Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-123/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçınin iştirakı ilə İddiaçınin Cavabdeh MMC-yə qarşı pul tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 960 manat avro pul vəsaitinin və ya 960 avro pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan Manatı ilə olan ekvivalenti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixli 003171 saylı təqdimat səfərinin təşkil edilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ona maksimum 2 həftə ərzində özü tərəfindən müəyyən edilmiş siyahıya uyğun olaraq səfər təmin edilməsi üzrə öhdəlik götürmüş, o, da öz növbəsində həmin xidmətlər müqabilində cavabdehə endirimlər nəzərə alınmaqla 960 manat avro məbləğində pul ödəmişdir. Müqavilənin müddəti 2018-ci ilin sonunadək nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən müqaviləyə uyğun olaraq ona xidmətin göstərilməsi ilə bağlı heç bir addım atılmamışdır. Müqavilənin bitməsi ilə bağlı və xidmətlərin ona göstərilməməsi ilə bağlı cavabdeh təşkilata dəfərlərlə müraciət etsə də, tərəfindən ödənilmiş pul vəsaiti ona qaytarılmamışdır. Halbuki müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və icraçı tərəfindən təqdimati səfər təşkil olunmadığı halda klubun müvəqqəti üzvü müqavilə imzalandığı və müqavilə qüvvədə olduğu müddətdə üzvlük haqqını tam həxmdə ödəniş etdikdə, ödənilmiş vəsait kompensasiya edilərək geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Təqdimat səfərinin təşkil edilməsi haqqında 003171 saylı müqavilədən görünür ki, həmin müqavilə Azərbaycan Respublikasının tur agentlərin və tur operatorların iştirakı ilə seçilən və ödənilən, klub proqramına uyğun olaraq klub kurortlarından biri üzrə klub üzvlərinin təqdimat səfərinin təşkili haqqında bağlanmışdır. İş materiallarında olan Cavabdeh MMC-yə müvəqqəti üzvlük haqqında ərizədən görünür ki, iddiaçı tərəfindən 960 avro ödəniş edilmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı cavabdehə pulun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Göründüyü kimi, öhdəliklərin cavabdeh tərəfindən lazmınca icra edilməməsi işin materialları, məhkəmə iclasında verilmiş izahatlarla təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddələrini tətbiq etməklə tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin mahiyyəti ilə bağlı qeyd edir ki, tərəflər həmin müqavilədə muzd və əməkdaşlığın müddəti barədə razılığa gəliblər. Müqavilədə şərtləşdirilmiş muzd cavabdehə ödənilib və lakin cavabdeh tərəfndən müqavilədə göstərilən müddət ərzində öhdəliklər yerinə yetirilməyib. Belə ki, iddiaçı cavabdehlə bağladığı müqaviləyə əsasən müvəqqəti təqdimat səfəri üçün üzvlük haqqını ödəmiş lakin səfərdən istifadə etməmişdir. Halbuki müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklər icraçının günahı üzündən yerinə yetirilmədiyi, müqaviləyə əlavə 2 yə uyğun olaraq üzvlük haqqını tam olaraq ödəyən klubun müvəqqəti üzvlərinin təqdimat səfəri təşkil olunmadığı və yerinə yetirilmədiyi halda klubun müvəqqəti üzvləri birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüquqna malikdirlər. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə iddiaçı tərəfindən ödənilmiş 960 Avro cavabdehdən alınaraq iddiaçıya ödənilməlmidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və pulun Avro ilə qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh MMC-dən 960 Avro, ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 960 (doqquz yüz altmış) Avro ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-123/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-123/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver