Məhkəmə qərarları › İş №2(003)-1220/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1220/2024

03.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1220/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 23 saylı Notariat ofisi, Bakı şəhəri 7 saylı Notariat ofisi və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka dair etibarnamələrin, alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrdən çıxarışın ləğv edilməsi tələbi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 23 saylı Notariat ofisi, Bakı şəhəri 7 saylı Notariat ofisi və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 23 saylı Notariat ofisi tərəfindən X1 adından Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 7E/02-1151 saylı etibarnamə, həmin etibarnamə əsasında Cavabdeh1 Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh2 adına verdiyi xx.xx.2013-cü il tarixli, ƏN-İ N-350872 saylı etibarnamə və həmin etibarnamə əsasında cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında X3 məxsus sahəsi 0,12 ha olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M/83 saylı torpaq sahəsinə dair Baki şəhər 7 saylı notariat ofisində bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ N-0357355 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə əsasında sahəsi 0,12 ha olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M/83 saylı torpaq sahəsinə dair maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Həmçinin xx.xx.2024-cü il tarixdə iddiaçı X5 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Mülki işin materiallarından görünür ki, iddiaçı X5 tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, qeyd olunan maddədə göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 23 saylı Notariat ofisi, Bakı şəhəri 7 saylı Notariat ofisi və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka dair etibarnamələrin, alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X5 tərəfindən ödənilmiş (əməliyyat İD 375380963, qəbzin nömrəsi 14204, terminal nömrəsi K0104011) 100 manat dövlət rüsumu iddiaçı X4 dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar