kodu **********00090 olan) hesablanmış 7286,2 manat məbləğində borc silinməlidir. Cavabdehndən 92,86 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 110,0 manat Cavabdehndən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1208/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1208/2025
25.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver