Məhkəmə qərarları › İş №2(003)-1217/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1217/2021

02.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1217/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.11.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı və 90.04.2020-ci il tarixli ******* saylı aktlarının ləğv edilməsi və Cavabdeh İB tərəfindən 2016-2020-ci illər üzrə hesablanmış cəmi 8036,9 manat məbləğində borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, **********05420 kodu ilə abonenti olduğu və cavabdeh təşkilatda ünvan 1 ünvanın qazla təmin edilməsi üçün, cavabdehlə aralarında sonuncu dəfə 07.05.2020-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Abonenti olduğu ünvana 07.05.2020-ci il tarixdə Natek Enerii G-4 Mexanika tipli 40020130 saylı sayğac quraşdırıldı və bu barədə qaz sayğacının çıxarılması, eura dırılması və istismara eəbulu has sında 07.05.2020-ci il tarixli ******* saylı akt tərtib olundu. Həmin aktda sayğacın yerində aşkar edilmədiyi qeyd olunsa da, bu mənim təqsirimdən olmadığından akta bu barədə hər hansı qeyd edilmədi və təbii e azdan istifadə ea dalarının - ozulması has əlnda akt tərtib edilmədi. az sa eacının eöstəricisinə əsasən istehlak olunmu oazın də ərini tam ödəmi əm. Ödəni lərimin bir hissəsinin mənə məlum olma an İstiə amətdə silindi ini a kar etdikdə bunun səbəbi ilə maraselandım və mənə məlum oldu ki cavabdeh tərəfindən mənə müxtəlif vaxtlarda əsassız borclar hesablamı dır və ödəni lərim istehlak etdi im eazın də əri ilə ana ı həmin borcların da ödənilməsinə önəldilir. Belə ki, cavabdehin mənə təqdim etdiyi sənədlərlə tanış olarkən məlum olmuşdur ki, guya cavabdehin işçiləri 29.11.2019-cu il tarixdə abonenti olduğum ünvana baxış keçirmiş və sayğacdan kənar xəttin aşkar edilməsi əsası ilə 29.11.2019-cu il tarixli akt tərtib etmişlər (akta sıra sayı verilməmiş, cavabdeh təşkilatda qeydə alınmamış, eləcə də təbil qazın təchizatının dayandırılması barədə qeyd aparılmamışdır). Aktda mənim onu imzalamaqdan imtina etdiyimə dair qeyd yazılsa da, aktın surətinin mənə təqdim edilməsi və ya onun surətini də almaqdan imtina etdiyim barədə hər hansı qeyd edilməmişdir. Cavabdehin işçiləri eyni zamanda qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi əsası ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.11.2019-cu il tarixli ******* saylı akt tərtib edərək, dəymiş ziyanın hesablanmasına dair təklif vermişlər. Akta mənim onu imzalamaqdan imtina etdiyimə dair qeyd yazılmışdır. 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən 29.11.2019-cu il tarixli tələbnamə ilə mənə 1422 m5 sərfiyyat hesablanmışdır. Bundan sonra, 30.01.2020-ci il tarixdə abonenti olduğum ünvana baxış keçirmiş və qazdan sayğacdan kənar qeyri-qanuni istifadənin aşkar edilməsi və təbii qazın təchizatının qaynaq vasitəsi ilə dayandırılması əsası ilə 30.01.2020-ci il tarixli akt tərtib etmişlər (akta sıra sayı verilməmiş, cavabdeh təşkilatda qeydə alınmamışdır). Aktda mənim onu imzalamaqdan imtina etdiyimə dair qeyd yazılsa da, aktın surətinin mənə təqdim edilməsi və ya onun surətini də almaqdan imtina etdiyim barədə hər hansı qeyd edilməmişdir. Cavabdehin işçiləri eyni zamanda qazdan sayğacdan kənar qeyriqanuni istifadə edildiyi əsası ilə təbil qazdan istifadə qaydalarının pozulması haqqında 30.01.2020-ci il tarixli ******* saylı akt tərtib edərək, dəymiş ziyanın hesablanmasına dair təklif vermişlər. Akta mənim onu imzalamaqdan imtina etdiyimə dair qeyd yazılmışdır. 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən 30.01.2020-ci il tarixli tələbnamə ilə mənə 2952 m5 sərfiyyat hesablanmışdır. Daha sonra 28.02.2020-ci il tarixdə abonenti olduğum ünvana baxış keçirmiş və qazdan sayğacdan kənar qeyriqanuni istifadənin aşkar edilməsi və təbii qazın təchizatının qaynaq vasitəsi: ilə dayandırılması əsası ilə 28.02.2020-ci il tarixli akt tərtib etmişlər (akt cavabdeh təşkilatda qeydə alınmamışdır). Aktda mənim onu imzalamaqdan imtina etdiyimə dair qeyd yazılsa da, aktın surətinin mənə təqdim edilməsi və ya onun surətini də almaqdan imtina etdiyi barədə hər hansı qeyd edilməmişdir. Cavabdehin işçiləri eyni zamanda qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi əsası ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-ci il tarixli ******* saylı akt tərtib edərək, dəymiş ziyanın hesablanmasına dair təklif vermişlər. Akta onun imzalamaqdan imtina etdiyinə dair qeyd yazılmışdır. 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən 28.02.2020-ci il tarixli tələbnamə ilə ona 2952 m3 sərfiyyat hesablanmışdır. Bundan sonra 30.03.2020-ci il tarixdə abonenti olduğu ünvana baxış keçirmiş və qazdan sayğacdan kənar xəttin aşkar edilməsi və təbii qazın təchizatının qaynaq vasitəsi ilə dayandırılması əsası ilə 30.03.2020-ci il tarixli akt tərtib etmişlər. Həmin akt cavabdeh təşkilatda qeydə alınmamışdır. Aktda onu imzalamaqdan imtina etdiyinə dair qeyd yazılsa da, aktın surətinin ona təqdim edilməsi və ya onun surətini də almaqdan imtina etdiyi barədə hər hansı qeyd edilməmişdir. Cavabdehin işçiləri eyni zamanda qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi əsası ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2020-ci il tarixli ******* saylı akt tərtib edərək, dəymiş ziyanın hesablanmasına dair təklif vermişlər. Akta onu imzalamaqdan imtina etdiyinə dair qeyd yazılmışdır. 30.03.2020-ci il tarixli ******* saylı akta əsasən 30.03.2020-ci il tarixli tələbnamə ilə mənə 2952 m? sərfiyyat hesablanmışdır. Daha sonra 30.04.2020-ci il tarixdə abonenti olduğum ünvana baxış keçirmiş və qazdan sayğacdan kənar xəttin aşkar edilməsi və təbii qazın təchizatının qaynaq vasitəsi ilə dayandırılması əsası ilə 30.04.2020-ci il tarixli akt tərtib etmişlər. Akt cavabdeh təşkilatda qeydə alınmamışdır. Aktda onu imzalamaqdan imtina etdiyinə dair qeyd yazılsa da, aktın surətinin ona təqdim edilməsi və ya onun surətini də almaqdan imtina etdiyi barədə hər hansı qeyd edilməmişdir. Cavabdehin işçiləri eyni zamanda qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi əsası ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı akt tərtib edərək, dəymiş ziyanın hesablanmasına dair təklif vermişlər. Akta onu imzalamaqdan imtina etdiyinə dair qeyd yazılmışdır. 30.04.2020ci il tarixli ******* saylı akta əsasən 30.04.2020-ci il tarixli tələbnamə ilə ona 2952 m3 ərfiyyat hesablanmışdır. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən 1422 m3, 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m? , 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m3 , 30.03.2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m3, 30.04.2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m3 sərfiyyat hesablanmışdır. Cavabdehin mənə təqdim etdiyi sənədlərlə tanış olarkən həmçinin məlum olmuşdur ki, cavabdeh ona qalıq və aktlar adı ilə 2016-cı ildə 649,9 (sentyabr ayında 172,8 manat, noyabr ayında 322,6 manat, dekabr ayında 154,5 manat) manat, 2017-ci ildə 1239,6 (may ayında 972 manat, iyul ayında 186 manat, sentyabr ayında 81,6 manat) manat, 2018-ci ildə 3532 (yanvar ayında 1206,8 manat, fevral ayında 168.4 manat, aprel ayında 507,4 manat, may ayında 637 manat, iyun ayında 146,6 manat, iyul ayında 324 manat, avqust ayında 133,2 manat, sentyabr ayında 133,2 manat, oktyabr ayında 66,6 manat, noyabr ayında 66,6 manat, dekabr ayında 142.2 manat) manat, 2019-cu ildə 1240,2 (y anvar ayında 162 manat, fevral ayında 142.2 manat, mart ayında 142,2 manat aprel ayında 162 manat, may ayında 32,4 manat, iyun ayında 32,4 manat, iyul ayır.da 32,4 manat, avqust ayında 32,4 manat, sentyabr ayında 32.4 manat, oktyabr ayında 32.4 manat, noyabr ayında 142,2 manat, dekabr ayında 295,2 manat) manat, 2020-ci ildə 1375,2 (yanvar ayında 295,2 manat, fevral ayında 295,2 manat, mart ayında 295,2 manat, aprel ayında 295,2 manat, may ayında 194.4 manat) manat olmaqla cəmi 8036,9 manat borc hesablamışdır. Cavabdeh vəzifələri göstərilməmiş şəxslər tərəfindən imzalanmış mübahisəli aktlar istisna olmaqla, 2016-2020-ci illər üzrə borcların hesablanmasına əsas olmuş hər hansı səndi sənədi təqdim edə bilməmişdir. Borcun hesablanmasına əsas olmuş həmin aktları imzalamaqdan imtina etdiyinə dair aktlarda qeyd edilənlər işin hallarına uyğun deyil. Belə ki, cavabdeh təşkilatda ünvan 1 ünvan 2012-ci ilin əvvəllərindən qismən sökülmüş vəziyyətdə olduğundan ondan yaşayış üçün istifadə olunmamış, ailə üzvlərim ilə başqa ünvanda yaşamışlar. Yalnız axşamlar baş çəkib, evi işıqlandırmışdır. Ev yaşayış üçün yararlı vəziyyətə gətirildikdən və ora köçüb yaşamaq niyyətinə gəldikdən sonra, abonenti olduğum ünvana 07.05.2020-ci il tarixdə Natek Enerii G-4 Mexanika tipli 40020130 saylı sayğac quraşdırılmışdır. 2012-ci ilin əvvəllərindən həmin vaxtadək isə abonenti olduğu ünvanda qaz istehlak edilməmişdir. Aktların tərtib olunduğu tarixlərdə isə iş yerimdə olmuşam. Qeyd edilən aktlar onun xəbəri olmadan tərtib olunmuşdur. Cavabdeh aktlarını çəkdiyi fotogörüntülərlə əsaslandırmağa çalışsa da, bu görüntülərlə evdəki tamamlanma işlərinin başa çatmadığı təsdiq olunur. Evə sayğacdan kənar xəttin çəkilməsi halı isə təsdiq olunmur. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edərək bildirdi ki, o, qazdan qeyri-qanuni istifadə etməyib, həmin dövrdə evdə yaşayış olmayıb, belə ki. o zaman evin birinci mərtəbəsi sökülərək ikinci mərtəsi inşa edilrdi, ona görə təqdim olunan akt uydurmadır. Bu hal məhkəməyə təqdim edilmiş fotoşəkillərdəndə tam aşkar görünür. Cavabdeh tərəfindən çəkilmiş fotoşəkillərdən də göründüyü kimi qanusuz kənar xəttə ona məxsus evdən 2 ev məsafəsində aşkar olunur və qeyd olunan xətt ona məxsus evdə istifadə olunmayıb. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh birliyin nümayəndələri tərəfindən 29.11.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı və 90.04.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş və həmin aktlar əsasında iddiaçıya məxsus ünvan 1 ünvana qazdan qeyri-qanuni isitfadə ilə bağlı aktlar tərib edilmişdir. Lakin həmin aktlardan görünür ki, tərtib edilmiş aktların heç biri iddiaçı tərəfindən imzalanmamış və aktlarda “imtina etdi” qeydi ilə qeydiyyat aparılmışdır. İddiaçınıın iddia ərizəsindən və məhkəmə iclasında vermiş olduğu izahatından görünür ki, iddiaçı həmin ünvanda yaşamışdır. Bunu təqdim edilmiş “xxxx” ASC-nin abonent salidosundan da aşkar olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar və həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə ki. işin faktiki hallarından və əlavə edilən fotoşəkillərdən göründüyü kimi qeyd olunan kənar xətt iddiaçının evində yox, ordan iki ev məsafəsində küçədə fotoşəkli çəkilmiş və həmin xəttin iddiaçının evinə daxil olunan hisəsi müəyyən edilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli mənzil hal-hazrda tiklməkdə davam edir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.11.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı və 90.04.2020-ci il tarixli ******* saylı aktlarının ləğv edilməli, iddia tələbi itirilmiş qazın dəyərinə görə hesablanmış 8036,90 manat məbləğində borc (zərər) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaq ədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.11.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı və 90.04.2020-ci il tarixli ******* saylı aktlarının ləğv edilsin. İddiaçı X1 **********05420 saylı abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış 8036,90 (səkkiz min otuz altı manat 90 qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar