Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1234/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnməsinin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı mənzillə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnaməsinin iddiaçının adına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı mənzildə ailəsi ilə birlikdə yaşayır. X1 03 mart 2015-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdiyi zaman o ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayıb və bu səbəbdən qanunla müəyyən edilmiş müddətdə əmlaka dair atası və ya o vərəsəliyi qəbul edə bilməmişlər. 4 saylı “ASAN" Xidməti Mərkəzindən verilmiş arayışdan görünür ki, o ailəsi ilə birlikdə ünvan 1 ünvanındakı mənzildə yaşayır və atası da onunla birlikdə yaşayır. Bildirir ki, atası onun mərhum anasından miras qalmış əmlaka vərəsəliyi qəbul etməsinə etiraz etmir. Bütün bunları nəzərə alaraq onun adına ünvan 1 ünvanındakı mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd - Çıxarış verilməsini DƏDRX-dən xahiş etmiş, lakin rədd cavabı almışdır. Həmin qurumdan ona bildirilmişdir ki, vərəsəlik şəhadətnaməsi notarius tərəfindən verilməyib və buna görə də vərəsəlik şəhadətnaməsinin alınması üçün müddət buraxılma səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ailə tərkibi – atası X4, X1 (ölüb), əri Hüseynov Ramil nəmətulla oğlu, oğlanları Rahim Hüseynov və Amin Hüseynovdan ibarətdir. İddiaçının anası – X3 03 mart 2015-ci il tarixdə ölmüşdür. Ölüm səbəbi kimi “beyin insultu” qeyd edilmişdir. İddiaçı hazırki tələbində anasından qalmış miras əmlaka dair bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnaməsinin iddiaçının adına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, X4 03 mart 2015-ci il tarixdə ölmüş arvadı – X2 qalmış miras əmlaklara vərəsəlik şəhadətnaməsinin qızı - İddiaçı verilməsinə etiraz etməmişdir. Göründüyü kimi hazırda iddiaçı X2 qalmış miras əmlaka dair bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilməsini xahiş etmiş, həmçinin müəyyən edilmişdir ki, digər vərəsə X4 B.Hüseynovadan qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin İddiaçı verilməsinə etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan maddənin tələbləri baxımından məhkəmə bildirir ki, əgər mirası mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər ki, hazırki vəziyyətdə də digər vərəsə X4 B.Hüseynovadan qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin İddiaçı verilməsinə etiraz etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etmədən notariat qaydasında hüquqlarını reallaşdıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnməsinin verilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilə bilməz, iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Həmçinin iddiaçıya yaranmış mübahisənin həlli ilə bağlı, yəni mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün müvafiq notariat ofisinə müraciət hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnməsinin verilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya yaranmış mübahisənin həlli ilə bağlı, yəni mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün müvafiq notariat ofisinə müraciət hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-1234/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1234/2024
23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver